Ustad Misbah Y?zdi


QUR’AN VƏ ƏHLI-BEYTIN (ITRƏTIN) YAXıNLıĞı



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə79/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   156
Əbədi öyüd 2022

QUR’AN VƏ ƏHLI-BEYTIN (ITRƏTIN) YAXıNLıĞı
Şübhəsiz  ki,  Qur’an  və  itrət  bəşəriyyətin  hidayəti  və  haqqa
çatması üçün Allah-təalanın açdığı bir qapıdır. Bu iki mənbədə
hidayətdən  əlavə,  insanın  ömür  boyu  ehtiyac  duyduğu
həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz ne’mətlər qarşısında
bizim  süstlüyümüz  də  misilsizdir.  Əgər  soruşulsa  ki,  öz


100
həyatınızda Qur’an və Əhli-beytdən nə qədər faydalanmısınız,
cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa
da,  Qur’an  və  Əhli-beyti  dərdlərimizin  çarəsi  hesab  etmirik.
Bəs Qur’ana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi
qınamalıdır?  Allah  həqiqəti  batildən  ayırmış,  doğru  yolda
nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın
göndərdiyi  peyğəmbərlərə,  tərbiyəçilərə  biganə  qalmışıqsa,
kimdir  günahkar?  Bəli,  insan  yalnız  özünü  məzəmmət
etməlidir.  Qur’an  və  Qur’anın  açıqlamasında  Əhli-beytin  (ə)
buyuruqları  yeganə  çıxış  yolu  olduğu  halda  nədən  bir  belə
biganəyik?  Kitab  və  itrət  insanın  ilk  bələdçiləridir.  Bu
ne’mətlərdən  istifadə  edənlər  heç  vaxt  şəkk-şübhəyə  düçar
olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən
insan  başqa  yerdə  işıq  tapası  deyil.  Həzrət  Peyğəmbər  (s)
buyurur:  “Pərvərdigara!  Mənim  qövmüm  Qur’andan  kənar
gəzdi.”  Qur’an  və  itrətdən  istifadə  edənlərə  Allahın  başqa
yollarla  da  kömək  etməsi  mümkündür.  Bu  hidayətdən  üz
döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində
olmasınlar!


101

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin