meandrın oxu deyilir. Meandrın oxu bir qayda olaraq yatağın batıq sahilinə sığınır.
Hər bir axar suyun axını turbulent xarakter daşıyır. Su, yatağın meyli ilə açağı axdığı
kimi köndələn sirkulyasiyaya da məruz qalır. Köndələn axının nəticəsində yatağın
batıq tərəfi yuyulur, qabarıq tərəfi isə yuyulmuş məhsulların akkumulyasiyası
nəticəsində genişlənir. Nəticədə qabarıq sahildə sahilyanı dayazlıq və allüviumdan
təşkil olunmuş yataqkənarı qum tirələri əmələ gəlir. Bu akkumulyativ sahə getdikcə
genişlənir, çayın səviyyəsindən yuxarı qalxır və nəhayət subasara çevrilir.
M.A.Velikanovun fikrincə, meandr əvvəlcə düz axan sularda mövcud olan
köndələninə sirkulyasiyanın təsiri nəticəsində də əmələ gələ bilər.
Müşahidələr göstərir ki, düzənliyin az sulu və sakit axan çaylarında meandr
ilgəkləri böyük çaylara nisbətən böyük, meandr qurşağı isə (hər iki tərəfdəki
meandrların zirvələrindən keçən düz xətlər arasındakı sahə) kiçik olacaqdır.
Subasarlı dərənin formalaşması və bu prosesdə meandrların rolu
Dərələrin inkişafının birinci mərhələsində dərə ilə yataq morfoloji cəhətdən bir-
birinə çox uyğun gəlir. Inkişaf etmiş dərələrdə isə yataq dərənin tərkibinə daxil olur
və onun bir elementini təşkil edir. Dərə müəyyən bir xətt boyunca uzanmış mənfi
erozion formadan ibarət olduğu halda, yataq onun allüvial dibinə kəsilmiş daha kiçik
erozion formanı təşkil edir.
Ərazinin səth quruluşu ilə əlaqədar olan ilk meandrın əyrilik radiusu çay
suyunun hidrodinamik təsiri altında getdikcə böyüməyə məruz qalır və buna uyğun
olaraq meandr qurşağının eni də artır. Qabarıq sahillərdəki sahilyanı dayazlıq ge-
nişlənir, allüvium yığını getdikcə artır, subasar və subasmayan terraslar əmələ gəlir.
Meandr mahmızı böyüyür, onun yamacları denudasiya proseslərinin təsiri ilə
meyilləşir, mahmızboyu get-gedə daralır. Bunun nəticəsində batıq sahillərin intensiv
yuyulan sahələri bir-birinə yaxınlaşır və daşqın zamanı mahmızın boynu qırılır, çay
burada yeni yataq salır. Mahmızın ön hissəsi adaya çevrilir, köhnə yatağın yerində
isə axmazlar və gölməçələr əmələ gəlir. Əgər ərazi tektonik cəhətdən stabil
sahədirsə və ya çökməyə məruz qalırsa, meandrın əyriləri tədricən yanları yuyaraq
genişlənir və hər iki yandan geniş allüvial subasar əmələ gəlir.
Ərazi qalxmağa başlarsa və eroziya bazisi aşağı düşərsə, çay dərinlik eroziyası
fəaliyyətində olacaq və yastı dərənin dibinə kəsilmiş meandrlar əmələ gələcəkdir.
Çayın yan eroziyasının fəaliyyəti nəticəsində meandrın batıq sahilləri hündür
olarsa, sahillər gec, alçaq olarsa daha tez yuyulub geri çəkilir. Yan eroziyanın təsiri
altında olan sahillərin yuyulması və geri çəkilməsi bir sıra amillərlə (geoloji struktur,
süxurların litoloji tərkibi, süxurların çatlılığı, qrunt və yeraltı suların sahilə çıxması
və s.) əlaqədardır.
Meandrların inkişafı dövründə axın daima aşağı miqrasiya edir. Ber-Babine
qanununa görə, yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqədar olaraq çaylar
Şimal yarımkürəsində sağ, cənub yarımkürəsində isə sol sahillərini daha çox yuyur.
Nəticədə meandrlar və meandr qurşağı bütünlüklə müvafiq sahilə doğru miqrasiya
edir.
M.S.Ceffersonun fikrincə, inkişaf etmiş çay dərələrində meandr qurşağı eninin
yatağın eninə olan münasibəti 18:1-ə bərabərdir. İ.S.Şukin “inkişaf etmiş” dərənin
qeyri-müəyyən anlayış olmasını və onun çay dərəsinin hansı inkişaf mərhələsində
müşahidə edilməsinin məlum olmadığını nəzərə alıb Ceffersonun fikrinin əleyhinə
çıxaraq göstərir ki, çayın axımının miqdarından asılı olaraq bu münasibət ayrı-ayrı
çaylarda müxtəlifdir.
Dostları ilə paylaş: |