yasına müxtəlif dərəcədə təsir edir. Hövzənin bütünlüklə və eyni tərzdə qalxması,
eroziya bazisinin alçalması, eroziya proseslərinin güclənməsinə və eroziyanın
Tektonik hərəkətlər ritmik xarakter daşıdıqda terraslar əmələ gəlir. Hərəkətlərin
çöküntüləri əmələ gəlir, hərəkətlər gücləndikdə isə çay dərində kəsilərək terras
Çayın mənbələri daha intensiv qalxarsa və tektonik hərəkətlər axın aşağı
mənsəbə yaxın yerdə onların səthi bir səviyyədə birləşir. Əgər eyni vaxtda çayın
mənsəbi çökməyə qalarsa, daha qədim terrasların səthi cavan terras çöküntüləri ilə
dursa, çayın dərininə kəsilməsi aşağılarda başlayıb tədricən yuxarılara doğru artır.
Ona görə də terrasların maksimal yüksəkliyi mənsəbə yaxın sahələrdə yerləşir və
çay yuxarı yavaş-yavaş alçalaraq yox olur.
Çay dərəsi qalxmaqda olan antiklinal və çökməkdə olan sinklinal qırışıqlar
vasitəsilə köndələninə kəsilərsə, çay terrasları deformasiyaya uğrayır. Sinklinal
sahədə intensiv akkumulyasiya gedir, dərinlik eroziyasını yan eroziya əvəz edir, dərə
genişlənir və çox vaxt daha qədim terraslar cavan allüvial çöküntülərlə örtülür.
Antiklinal qırışıq sahələrdə isə dərinlik eroziyası güclənir, yan eroziya çox zəif
gedir, dərə daralır. Möhkəm süxurlar üzə çıxarsa, astanalar və şəlalələr əmələ gəlir.
Terraslar burada maksimal yüksəkliyə malik olub çay aşağı və yuxarı alçalır.
Dərəni kəsib keçən tektonik pozulmalar da terrasların quruluşuna və
yüksəkliyinə təsir edir.
Çay dərələrinin geomorfoloji quruluşunun ən maraqlı məsələlərindən biri də
onların getdikcə daralmasıdır. K.Kayzer, A.Zupan, V.M.Devis və başqalarının
fikrincə çay dərinləşdikcə onun enerjisi tədricən uzanan yüksək yamaclardan gəti-
rilən çoxlu qırıntı məhsulların aparılmasına sərf edilir. Buna görə də çayda yan
eroziya zəifləyir və o öz dərəsini genişləndirə bilmir.
İ.S.Şukin yuxarıdakı alimlərin fikrini rədd edərək göstərir ki, bu hal bütün çay
dərələri üçün bir qanun ola bilməz. Bəzən yeni əmələ gələn dərənin eni qədim
dərəninkindən artıq olur. Belə olduqda qədim dərənin allüvial dibi bütünlüklə
yuyulur və onun izi relyefdə heç qalmır. Yeni əmələ gəlmiş dərə qədim dərəyə
nisbətən dar olarkən terraslarda müşahidə edilmir. Bəzən isə Ber-Babine qanununa
əsasən və litoloji-tektonik səbəblərdən çay qədim dərənin allüvial dibini bir tərəfdən
terras şəklində qoyaraq, o biri sahilə miqrasiya edir və yeni dərə bu sahilin yamacının
yuyulması nəticəsində əmələ gəlir.
Birbaşa dənizə və gölə tökülən çayların terrasları öz mənsəblərində həmin dəniz
və göllərin terrasları ilə uzlaşır. Belə olduqda çöküntülərində dəniz faunası qalıqları
olan dəniz terrasları vasitəsilə çay terraslarının və onların vasitəsilə də çayın
yuxarılarında müşahidə edilən başqa erozion relyef formalarının ( düzəlmə
səthlərinin, morenlərin və başqa buzlaq relyef formalarının və s.) yaşı müəyyən
edilir. Bu, ərazi relyefinin inkişaf tarixini öyrənmək məsələsini xeyli asanlaşdırır.
Yuxarıda söylənənlərdən göründüyü kimi, çay dərələrinin geomorfolji quruluşu
və inkişaf tarixi çay şəbəkəsinin inkişaf xüsusiyyətləri, iqlimin dəyişkənliyi, tektonik
hərəkətlər və çayların töküldüyü okean, dəniz və göllərin səviyyəsinin tərədüdü ilə
əlaqədardır.