Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə40/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   36   37   38   39   40   41   42   43   ...   49
When the pendulum is at rest, the string points to the centre of the earth – Saatın kəfkiri hərəkətsiz duranda tel yerin mərkəzinə istiqamətlənir;

Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi – Hadiyye no sooner had had her dinner than the car gave a signal near the door.

Beləliklə, zaman budaq cümləsinin dubloperator tipi haqqında aşağıdakı nəticələri çıxarmaq mümkündür:

a) derivasiya prosesinin gedişində dubloperator zaman budaq cümləsi ilə birlikdə monooperator zaman budaq cümləsi ola bilsin ki, reallaşsın. Hər dəfə törəyən sintaktik derivasiya digər derivatlardan, əsas strukturdan fərqlənir;

b) dubloperator tipli zaman budaq cümləsinin derivasiya vasitələri monooperator tipli zaman budaq cümləsinin derivasiya vasitələrindən fərqlənmir. Buna baxmayaraq, dubloperator tip semantik planda bütün hissələri ilə artıq ən mürəkkəb tapşırıqları yerinə yetirir, müxtəlif forma və hərəkət axını ilə bağlı olur. Demək olar ki, dubloperatordan bu məqsəd üçün istifadə edilir.

Hər iki qarşılaşdırılan dildə zaman budaq cümləsinin derivasiya tiplərini ayrı-ayrılıqda nəzərdən keçirilməsi göstərir ki, bu tiplər (monooperator və dublopreator tiplər) hər bir dildə özünəməxsus derivasiya qanunauyğunluqları ilə fərqlənir, müxtəlif semantik prosesləri, zaman münasibətlərini yerinə yetirir, hər birini səciyyələndirən morfoloji elementlər mövcuddur.

Zaman budaq cümləsinin sintaktik derivasiya qanunauyğunluğunun iki dildə təsviri göstərir ki, bir dilin sistemində bağlayıcı vasitələr aktivdirsə, digərində bu aktivlik zəifləyir. Məsələn, ingilis dilində yalnız sadə və mürəkkəb bağlayıcıların rolu əsas sayılır, Azərbaycan dilində isə bundan fərqli olaraq həm bağlayıcı sözlərin, həm də onların qəliblərinin, həmçinin köməkçi vasitələrin (intonasiya, -ki, -mı4, -sa2 şəkilçisi) çoxplanlı rolu qeyd olunur. Həmin dillərin zaman budaq cümlə sistemlərində ellipsisin də mövqeyi (az və çox dərəcədə fərqlilik yaradır. Şübhəsiz, bu dəqiq faktor müqayisə edilən dillərin müxtəlif sistem kəsb etdiyini əyaniləşdirir. Bu əsasda həmin faktorlar dillərin tipoloği tədqiqatını yaradır. Məsələn: -dı4 şühudi keçmiş zaman şəkilçisi Azərbaycan dilində zaman budaq cümləsinin monoopreator derivasiyasını müvəffəqiyyətlə əmələ gətirir:



Nə zaman qapı sakitcə açıldı, həmin vaxt astanada müəllim göründü (danışıq dilindən); O zaman əsgərin xidməti başa çatdı, həmin vaxt kazarmadan dəmiryolu stansiyasına yollandı.

Müasir Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində zaman budaq cümləsinin monooperator tipi tabelilik bağlayıcılarının köməyilə formalaşır. Məsələn aşağıdakı zaman budaq cümlələrində monooperator tip “when” və “while” bağlayıcılarının iştirakı ilə yaranmışdır:



When the pendulum has reached its extreme point on the opposite side, it starts back again. While the piston is moving downwards, water runs from the lower part to the upper part of the cylinder.

Göründüyü kimi, zaman budaq cümləsinin monooperator tipinin derivasiya prosesində müqayisə edilən dillərdə müxtəlif bağlayıcı morfoloji vasitələrdən istifadə olunur, buna baxmayaraq, onların formal-sintaktik funksiyası uyğun gəlir. Bu nöqteyi-nəzərdən dillərin qarşılıqlı şəkildə öyrənilməsi çox faydalıdır. V.Qakın təbrincə desək, “dillər təkcə malik olduqları vasitələrə görə fərqlənmir, hər şeydən əvvəl, daha çox onunla fərqlənir ki, malik olduqları vasitələri necə istifadə edirlər” [82, s. 22].

Nitqin inkişafında Azərbaycan dilinə məxsus zaman budaq cümlələrinin monoopreator tipinin sintaktik funksiyası genişlənir, derivasiya imkanları çoxalır. Çünki Azərbaycan dilində operatorun imkanlarının sayı 7 olduğu halda, ingilis dilində isə bu məqsədlə bütövlükdə 3 opreatordan istifadə edilir.

İngilis dilində zaman budaq cümləsinin dubloperator tipinin yaranmasında operatorun rolu ondan ibarətdir ki, burada tabelilik bağlayıcılarından və müxtəlif önlüklərdən, müasir Azərbaycan dilində isə bu məqsəd üçün müxtəlif şəkilçi və qoşmalardan istifadə olunur. Məsələn, Azərbaycan dilində ardıcıl, məntiqi hərəkətlə bağlı zamanın ifadəsi üçün “o zaman dedi ki”, “onda olar ki”, “-mı”, ”elə ki - onda” və s. dubloperatorlardan, ingilis dilində isə bu relevantlıq “as long as”, ”as soon as” və s. dublopreatorlardan istifadə olunur. Məsələn: Həsən bu sözü o zaman dedi ki, iş-işdən keçmişdi; Elə ki həyat üzümüzə güldü, onda xoşbəxt günlər yaşadıq; As long as he continues to work at the calculations, we cannot begin the tests; As soon as he finishes his calculations, we shall begin the tests.

Beləliklə, həm Azərbaycan, həm də ingilis dilində derivasiya prosesinin yaranması sintaktik derivasiyanın zaman budaq cümləsində reallaşması əsas stimul kimi baş cümlənin semantik strukturuna, yəni nüvə strukturuna xidmət edir. Bu dillərdə opreatorun əsas funksiyası müstəlil (baş) və qeyri-müstəqil (badaq) cümlələrin mürəkkəb cümlədə ümumi semantik-sintaktik strukturun dəyişilməsini meydana çıxarmaq və müəyyənləşdirməkdir. Həmin dillərdə derivasiya prosesi çərçivəsində, zaman budaq cümləsində gerçəkləşən derivasiya eyni zamanda məqsəd və şərt budaq cümlələrinin də sintaktik strukturunun yaranma yerini dəqiqləşdirir. Hər iki dildə zaman budaq cümləsi çərçivəsində derivasiya prosesi nəticəsində eynizamanlılıq, ardıcıllıq, məntiqilik, anilik, sürəklilik, təkrarlıq kimi ifadə və məna imkanları meydana gəlir. Derivasiya prosesində həmin dillərdə zaman budaq cümləsinin monooperator və dubloperator tipləri yaranır. Həmin tiplər qarşılaşdırılan müxtəlifsistemli dillərdə bütöv invariantlılığı qoruyub saxlayır.

Azərbaycan dilində derivasiya operatoru baş və budaq cümlələrin transformasiyasında ismi xəbər çərçivəsində lokallaşdırır. Ingilis dilində isə derivasiya operatorunun müstəqil mövqeyi operanddan asılı vəziyyətdədir. İngilis dilində derivatın operandı Azərbaycan dili ilə müqayisədə bir qədər müstəqil sintaktik pozisiyadadır. İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində bir sıra morfoloъi elementlər dubloperatoru məhdudlaşdırır (elə ki-onda, onda-o saat, nə zaman, -sa2 və s.). İngilis dilində isə dublopreatorun konstruktiv elementləri ayrıca blok təşkil edir, müstəqil şəkildə gerçəkləşir. Azərbaycan dilində ingilis dilindən fərqli olaraq, derivasiyanın dublopreator pozisiyası hər zaman zaman budaq cümləsində yerləşir, ingilis dilində isə dublopreatorun bir elementi baş operandda ola bilsin ki, məhdudlaşsın; İngilis dilində dublopreatorun konstruktiv elementləri hər zaman önlüklər və tabelilik bağlayıcıları, yaxud sözdən ibarətdir. Azərbaycan dilində isə onlar müxtəlif şəkilçilər, qoşmalar, bağlayıcılar və felin pozitiv- neqativ formaları ilə yaranır; Nəhayət, dillərin inkişafı yeni derivasiya imkanlarınını yaratmaq ehtimalını gücləndirir. Bu proses hər bir dilin xarakterik cəhətləri ilə əlaqədardır.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin