Когда я со своей собакой поднимался вдоль оврага Колотов, стоял невыносимо жаркий июльский день. – 1. O zaman ki (onda ki) mən öz itimlə Kolotov yarğanı boyunca qalxırdım, dözülməz isti iyul günü idi. 2. Mən öz itimlə Kolotov yarğanı boyunca qalxarkən (qalxdıqda, qalxanda) dözülməz isti iyul günü idi.
Как только мы вошли в деревню, начался дождь. – 1. Biz kəndə gəlmişdik ki, yağış başladı. 2. Biz kəndə təzəcə girəndə yağış başladı;
Когда я дошел до окраини леса, из-за кустов выпорхнул лесной кулик. – 1. Meşənin kənarına gəlmişdim ki, meşə cüllütü pıcıltı ilə kolların arasından qalxdı. 2. Mən meşənin kənarına çatanda meşə cüllütü pıcıltı ilə kolların arasından qalxdı [29, s. 70-73].
Aşağıda rus dilində verilmiş zaman budaq cümlələrinin Azərbaycan dilindəki tərcümə variantlarına da diqqət edək:
Когда дела идут нормально, на душе приятно (rus dilində) - O zaman ki, işlər yaxşı gedir, adamın ürəyi açılır (Azərbaycan dilində); В то время как на берегу моря бывает пасмурно и сыро, в горах ясно, сухо и тепло (rus dilində) - O vaxt ki, dəniz kənarında çiskin, nəmişlik olur, dağlarda hava aydın, quru və isti olur (Azərbaycan dilində). Когда он стал стариком, доктора запретили ему работать без отдыха (rus dilində) - Elə ki o qocaldı, həkimlər ona istirahətsiz işləməyi qadağan etdilər (Azərbaycan dili).
Qarşılaşdırılan həmin zaman budaq cümlələri müxtəlif dillərdəki variantları üst-üstə düşür, yəni tərcümə “zaman budaq cümləsi = zaman budaq cümləsi” modelində reallaşır.
Lakin rus dilindəki Пока он пел, кот Васька все жаркое съел. zaman budaq cümləsi Azərbaycan dilinə uyğun variantda yox, fərqli cümlə modelində tərcümə edilə bilir. Oxuyana kimi Məstan pişik bütün qovurmanı yedi. Sonuncü sadə geniş cümlədir. Deməli, rus dilinin zaman budaq cümləsi Azərbaycan dilinə sadə geniş cümlə şəklində də tərcümə olunmaq imkanına malikdir. Bu hal ingilis dilinə də aid edilə bilər.
Sintaktik zamanı doğuran variantlar sintaktik sinonimliyi doğurur, tərcüməçi rus və ya ingilis dillərindən zaman budaq cümlələrini Azərbaycan dilinə çevirərkən həmin məna variantlarının hansının mətnə uyğun gəldiyini, hansı variantın məqsədəuyğun sayıldığını nəzərə almalıdır.
Tədqiqatın nəticələri göstərir ki, zaman budaq cümləsinin bir dildən digərinə tərcüməsində müxtəlif variantlarla üzləşməli oluruq. Həmin variantları nəzərdən keçirək:
1. İngilis dilində zaman budaq cümləsini əmələ gətirən when bağlayıcısı rus dilinə koqda, Azərbaycan dilinə isə nə vaxt, onda, o zaman bağlayıcıları ilə tərcümə olunur. Məsələn:
When I reached the station, the train had already left.
Когда я подошел к станции, поезд уже ушел.
Nə vaxt mən stansiyaya çatdım, qatar artıq getmişdi.
Bu konstruksiyaların baş cümlələrində nəzərə çarpdırılan when, когда, nə vaxt qəlib sözlərdir. Budaq cümlə həmin qəliblərin məzmununu konkretləşdirməklə baş cümlədəki hərəkətin zamanını bildirir.
2. Yuxarıdakı zaman münasibətlərini hər üç dildə bir neçə üsulla və müxtəlif bağlayıcıların köməyilə ifadə etmək mümkündür. Məsələn, müqayisə et:
a) I reached the station after the train had left.
Я пришел на станцию после того, как поезд ушел.
Qarar getmişdi ki, mən stansiyaya (ondan sonra) çatdım.
İngilis dilindəki after bağlayıcısı rus dilinə после того, Azərbaycan dilinə ondan sonra zaman bildirən leksik vasitələrlə tərcümə edilmişdir.
b) I didn't reach the station until after the train had left.
Я пришел на станцию уже после того, как поезд ушел.
Mən stansiyaya onda gəldim ki, artıq qatar getmişdi.
İngilis dilindəki until bağlayıcısı rus dilinə после того, Azərbaycan dilinə onda zaman bildirən leksik vasitələrlə tərcümə edilmişdir.
Dostları ilə paylaş: |