Çayda suyun miqdarının dəyişməsi. Bu, qovuşmalar və iqlimin dəyişməsi yolu
ilə ola bilər. Y.V.Şanser çay dərələrinin inkişafında və terrasların əmələ gəlməsində
dördüncü dövrdə iqlimin dəyişməsini və bununla əlaqədar olan buzlaşmanın rolunu
inkar edərək, tektonik hərəkətləri birinci planda verir.
İ.S.Şukin, Y.V.Şanserin bu fikrini əsaslı surətdə rədd edərək göstərir ki, iqlimin
dəyişməsi axım rejiminə təsir etdiyi kimi, aşınma proseslərinin intensivliyini,
çaylara gələn və daşınan qırıntı məhsulunun miqdarını müəyyən etməklə çayın
fəaliyyətinə dolayı yollarla da təsir göstərir.
A.Penk və V.Zorkel Alp dağlarındakı müşahidlərinə əsasən çay dərələrinin
təkamülündə iqlimin dəyişməsinə xüsusi yer vermişdir. Göstərilən müəlliflərin
fikrincə buzlaşma dövründə aşınma prosesləri o dərəcədə inkişaf edir ki, çaylar
aşınma məhsulunu aparmağa qadir olmur və akkumulyasiya prosesləri intensiv
sürətlə inkişaf edir. V.Zorgelə görə hər buzlaşmaya allüvial terras müvafiq gəlir.
Buzlaşmaarası və buzlaşmadan sonra isə aşınma məhsulu azalır və çaylar dərininə
kəsilməyə başlayır.
Qeyd etmək lazımdır ki, A.Penk və V.Zorgelin fikri yalnız dağ çaylarına aiddir.
Düzənlikdə yamacların meyli o qədər az olur ki, aşınma məhsulu bütünlüklə çaylara
gəlib çıxmır.
Dostları ilə paylaş: |