ON IKINCI DƏRS ELM TOPLAMA Bil, ey oğlum! Tövsiyyələrim arasından təqva, ilahi vacibat, saleh sələflərin əməl etdikləri daxil olmaqla ən çox sevdiklərimə diqqət yetir; çünki onlar da (keçmiş salehlər) sizin kimi möhkəmlik və xoş düşüncəni tərk etməmişlər. Siz necə düşünürdünüzsə, onlar da elə düşünmüşlər; nəticə
102
əldə etdikdə əməl etmiş, məs’uliyyətli olmadıqda istənilən bir işdən çəkinmişlər. Əgər onların yolunu tutub, həmin yolu getmək istəmirsənsə, özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən, yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən. Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut, səni şübhəyə salan, yoldan çıxaran