Mühazirə " Kitabxanaların kompyuterləşdirilməsinin əsasları" kursunun əhəmiyyəti, məqsədi və vəzifələri ƏDƏBİyyat


Soraq-axtarış aparatının təşkili və strukturu



Yüklə 294,52 Kb.
səhifə19/23
tarix01.01.2022
ölçüsü294,52 Kb.
#106597
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Kitabxanaların-kompyuterləşdirilməsinin-əsasları

Soraq-axtarış aparatının təşkili və strukturu

Soraq-axtarış aparatı bütün tip kitabxanalarda, o cümlə- dən ETK-larda fondun ayrılmaz tərkib hissəsidir. ETK-larda soraq-axtarış aparatı, biblioqrafik və ya soraq nəşrləri fondu birlikdə soraq-informasiya fondu (SİF) adlanır. Onun təşkili, quruluşu, tərkibi və formalaşdırılması qaydaları 1988-ci ildə SSRİ Dövlət Ümumi Elmi-Texniki Kitabxanası tərəfindən hazırlanıb nəşr edilmiş «Справочно-поисковый аппарат справочно-информационного фонда предприятий и орга- низаций» adlı metodiki təlimatda dolğun əksini tapmışdır. Təbii ki, bütün kitabxana texnologiyaları kimi, soraq-informasiya fondlarında da soraq-axtarış aparatının işlənməsi tex- nologiyası ETK-larda siyasi xarakter daşımadığından deyilən metodiki təlimat da öz əhəmiyyətini saxlayır. Bundan başqa, ETK-larda soraq-axtarış aparatının təşkilinə dair onlarla me- todiki və təcrübi sənədlər və dövlət standartları işlənmişdir. Onlar indi də qüvvədədir, yəni istifadə edilə bilər. 7.27-80 saylı dövlət standartında (Научно-информа- ционная деятельность. Основные термины и опреде- ления) soraq-axtarış aparatına belə tərif verilir: «Soraq- axtarış aparatı mütəxəssislərin informasiya tələbatlarına və sorğularına uyğun olaraq elmi-texniki informasiyanı axtar- maq üçün ikinci növ sənədlərin (törəmə sənədlərin) müəyyən qaydada, sistemə salınmış (gətirilmiş) məcmusudur». Soraq- axtarış aparatına daxildir: kataloq və kartotekalar kompleksi, soraq-informasiya nəşrləri fondu, əlifba predmet göstəricisi. Soraq-axtarış aparatının hissələri bir-birini tamamlayır və bütünlükdə müxtəlif informasiya sorğularını təmin edir.

Soraq-axtarış aparatı digər tip kitabxanalarla müqayi- sədə patent və standart fondlarında bir qədər fərqli xüsusiy- yətlərə malikdir. Belə ki, patent fondlarında soraq-axtarış aparatı dedikdə ETK-da olan rəsmi dövlət patent bülletenləri (məs: Azərbaycanda rüblük nəşr edilən «Sənaye mülkiyyəti» bülleteni), dünya patent fondlarının, yəni ayrı-ayrı ölkələrin retrospektiv patent sənədlərini əks etdirən əlifba-predmet göstəriciləri, dövlət patent idarələrinin və sahibkar firmaların buraxdığı aylıq və qismən həftəlik referativ nəşrlər və əlbəttə, xüsusi tipə və quruluşa malik olan kataloqlar nəzərdə tutulur.

Bütün bunlar sənaye nümunələrinə də aiddir. Standart və texniki şərtlər fondlarında ETK-nın tərkib hissəsi kimi MDB ölkələri üzrə Dövlət standartları göstə- ricisi (aylıq), standartlarda dəyişiklik və əlavələrə, həmçinin ləğvetməyə dair aylıq informasiya göstəricisi, yeni texniki şərtlərə dair sistemli-əlifba göstəricisi və əlbəttə, qismən digər tip kitabxanalardan fərqlənən kataloqlar mövcuddur. Sənaye məmulatına dair prospektləri (buraxılacaq məhsul- ların xarakteristikası) və istehsal edilmiş məhsullara dair in- formasiyaları əks etdirən aylıq «Промышленные каталоги» adlı göstəricini də buraya əlavə etmək lazımdır. Mikrofilmlərin və mikrofişlərin də qismən digər sənəd- lərdən fərqlənən soraq-axtarış aparatı vardır. Bütün deyilənlər onu göstərir ki, soraq-axtarış aparatı, hətta kataloq və kartotekalar bütün kitabxanalarda eyni tipə və növə malik deyil, yəni fərqlidir. ETK-larda isə soraq-ax- tarış aparatı sənədlərin növləri və onların axtarış əlamətlərilə bağlı olaraq yaradılır.

Soraq-axtarış aparatını yaradarkən aşağıdakı vacib şərtlərə əməl edilməlidir: soraq-axtarış aparatının müxtəlif hissələri bir-birini təkrar etməməlidir; soraq-axtarış aparatına da- xil edilən biblioqrafik informasiyalar hər hissədə yeni as- pektdən açılmalıdır; soraq-axtarış aparatının hissələri arasın- da qarşılıqlı isnad və əks isnad olmalıdır.



Yüklə 294,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin