yalnız axar suyun dərinlik eroziyasının fəaliyyəti ilə əlaqədardır. Bu dərələr, adətən
denudasiyaya davamlı süxurlarda (əhəngdaşı, qumdaşı, bazalt, porfirit) əmələ gəlir.
Onların yanları dik və sıldırım olub eni dərənin dibində və yuxarı hissəsində demək
olar ki, eyni olur. Tənginin dərinliyi onun yuxarı hissəsindəki enindən çox olur.
“Sapop”dan götürülüb boru, top lüləsi deməkdir. Kanyonlar dedikdə dar, dik və
sıldırım yamaclı dərin dərələr başa düşülür. Kanyonlar təngidən fərqli olaraq üfüqi
vəziyyətdə yatmış və müxtəlif litoloji tərkibi olan laylaşmış süxurlarda əmələ gəlir.
Ona görə də dərənin yamacında eroziya və denudasiyaya nisbətən davamlı olan
möhkəm süxur layları terrasabənzər səkilər və pillələr əmələ gətirir. Bu tip dərələrin
əmələ gəlməsində dərinlik eroziyasından əlavə denudasiya prosesləri də (selektiv
denudasiya) iştirak edir. Şimali Amerikada Kolorado çayının dərəsi kanyon dərəyə
ən yaxşı misal ola bilər.
Kanyonlar, adətən, quru iqlimi olan ərazi üçün xarakterikdir. Burada atmosfer
çöküntüləri çox az, səthi axım isə zəif olduğundan kanyonun pilləli dik yamacları
uzun geoloji dövr müddətində relyefdə yaxşı qalır.
Nisbətən rütubətli sahələrdə kanyon tipli dərələr asan su keçirən süxurlarda
(çatlı əhəngdaşı, qumdaşı və s.) inkişaf edir. Buna Krım yaylasında müşahidə edilən
kanyonvarı dərələri misal göstərmək olar.
Dostları ilə paylaş: