Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə47/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   41   42   43   44   45   46   47   48   49
Nəcəf – Bir bu qədər işlər əgər tikilib başa gəlsə, onda mən adımı dəyişərəm (İ.Əfəndiyev);

Sədəf – Bu beş ildə mən onu ancaq yuxumda görməyə o qədər adət etmişəm ki, indi aşkarda görəcəyimə heç inana bilmirəm (İ. Əfəndiyev);

Ballı – O zaman görər ki, Ballının oğluna şər atmaq nə deməkdir! (İ.Əfəndiyev);

Uğur – Bu dəfə mən kəndə gələndə güman edirdim ki, indi daha kənddə işləmək asandır (İ.Əfəndiyev)

Dilşad – O Cahangiri görən kimi tanıdım ki, nə yuvanın quşudur (İ.Əfəndiyev);

İldırım Atayev – Ancaq sonralar gördüm ki, yox, iztirab iztirabdır! (İ.Əfəndiyev);

Şahsuvarov – Vaxta ki Cahangir məni incə təbiətli adam hesab edir, o zaman rica edirəm bir şey çalasınız, qulaq asaq (İ.Əfəndiyev);

Şahsuvarov – Əgər sən Atayevin qızı olsaydın, onda başqa məsələ idi (İ. Əfəndiyev);

Lətafət – Mən də indicə yuxuda gördüm ki, sənə bir dəstə gül verirəm (İ. Əfəndiyev)

Reyhan – O zaman mən də bütün əhvalatı İldırım əmimə yazdım və xahiş elədim ki, şəxsən özü bura gəlsin (İ. Əfəndiyev)

Zaman budaq cümləsinin bütöv forması ingilis dili mətnlərində geniş yayılmışdır. Məsələn:

Yarımçıq forma: Bu forma dialoqun sual-cavab replikalarında özünü göstərir. Baş cümlə sual cümləsinin, budaq cümlə isə cavab cümləsinin funksiyasını yerinə yetirir.

Əsgərin yanına nə zaman gedəcəksən? Nə zaman özü sifariş etsə (danışıq dilində)



  • Mahnını nə vaxt oxuyacaqsan? – Nə vaxt duyğularım oyansa (Y. Nəsirli)

Bundan əlavə, Azərbaycan dilində yarımçıq budaq cümlələrin elə formaları ilə qarşılaşırıq ki, yarımçıq budaq cümlə müvafiq yox, başqa semantikalı sualın cavabı kimi meydana çıxır, daha doğrusu, cavab dolayı xarakter daşıyır. Məsələn:

Sizinlə bir də görüşə bilərəmmi?



  • Nə zaman istəsəniz (N. Abdullayev)

Sual və cavabın qarşılıqlı informasiya tutumu göstərir ki, əslində cavab təsdiq və ya inkar aspektində daha sadə quruluş və mənaya malik olmalıdır. T.Müzəffəroğlu fikrini davam etdirərək yazır ki, struktur semantikasından və əvvəlki cümlə ilə əlaqəsindən çıxış edərək həmin konstruksiya zaman budaq cümləli tabeli mürəkkəb cümlə kimi bərpa olunur: Nə zaman istəsəniz, mənimlə görüşə bilərsiniz. Buradan postpozitiv baş cümlə ixtisar olunmuşsa da, bərpası sual cümlə vasitəsilə mümkündür [43, s. 159].

Danışıq dilində bəzən -sa2 şəkilçili zaman budaq cümlələri yerlərini dəyişə bilir. Bu vəziyyət aktuallaşma məqamında cümlənin parsellərə bölünməsi ilə müşaiyət olunur. Məsələn:



Hər gün səhər saat onla – on iki arasında zəng edə bilərsiniz. Nə vaxt könlünüz istəsə (M.Ibrahimov)

Parselyasiya hadisəsinə məruz qalmış həmin konstruksiyaları zaman budaq cümləsinə transformasiya etmək mümkündür:

Nə vaxt könlünüz istəsə, o zaman zəng edə bilərsiniz.

Burada “o zaman” sözü “hər gün səhər saat on-on iki arasında” birləşməsinin yerinə işlənmişdir.

Zaman budaq cümləsinin belə yarımçıq formasına müasir ingilis dilində rast gəlinmir.

Zaman budaq cümləsinin natamam formalarının tədqiqi göstərir ki, belə konstruksiyalar mətn daxilində, dialoji şəraitdə özünəxas məna yükünü qoruyub saxlayır, istənilən məqamda onları bütöv forması ilə əvəz etmək mümkündür [22, s.104].

İxtisar formalı zaman budaq cümləsi. Zaman budaq cümləsinin ixtisar formasında budaq cümlə işlənə bilmir.

Belə ixtisar formalar müəyyən situasiyalar nəticəsində yarandığı üçün onları situativ zaman budaq cümləsi də adlandırmaq olar. “Ixtisar forma sırf situativ xarakter daşıyır və daha çox ekstralinqvistik faktorla bağlı olduğu üçün onun məzmunu tam açıla bilmir. Digər tərəfdən isə, burada yalnız ikinci komponent işlədilmir. Bu zaman ya danışanın, ya da müəllifin marağı çərçivəsində cümlə yarımçıq kəsilir” [43, s. 280].

Bu cür konstruksiyaların meydana gəlməsinin səbəbi danışanın emosiyası, yüksək həyəcanı ilə bağlıdır. Məsələn:


  • Dediyim isə o zaman ola bilər ki… Sənubərin nitqi tutuldu, dili dolaşdı (İ. Əfəndiyev).

Göründüyü kimi, zaman budaq cümlələrinin natamam formaları müxtəlif situasiyalarla bağlı olub, müəyyən kommunikativ məqsədlərə xidmət edir. Onların bu istiqamətdə araşdırılması nitq situasiyalarının daha dərindən öyrənilməsinə, mətnin qurulma mexanizminin üzə çıxarılmasına imkan yarada bilər.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin