168
bədəninə nisbətən çox böyük olan insanın bədənindəki
mütənasiblikdən danışmağa dəyməz. Mütənasiblik olmayan
yerdə gözəllik ola bilərmi?! Ruh da belədir. Birtərəfli inkişaf
edən ruh öz tarazlığını itirir. Yalnız duaya məşğul olub, elm və
təhsildən uzaqlaşan insan qeyri-mütənasib inkişaf edir.
Sileyi-rəhm (yaxınları yoxlamaq), fəqirə kömək, xalqa xidmət
barədə düşünməyən insan təkcə dua etməklə kamala çata
bilməz. Bə’ziləri dua etsə də, pulunu çox sevdiyindən fəqirə əl
tutmur. Belə insan heç vaxt ideal həddə inkişaf edə bilməz.
Eləcə də, xeyirxah işlərlə məşğul olduğu halda, nə özünə, nə də
başqalarına dua etməyən insan həqiqi təkamülə nail ola bilmir.
Bütün dini hökmləri kompleks şəkildə nəzərdə tutub, hər bir işə
münasib yer vermək lazımdır. Əgər Həzrət (ə) duanı ilahi
xəzinələrin açarı kimi tanıtdırırsa, bu o demək deyil ki, insan
bütün işlərini atıb, yalnız dua etməlidir. Dua göstərişinin
Qur’an oxunmasına, müstəhəb işlər görülməsinə, elm
öyrənilməsinə, xeyriyyəçiliyə heç bir maneçiliyi yoxdur və dua
bu kimi işləri əvəz etmir. Əslində hər şey öz yerində daha
yaxşıdır. Dua insanın digər işlərinə mane olmamalıdır. İnsan
özü üçün münasib ibadət proqramı hazırlamalıdır ki, bütün
ilahi, ruhani ne’mətlərdən faydalana bilsin. Unutmamalıyıq ki,
bütün işlərdə tarazlığı gözləmək lazımdır. Tarazlıq isə o zaman
yaranır ki, bütün dini göstərişlərə bir tam kimi yanaşılsın. Hər
bir vəzifəni zəruri həddə yerinə yetirmək, ifrat və təfritdən
çəkinmək lazımdır.
Dostları ilə paylaş: