Yer səthi bir tərəfə meyilli olsa, çayların axını bu meyillikdən istifadə edər və
çıxıntılı və kələ-kötürdür. Ona görə də axar sular hər biri yerin meyilliyinə uyğun
olaraq axdığından, əyri-üyrü yataqlar əmələ gətirir. Bu cür çay yataqlarına ilkin əyri,
Əsl meandrların isə bərabər radiuslu qövsvari əyrilərin (dirsəklərin) ritmik
Meandrların əmələ gəlməsinə başlıca səbəb, çayda ilkin əyrilərin olması və ona gah
sağdan, gah da soldan qolların tökülməsidir. Onların sonrakı inkişafı axının
hidrodinamik xüsusiyyətindən, ərazinin səth meyilliyindən, tektonik hərəkətlərin
Meandrlı çay yataqlarında dərin (südəyən və ya plyos) və dayaz (su aşırımı)
sahələr bir-biri ilə növbələşir. Plyoslar adətən yatağın eroziya (xüsusən yan eroziya)
gedən və suyun yan aldığı batıq sahəsində, su aşırımı isə akkumulyasiya gedən
qabarıq sahəsində yerləşir. Sahillər plyos yanında dik və sıldırım, su aşırımı yanında
isə çox meyilli olur. Meandrları əmələ gətirən ilgəklər adətən, plyosların yanında
daralır. Burada çay yatağı həmişə plyos istiqamətində sahilə doğru miqrasiya edir.
Vaxt keçdikcə ilgək daralır və nəhayət qırılaraq axına yeni yataq açır. Suyun tərk
etdiyi ilgək isə quruyur. Yalnız daşqınlar zamanı köhnə ilgəyin dərin yerləri su ilə
dolur və axmazlar əmələ gətirir.
Axmazlar sızma yolu ilə yataqlardan qidalanırsa, onlarda həmişə su olur.
Azərbaycanda Kür çayı Kür-Araz düzü ərazisində axmazlarla və tərk edilmiş qədim
yataqlarla müşayiət edilən klassik meandrlar yaradır. Plyosları birləşdirən xəttə
Dostları ilə paylaş: