Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə5/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   103
Atropatena dövləti.

E.ə 323-cü ildə, Makedoniyalı İsgəndərin ölümündən sonra, onun yaratdığı imperiya ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında isə Albaniya dövləti yarandı.Atropatena dövlətinin ilk hökmdarı Atropat olmuşdur. E.ə 328-ci ildə İsgəndər Atropatı Midiyanın satrapı təyin etmişdi. İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər makedoniyalılara qarşı üsyan qaldırıb,özünü İranın və midiyanın padşahı elan etdi. Atropat üsyanı yatırtdı,Bariaksı əsir edib, İsgəndərə təhvil verdi.Atropat öz qızını İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdikkiyə ərə vermişdi.İsgəndərin ölümündən sonra onun yaratdığı dövləti idarə etmək müvəqqəti olaraq Perdikkiyə tapşırılmışdı. Perdikkiylə qohumluq Atropatın mövqeyini daha da möhkəmləndirdi və o, Midiyanın satrapı vəzifəsində qaldı.Perdikkinin ölümündən sonra Atropat Midiyası müstəqil dövlətə çevrildi. E.ə IV əsrin 20-ci illərindən Atropat yeni müstəqil dövlətin hökmdarı oldu. Bu dövlət onun adı ilə Atropatena adlandırıldı. Atropatena dövləti, əasən, indiki cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı. Ölkənin ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi.Şimal hissədə Qaradağ silsiləsi yerləşirdi.Dağların çoxu sıx meşələrlə örtülmüşdü. Atropatenanın mərkəzi şəhəri Qazaka idi.

Atropatenanın əhalisi müxtəlif tayfalardan ibarət olmuşdur. Antik dövr müəllifləri bu ərazidə çoxlu tayfaların yaşadıqlarını göstərirlər. Bu müəlliflərin məlumatına görə müqlərin və kaspilərin müəyyən hissəsi Atropatena ərazisində yaşamışdır. Atropatenada yaşayan tayfalardan biri kadusilər idi.Onlar döyüşə 20 min piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdu. Onlar atəşpərəstlik dini ayinlərinin əsas icraçısı kimi böyük nüfuza malik idilər. Atəşpərəstlik dininin kahini də maq adlanmışdı. Əhali müxtəlif təsərrüfat sahələri ilə məşğul olmuşdur. Çay vadilərində,Urmiya gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Əkinçilikdə buğda və arpa üstünlük təşkil edirdi. Bağlarda əncir, nar və bir çox başqa meyvələr yetişdirilirdi.

Atropatenadan keçən karvan yolları boyunca salınmış sahələrdə sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. Atropatenanın Qazaka, Fraspa, Fanaaspa, Aqnazana kimi şəhərləri var idi. Sənətkarlar yüksək keyfiyyətli metal və gil qablar,müxtəlif silahlar,toxuculuq məhsulları və.s istehsal edirdilər. Puldan geniş istifadə olunmuşdur. Atropatena ərazisində tapılan ən qədim pullar M.İsgəndərin adından kəsilmişdir.

III Antiox Selevkilər dövlətində hakimiyyətə gəldi. O,e.ə 223-cü ildə Atropatenaya hücüm etmiş və qalib gəlmişdi.Bunun nəticəsində Atropatena hökmdarı Artabazan Selevkilərdən asılı vəziyyətə düşmüşdür. Lakin Selevkilərin hərbi uğurları çox çəkməmişdir. Bu zaman Aralıq dənizi hövzəsində qüdrətli Roma dövləti yarandı. Romalılıar e.ə 190-ci ildə Maqneziya döyüşündə III Antioxu məğlub etdilər. Bundan sonra Selevkilər dövlətində parçalanma gücləndi.Atropatena dövləti yenidən müstəqil oldu.

E.ə II əsrin ikinci yarısında Parfiya və roma dövlətləri ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar.

E.ə 38-ci ildə romalılıar Parfiyalıları ağır məğlubiyyətə uğratdılar.Roma sərkərdəsi Antiox Fraaspaya hücüm etdi,lakin romalılar geri çəkildilər. PAtropatena döyüşlər zamanı böyük qənimət ələ keçirmişdi.

Bu hadisələrdən sonra Atropatena ilə Parfiya arasında münasibətlər pisləşdi.Parfiya Atropatenanı özünə tabe etməyə çalışırdı.Atropatena isə müstəqilliyini əldən vermək istəmirdi. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri yaratmağa səy göstərdi.

Lakin bütün səylərinə baxmayaraq Atropatena müstəqilliyini qoruyub saxlaya bilmədi. Nəhayət, eramızın 20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariovastın ölümündən sonra atropatena parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü. Parfiya dövlətinin süqutuna qədər Atropatena bu dövlətin tərkibində qalmışdı.

Atropatena ərazisi qədim mədəniyyət abidələri ilə zəngindir.Bu mədəniyyət qədim yaşayış yerlərində və qəbir abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində toplanmış materiallar əsasında öyrənilmişdir.

Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır.Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır.Şəhər əhalisi sənətkarlıq və ticarətlə,qismən əkinçilik və maldarlıqla məşğul olmuşdur. M.İsgəndərin yürüşü nəticəsində yaxın və orta şərq ölkələrində yunan mədəniyyəti yerli xalqların mədəniyyətinə təsir etmişdir. Bu ellin mədəniyyəti adlanırdı. Atropatena əhalisi zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda pərəstiş olduğundan bu dinə atəşpərəstlik də deyilir. Həmin din zərdüştün adı ilə bağlıdır.Zərdüşt dininə İranda və orta Asiyada sitayiş edilirdi. Zərdüştlüyün müqəddəs kitabı “Avestadır” Zərdüştlüyün ən başlıca məbədlərindən biri Qazaka şəhərində yerləşirdi.

Albaniya Dövləti

Azərbaycanın şimalı, gələcək Albaniya ərazisi barədə erkən yazılı qaynaqlarda məlumat yoxdur. Düşünmək olar ki, e.ə II miilliyin sonu-I minilliyin əvvəlində burada erkən tayfa birləşmələri yaranırdı. Gələcək Albaniyanın qərb və cənub-qərb vilayətlərinin siyasi vəziyyəti barədə Urartu mixi qaynaqları az da olsa təsəvvür yaradırlar.

E.ə VII əsrin əvvəlində kimmer, skit və sakların Azərbaycanda məkunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təşkilatlarının formalaşmasına təkan verdi. Əhəmənilərin hakimiyyəti illərinddə Albaniyadakı etnoslar bu hakmiyyəti nominal da olsa tanıyırdılar, mərkəzə xərac verirdilər, müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzdə birləşməsinə başlanmışdı.Strabon e.ə I əsr siyasi hadisələrlə əlaqədar yazırdı ki, alban “hökmdarları da qiyamətdirlər. İndi bir hökmdar onları idarə edir, lakin əvvələr hər bir dilin (yəni tayfanın) özünəməxsus hökmdarı vadı”. Yuxarıdakı mülahizələri nəzərə alaraq e.ə IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar.

Albaniyada quldarlıq inkişaf edirdi. Lakin burada quldarlıq Atropatenə nisbətən məhdud idi. Maddi nemətlərin əsas istehsalçıları yenə də icmaçılar idi. Antik müəlliflərin verdiyi məlumata görə, Albaniya əhalisi ticarətə zəif cəlb olunmuşdu, burada mübadilə ticarəti üstün yer tuturdu. Buna görə pul dövriyyəsi də zəif inkişaf etmişdi. Siniflərin meydana çıxması, quldarlığın inkişafı, tayfaların birləşməsi Albaniyada dövlətin yaranmasına gətirib çıxarmışdı. Əvvəlcə alban tayfalarının ittifaqı yaranmış sonra isə həmin ittifaq daha da inkişaf edərək dövlətə çevrilmişdi. Albaniyanı hökmdarlar idarə edirdilər. Onların paytaxtı Qəbələ (Pliniyə görə Qabalaka) şəhəri idi. Tayfa ittifaqının və dövlətin yaranması məhsuldar qüvvələrin daha da inkişaf etməsinə təkan verdi, Albniyanın yadellilərin basqınlarına qarşı mübarizəsini asanlaşdırdı.Ölkədə əkinçilik və maldarlıq təsərrüfatlarının və sənətkarlığın inkişafı ilk şəhərlərin meydana çıxması, Alban tayfalarının öz qonşuları ilə ticarət-iqtisadi əlaqələrinin genişlənməsi üçün şərait yaradırdı.

Ptolomey Albaniyanın ona məlum olan 29 şəhər və kəndinin adını çəkir. O cümlədən Kaspi dənizi sahilində: Soana çayı (Terek) mənsəbində - Teleba, Herr (Aksay) çayı mənsəbində - Gelda, Kas (Sulak) çayı mənsəbində - Albana və Kür çayı mənsəbi yaxınlığında Getara şəhərləri var idi.Albaniyanın işğallara qarşı mübarizəsi-Alban dövlətinin erkən tarixi qaynaqlarında öz əksini tapmamışdır. E.ə I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir. İlk dəfə Strabon Armeniyanın albanlara qarşı təcavüzünü yad edir.

Miladdan əvvəl II əsrə yaxın Roma quldarlıq dövləti Aralıq dənizi hövzəsində hakim vəziyət tutdu. Yüz il sonra romalılar Kiçik Asiyanı işğal etdilər. Romalılar miladdan əvvəl 69-cu ildə Lukullun komandanlığı altında Pont çarı Mitridatın qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, Albaniya və Atropateniyanın da Roma tərəfindən zəbt edilməsi qorxusu yaradıldı.

Lukull Ermənistanın mərkəzi Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı II Tiqranın müttəfiqləri olan atropatenlərin, albanların və iberlərin böyük dəstələri onun köməyinə gəldilər. Tiqranakert altındakı döyüşdə atropatenalıların, albanların və iberlərin birləşmiş qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Plutarxın verdiyi məlumata görə, atropatenalıların və albanların dəstələri müttəfiqlər ordusunun olduqca böyük hissəsini təşkil edirdi.

Buna baxmayaraq, Lukull Tiqranakerti aldı. Lakin miladdan əvvəl 67-ci ildə Roma qoşunları böyük itki verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldular. Roma senatı Lukullu komandanlıqdan kənar edərək, buraya məşhur sərkərdə Qney Pompeyi göndərdi.

Miladdan əvvəl 66-cı ildə Roma qoşunlarının Ermənistana və onunla qonşu ölkələrə yeni hücumu başladı. Romalılar II Tiqranın qüvvələrini məğlub edərək, onu təslim olmağa məcbur etdilər. Qəsbkarlar Kaspi dənizi sahillərində möhkəmlənməyə çalışır və Albaniyadan keçib Hindistana gedən ticarət yolunu zəbt etmək istəyirdilər. Qışın girməsi ilə əlaqədar olaraq Pompey fəal əməliyyatı yaza qədər təxirə salmağı qərara aldı. Onun qoşunu Kür vadisində qışladı. Qoşun 3 dəstəyə bölünmüşdü. Onlardan birinə Pompey, ikinci və üçüncü dəstələrə isə onun ən yaxın köməkçiləri Lusi Flak və Metel Seller komandanlıq edirdilər. Dəstələrdən hər biri yaxşı möhkəmləndirlmiş düşərgədə yerləşmişdi.

Miladdan əvvəl 66-cı ildə İberiya sərhədi yaxınlığında, Kür çayı sahilində qanlı bir döyüş başlandı. Albanlar üç möhkəmləndirilmiş düşərgədə yerləşmiş Roma qoşunlarına cəsarətlə hücum edirdilər. Bu döyüşdə daha möhkəm silahlanmış və sayca çox olan Pompey qoşunları müvəffəqiyyət əldə etdi. Romalılar hücumu dəf edərək albanları geri çəkilməyə məcbur etdilər. Albanlar vaxt qazanmaq və qüüvvə toplamaq üçün onlarla barışdılar. Pompey tezliklə İberiya üzərinə hərəkət etdi. İberlər ona şiddətli müqavimət göstərdilər. Albanlar Romalılar üzərinə hücum edərək Pompey ordusunun arxasını və iberləri sıxışdıran sağ cinahını təhlükə altına aldılar. Onda Pompey iberləri təqib etməkdən əl çəkib özünün əsas qüvvələri ilə miladdan əvvəl 65-ci ildə yenidən Albaniyaya basqın etdi. Plutarx yazır ki, Pompey albanlara qarşı yaman qəzəblənmişdi. Hiylə işlədərək Pompey bu dəfə də albanları məğlub etdi. Romalılara qarşı döyüşlərdə kişilərlə birlikdə qadınlar da iştirak edirdi. Appianın dediyinə görə, əsir alınmış albanlar arasında xeyli yararlı qadın var idi. Albaniya qadınlarının igidliyi romalıları heyrətə gətirmişdi. Onların qəhrəmanlığı, qədimdə belə bir əfsanənin yayılmasına səbəb olmuşdu ki, kür Albaniyanın şimalındakı dağlarda romalılara qarşı mübarizədə albanlara kömək edən döyüşkən amazonkalar tayfası yaşayır. Alban qoşunları məğlub olandan sonra romalılar Oroyzla sülh bağladılar. Pompey ölkənin dərinliklərinə, Kaspi dənizi sahillərinə hərəkətə başladı. O, belə hesab edirdi ki, çox da əziyyət çəkmədən bütün Albaniyadan keçə biləcəkdir. Lakin onun niyyəti baş tutmadı. Romalılar sonralar da Albaniyaya soxulmağa və Kaspi dənizinin sahillərinə çatmağa dəfələrlə cəhd etmişdilərsə də, müvəffəqiyyətsizliyə uğramışdılar. Miladdan əvvəl 37 – 36-cı illərdə Roma komandanı Kanidi Krass Albaniyaya basqın etmiş, lakin burada uzun müddət qala bilməmişdi.

Miladın I əsrində Roma imperatoru Neron Albaniyaya hücum etməyi qərara aldı. O, Roma imperiyasının bir çox əyalətindən böyük bir qoşun topladı. Tatsit yazır ki, yürüşə hazırlığın qızğın vaxtında Roma Albaniyaya hərəkət edəcək qoşunlarla dolmuşdu. Neronun müharibəyə göndərdiyi qoşuna Albaniya və Britaniyadan gəlmiş seçmə dəstələr də qoşulmuşdu. Lakin imperiyada üsyan başlandığından Nerona öz planını həyata keçirmək nəsib olmadı.

Miladın 90-cı illərində romalılar Albaniyaya basqın edərək Kaspi dənizinə qədər gəlmişdilər. Bu qədər yürüşlərə baxmayaraq romalılar Atropaatenanı vəAlbaniyanı ələ keçirə bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini Roma işğalçılarının basqınlarından qoruyub saxlaya bildilər.

Miladın 68-ci ilində Albaniya və Atropatenaya Şimali Qafqazda yaşayan alanlar basqın etdilər.

Azərbaycan dövlətləri olan hücumlara, yürüşlərə baxmayaraq öz müstəqilliklərini saxlaya bilmişdilər. Adərbayqan vaxtaşırı gah sələvkilərə, gah da parfiyalılara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. Albaniya Armeniya hadisələri ilə əlaqədar bu ölkəyə köməyə gəlmiş, iberlərlə birlikdə çıxış etmiş, son məqamda romalılarla dostluq münasibətləri yaratmışdı.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin