MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari


erozion-akkumulyativ terraslar



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   ...   12   13   14   15   16   17   18   19   20
Geomorfologiya - Muhazire 10

erozion-akkumulyativ terraslar deyilir. 

 

Terrasın  səthini  örtən  allüviumun  qalınlığı  tamamilə  müxtəlif  olur.  Düzənlik 



çaylarında  allüviumun  normal  qalınlığı,  daşqının  orta  səviyyəsi  ilə  plyosun  orta 

dərinliyi  arasındakı  yüksəklik  fərqindən  çox  olmur.  Əgər  allüvium  bundan  qalın 

olarsa, bu həmin sahənin tektonik çökməsini göstərir. 

 

Terraslar əsas iki mərhələdən ibarət olan proseslər nəticəsində əmələ gəlir.    1) 



Yatağın   uzununa  profili  tarazlaşmaya  yaxın  olduğu  dövrdə   çayın   dərinlik 

eroziyasının  fəaliyyəti  zəifləyir.  Yan  eroziyanı  üstünlüyü  nəticəsində  çayın 




yatağında hamarlanma və akkumulyasiya prosesləri intensivləşir və gələcək terrasın 

səthi  əmələ  gəlir:  2)  Çay  hövzəsinin  tektonik  qalxmaya  məruz  qalmasından,  çay 

qovuşmalarından,  iqlimin  rütubətləşməsindən  və  başqa  səbəblərdən  asılı  olaraq 

çayın  uzununa  profilinin  meyl  bucağı,  onun  eroziya  fəaliyyəti  artır.  Bunun 

nəticəsində çay dərininə kəsilir. Köhnə yatağın və subasarın  

akkumulyativ,  yaxud  erozion-akkumulyativ  dibi  çayın  səviyyəsindən  müəyyən 

yüksəklikdə yerləşən pilləyə - terrasa çevrilir. 

 

Deməli  çay  dərələrində  müşahidə  etdiyimiz  terraslar  tektonik  hərəkətlərin  və 



iqlim  rejiminin  ritmik  xarakterli  dəyişməsi  və  çayların  hidrodinamik  fəaliyyəti 

nəticəsində əmələ gəlir. Onların quruluşu, nisbi yüksəkliyi və genetik xüsusiyyətləri 

bu amillərin necə təzahür etməsindən asılı olaraq müxtəlif olur. 

 

Terraslar sonradan denudasiya proseslərinin təsiri ilə parçalanıb dağılır. Cavan 



terraslar relyefdə  yaxşı, qədim terraslar  isə pis qalır. Terrasların  üzərində  yerləşən 

və subasar üçün xarakter olan relyef fromaları tədricən yox olub gedir.  

 

Terrasın arxa tərəfi yamaclardan gətirilən delüvium ilə örtülür, qaşı isə tədricən 



yuyulmağa  başlayır.  Ona  görə  də  terras  əvvəlki  səthindən  məhrum  olaraq  dərəyə 

doğru  əyilmiş  müstəviyə  çevrilir.  Bunu  çay  terraslarının  yüksəkliyini  ölçərkən 

nəzərə almaq lazımdır. 

 

Terras səthinin dərənin dibinə doğru  meyilli olması bəzən terrasın  ilk  relyefi 



üçün  xarakter  olan  əlamətdir.  Bu  meyillik  bəzən  kiçik  pillələrlə  (mikroterraslarla) 

mürəkkəbləşir.  Bu  isə  çay  yatağının  bir  sahildən  başqa  sahilə  miqrasiyası  ilə 

əlaqədardır.  E.Şapyu  bu  cür  terrasları  poligenetik  terraslar  adlandırmağı  təklif 

etmişdir. 

 

Yamaclardan  terrasın  səthinə  çıxan  dərəciklər  öz  çıxış  yerlərində  gətirmə 



konusları  yaradaraq  terrasın  morfologiyasını  xeyli  mürəkkəbləşdirir.  Sürüşmələr, 

uçqun, karst və s. təbii hadisələr də belə mürəkkəbləşməyə səbəb olur. 

      Yataq meandrlarının axın aşağı miqrasiya etməsi və dərinə düşməsi nəticəsində 

“kəsilmiş” adldndırılan terraslar əmələ gəlir. Bu terraslar şəraitdən asılı olaraq çay 

dərəsinin  yalnız  bəzi  sahələrində  əmələ  gələn  yerli  terrasların  bir  növüdür.  Yerli 

terrasların  bundan  əlavə  aşağıdakı  başqa  növləri  də  var:  1)  bənd  terrasları,            

2)uzununa profilin astanaları ilə əlaqədar olan terraslar. 

 

Birinci  tip  terraslar  –  çayın  yatağında  sürüşmələr,  uçqunlar,  lava  axınları, 



morenlər vasitəsilə bəndlərin əmələ gəlməsi, bənddən yuxarı allüvium çökməsi və 

sonralar çayın həmin bəndi kəsərək dərinə düşməsi nəticəsində əmələ gəlir. İkinci  

tip terraslar- çay yatağında üzə çıxan və çox çətin yuyulan möhkəm süxurların bənd 

əmələ  gətirdiyi  yerdən  yuxarıda,  akkumulyasiya  proseslərinin  canlanması 

nəticəsində əmələ gəlir.  

 

Yerli terraslar heç bir kənar qüvvənin təsiri olamadan çayın normal inkişafı ilə 



əlaqədar olaraq əmələ gələ bilər. Belə terraslar çayda suyun miqdarının fəsillər üzrə 


tərəddüdü,  sülb  axımının  dəyişməsi  və  deltalarda  çay  qollarının  su  rejiminin 

dəyişməsi nəticəsində yaranır. 

 

İndi  də  qısaca  olaraq  çayın  fəaliyyətinə  və  terrasların  əmələ  gəlməsinə  təsir 



edən amillər üzərində dayanaq. 

 


Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin