Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Muhazirə 9 Verilənlər bazası



Yüklə 0,95 Mb.
səhifə21/44
tarix10.12.2023
ölçüsü0,95 Mb.
#139013
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
M hazir 1 Giri sas anlay lar. M lumat

Muhazirə 9
Verilənlər bazası
Verilənlər bazası və modellər

Fayldan sonra yaradılan və onun çatışmayan cəhətlərinin aradan qaldırılmasına xidmət edən ən yüksək səviyyəli struktur verilənlər bazasdır.


Faylların aşağıdakı çatışmamazlıqları vardır:

  • verilənlərin dəfələrlə təkrarlanması ;

  • verilənlərlə onları emal edən tətbiqi proqramlar arasında asılılıq ;

  • faylların mərkəzləşdirilməmiş idarə edilməsi. Bu idarə olunmaya qoyulan xərcləri artırır və nəticədə məsələnin həlli və ya sistemin yaradılması baha başa gəlir.

  • Informasiya təhlükəsizliyinin lazimi səviyyədə olmaması ;

  • Fayllarla işləyərkən qurulan sistem daha baha olur.

VB konsepsiyası (60 – cı illərin sonunda) bütün bu göstərilən çatışmamazlıqları aradan qaldırmaq üçün təşkil olundu. Yuxarıda qeyd edilən çatışmamazlıqları aradan qaldırılması mümkün oldu. Bu cür sistemlərin tətbiqi 50 faizə kimi qənaətə səbəb oldu.
Verilənlər bazası nədir ?
VB özü də fayıllar toplusudur lakin əvvəlki topludan fərqi əlaqələndirilmiş olmasıdır. Qısaca desək, VB bir – biri ilə əlaqələndirilmiş mərkəzləşdirilmiş idarə olunan fayllar toplusudur. Bazaya daxil olan faylların təşkili, dəyişiklik aparılması, əlavə edilməsi, lazimi verilənlərin tapılması, silinməsi, informasiyanın qurulması xüsusi proqram - dil kompleksi vasitəsilə reallaşdırılır. Həmin proqram kompleksinə VBİS-verilənlər bazasının idarəetmə sistemi deyilir.
VB – də isə verilənlərin strukturu anlayışı əvəzinə verilənlərin modeli sözündən istifadə edilir. Verilənlərin aşağıdakı modelləri mövcuddur :

  • İyerarxik;

  • Relyasiya;

  • Postrelyasiya;

  • Şəbəkə;

  • Çoxölçülü.

  • Obyektyönlü;

Verilənlərin modelləri.
VB-də verilənlər müəyyən məntiqi strukturla saxlanılır.
Verilənlərin modeli anlayışı onların necə və hansı qaydalarla strukturlaşdığını təyin edir. Lakin belə struktkur xassələri verilənlərin istifadə üsullarını və onların semantikasını tam açmaca imkan vermir. Bundan ötrü verilənlər üzərində aparılacaqa əməliyyatlar əvvəlcədən müəyyən olunmalıdır və həmin əməliyyatlar verilənlərin strukturlarına uycun seçilməlidir.
Verilənlərin modelləri yüksəkdərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Yəni ki, hər bir verilən bu və yadigər kateqoriyaya aid ediləcək. Əgər bütün verilənləri kateqorizasiyaya uğratmaq mümkündeyilsə, veriləni süni yolla müəyyən kateqoriyaya gətirib çıxarmaq lazım gəlir. Kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir, məsələn, «atribut», «əlaqə» , «mahiyyət» kateqoriyaları. Kateqoriyalar və kateqoriyalar arasındakı əlaqələr bir yerdə sxem adlanır.
İstifadəçilərin tələblərindən və tətbiq sahəsinin xüsusiyyətlərindən asılı olaraq verilənlərin modelləri müxtəlif olur. Buna baxmayaraq, bütün modellərə ümumi təyinetmələr və anlayışlar aid etmək olar. Hər bir model aid olduğu real obyektlərin statik vədinamik xassələrini tam əks etdirməlidir. Vaxta görə invariant(dəyişməz) olan xassələr statik xassələrə aiddir. Onlar seçilmiş müəyyən zaman intervalında və ya həmişədocru vədəyişməz olur. Statik xassələr verilənlərin təsviridili ilə əlaqələndirilir və verilənlər modelinin yaranma qaydalarını ifadə edir. Burada başlıca məqsəd verilənlərin mümkün strukturlarını təsvir və onlar arasındakı əlaqələri təyin etməkdir. Verilənlərin yaranma qaydalarına cavab verən uycun kateqoriyaların müəyyənləşdirilməsi ilə onların strukturunun təyini aparılır. Atributlar və onların mümkün qiymətləri vasitəsilə isə kateqoriyaların müəyyənləşdirilməsi aparılır. Bu zaman«tamlıcın məhdudlucu» hər bir kateqoriya üçün nəzərə alınmalıdır. Məsələn, işçinin əmək haqqı məbləği 5 rəqəmli ədəddən böyük olmamalıdır və ya tabel nömrəsi unikal olmalıdır. Modeldə aşkar məhdudluqlarla yanaşı onun struktur spesifikasiyalarına aid olandaxili məhdudluqlarıda göstərilə bilər. Məsələn, acacvari strukturla obyektlər arasındakı əlaqələr məhdudlaşa bilər.
Obyektlərə təsir edən əməliyyatlar nəticəsində hazırkı vəziyyətlərinin dəyişilmələrini isə dinamik xassələr əks etdirirlər.
Verilənlər üzərində aparılan əməliyyatlar çoxlucu verilənlər modelinindinamiki xassələrini ifadə edir və verilənlərlə əməliyyatdili ilə əlaqələndirilir. Verilənlər bazasının VBi vəziyyətindən VBj vəziyyətinə çevrilməsi üçün aparılan əməliyyatlar əməliyyatlar çoxlucununa daxildir. Bu çoxlucun istənilən bir əməliyyatı VB-nin vəziyyətini bir haldandigərinə çevirə bilər.Buna baxmayaraq, VB-nin məntiqi strukturudəyişməz olaraq qalır. Bu odeməkdir ki, istənilən haldadaxili məhdudluqların pozulmasına icazə verilmir.
Əvvəl də qeyd etdiyimiz kimi, verilənlər bazasının idarəetmə sistemi (VBIS) vasitəsilə verilənlər bazasının idarə olunması prosesi həyata keçirilir. VBIS verilənlər üzərində əməliyyatların aparılması və onların təsviri üçün uycun vasitələrə malik olmalıdır və qəbul olunmuşdilləri (hazırda bütün bu funksiyaları SQLdili yerinə yetirir)dəstəkləməlidir. Yəni ki, VBIS ilə verilənlərin modelinin reallaşdırılması təmin olunmalıdır. VBIS model-yönlü olur-yəni verilənlərin konkret tip modelinə yönəldilir.
Klassik və onların əsasında yaradılmış yeni modellərdən verilənlərin struktur modelləşdirilməsi üçün istifadə olunur. Klassik modellər: relyasiya, şəbəkəiyerarxik modelləri. Son illərdə yaradılan və praktikada aktiv tətbiq olunan yeni modellər: obyektyönlü, çoxölçülüpostrelyasiya modellər.
Göstərilən modellərin genişləndirilməsindən yaradılandigər modellər : obyekt-relyasiya, konseptual-yönlü, semantik,deduktiv obyekt-yönlü modelləri misal göstərmək olar. Bu modellərdən bəziləri verilənlər bazalarını, biliklər bazalarını və proqramlaşdırmadillərini inteqrasiya etmək məqsədilə tətbiq olunur.
Bəzi VBIS-lərdə eyni zamanda verilənlərin bir neçə modelidəstəklənir.INTERBASE sistemində tətbiqi proqramlar verilənlərlə əməliyyatlar üçün şəbəkədilindən istifadə edir, istifadəçi interfeysi isə QBE və SQLdillərində reallaşdırılır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin