Ustad Misbah Y?zdi


ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə87/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   156
Əbədi öyüd 2022

4. ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR
Əvvəlki  şərtlər  ödəndikdən  sonra  bütün  qüvvələri
təmərküzləşdirib,  qəti  qərara  gəlməklə  təhsilə  başlamaq
lazımdır.  Elm  yolunda  qədəm  atmaq  qərarına  gəlmiş  insan  öz
gücünü digər işlərə sərf etməməlidir. İnsanın bütün diqqəti və


108
gücü həqiqətlərin dərk olunması istiqamətində yönəldilməlidir.
Həzrət  Əli  (ə)  buyurur:  “Elə  ki,  əmin  oldun  qəlbin  paklanmış
və  işıqlanmışdır,  qəbul  etməyə  hazırdır,  onda  yekdillik  ərsəyə
gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal.”
Həqiqəti  kəşf  etmək  üçün  qeyd  olunan  şərtləri  yetərincə
götür-qoy etmək lazımdır. Bu şərtlər tam şəkildə ödənmədikdə
elm  meydanına  girməmək  daha  yaxşıdır.  Kifayət  qədər  asayiş
və  ya  yetərincə  sə’y  və  təlaş  olmadıqda  bu  yola  çıxmaq
təhlükəlidir.  Zərrəcə  şübhə  etməyin  ki,  sadalanan  şərtlər
ödənməyəcəyi təqdirdə yolunuzu azacaqsınız. Belə insan nəinki
həqiqəti  tapa  bilmir,  hətta  həqiqətdən  daha  da  uzaqlaşır.  Dini
təhsil  yanlışlıq  və  büdrəmələrlə  uyğunlaşmır.  Vəsiyyətnamədə
oxuyuruq: “Xoşladığın fikir rahatlığı əldə olunmadıqda, bil ki,
atdığın  addımlar  kor-koranə  olasıdır,  qaranlığa  qədəm
qoymusan.  Hansı  ki,  din  istəyən  (tələbə)  heç  vaxt  bilmədən
addım  atmır  və  heç  nəyi  bir-birinə  qarışdırmır.  Bu  vəziyyətdə
yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.” Dini maarifə
yiyələnmək  istəyən  elm  meydanına  elə  daxil  olmalıdır  ki,
büdrəməsin.  Xətaya  yol  verən,  niyyəti  saf  olmayan  şəxs  dini
biliklərdən yetərincə faydalana bilməz. Bəli, belə bir məqamda
dini təhsil fikrindən daşınmaq daha yaxşıdır.
Həzrət  (ə)  vəsiyyətinin  bu  hissəsini  dua  ilə  tamamlayır.
Əslində  bu  dualarla  vəsiyyətnamənin  ətraflı  bölməsi  başlanır.
Qeyd  edək  ki,  burada olan bə’zi  sətirlər  “Nəhcül-bəlağə”də
yox,  “Biharül-ənvar”da  nəql  olunmuşdur.  Həzrət  (ə)  buyurur:
“Həqiqətən,  bütün  layiqli  işlər  onun  ne’mətinin  köməyi  ilə
yerinə yetir.”


109

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin