103
Həzrət Əli (ə) vəsiyyətinin xülasə şəkilli ilk hissəsindən sonra
ətraflı söhbətə başlayır. Bildirir ki, ilahi təqvaya, vacib ilahi
əmrlərə, saleh sələflərin yoluna əməl edilməsi zəruridir. O,
övladını öz sevdiyi işlərə diqqət yetirməyə çağırır. Bu çağırış
dinləyicinin diqqətini cəlb edir. Uyğun bəyan üsulu bəlağət
qanunlarına riayət edilməsinin əlamətidir. Nəsihətlərdə təqva
ilə yanaşı ilahi vacibatlara əməl edilməsi də tapşırılır. Təqvanın
tövsiyyə olunması səbəbi aydındır. Bəs ilahi vacib əmrlər nə
üçün xatırladılmışdır? Bu sualın cavabını tapmaq üçün bə’zi
izahlara ehtiyac duyulur.
Dostları ilə paylaş: