Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə20/44
tarix10.12.2023
ölçüsü0,95 Mb.
#139013
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
M hazir 1 Giri sas anlay lar. M lumat

Faylların təşkil üsulu

Aşağıdakı təşkil üsulları mövcuddur :



  • ixtiyari ;

  • ardıcıl ;

  • indeksli.

İxtiyari üsulu. Yalnız ünvanlaşdırıla bilən yaddaşda mümkündür. Ona görə ki, orada verilənlər daşıyıcının istənilən ünvanla təyin olunan yerində yerləşdirilə bilər . Proqramçı ünvanlarla deyil, açarlar vastəsiylə işləyir. Bundan ötrü, əvvəlcə yazının açarı ünvana çevrilir, daha sonra isə yazı həmin ünvana yerləşdirilir. Burada əsas məsələ açarın ünvana çevrilməsidir. Ixtiyari üsulla təşkil olunmuş fayl ixtiyari fayl adlanır. Ixtiyari fayla müraciət yalnız açarla mümkündür. Yəni bu tip fayla açarsız müraciət mümkün deyil. Üsulun çatışmayan cəhəti də elə bundan ibarətdir.
Ardıcıl təşkil üsulu. Daşıyıcıda faylın yazıları bir–birinin ardınca yerləşdirilir.



Y1

Y2

Y3

..........

Şəkil 5.1. Faylın yazılarının daşıyıcıda yerləşdirilməsi


Bu ən sadə üsuldur və asan reallaşdırılır. Hər dəfə fayla müraciət edərkən ardıcıl müraciət zamanı yazılara ardıcıl olaraq baxılır. Çatışmazlığı ondan ibarətdir ki, bu cür təşkil olunan fayla yalnız ardıcıl müraciət mümkündür. Bu zaman, sonda yazılan yazını tapmaqçün çoxlu sayda müraciət etmək lazımdır. Buna baxmayaraq praktikada elə məsələlər var ki, faylın yazılarının hamısına onların yerləşmə ardıcıllığı ilə bir-bir baxmaq lazım olan fayıllala işləyərkən ardıcıl təşkil üsulundan geniş istifadə olunur.


İndeksli təşkil üsulu. Mahiyyətcə ixtiyari üsula oxşayır. Bu üsul iki növdə mövcuddur:
1.Tam indeksləşmiş – burada faylın yazılarının hamısı indeks cədvəli vasitəsilə əhatə olunur.
2.Natamam indeksləşmiş –üsulun mahiyyəti aşağıdakı kimidir. Açarların qiymətləri daşıyıcıda artma ardıcıllığı ilə nizamla yerləşdirilir.Yazılara əsasən açarların ünvanları üç səviyyəli indekslər vasitəsilə təşkil edilir.
- Trek səviyyəsi:

Açar

Trekin nömrəsi

- Tərəf səviyyəsi:





Açar

Tərəfin nömrəsi

- Sektorun indeksi:





Açar

Sektorun nömrəsi

Şəkil 5.2. Açarların ünvanları


Ardıcıl və birbaşa müraciətin təşkili. Randomlaşdırma üsulları.


Fayla müraciət üsulları. Fayla iki müracət üsulü mövcuddur:

      1. Ardıcıl

      2. Birbaşa

1.Ardıcıl. Bu üsulda faylın yazılarına birincidən sonuncuya tərəf ardıcıl olaraq müraciət edilir. Yəni n-ci elementə müraciət etməzdən öncə n – 1 -ci elementinə müraciət etmək lazımdır.
2.Birbaşa. Birbaşa müraciət isə yalnız ünvanlaşdırılan yaddaş üçün mümükündür.Yazıya birbaşa müraciət etməkdən ötrü üçün onun ünvanı tələb olunur. Əksər halarda ünvan bəlli olmur. İstifadəçi bu səbəbdən də açarlardan istifadə edir. Bildiyimiz kimi açar bir və ya bir neçə birləşdirilmiş verilənlərdən ibarətdi və yazını bir mənalı təyin edir. Açarın ünvana çevrilməsi zərurəti yazı bəlli olmadıqda yaranır. Bir neçə üsula baxaq.


Açarın ünvana çevrilməsi üsulları :



  1. Açarın özündən dolayı yolla ünvan kimi istifadə olunur (hesablanan ünvan)-bu üsuldan yalnız rəqəm tipli açarlar üçün istifadə edilə bilər. Falın ilk yazısının ünvanı həmişə bəlli olur. Bunu translyator vasitəsiylə təyin edilir. Biz burada yalnız eyni ölçülü (F tipli) yazılara baxırıq.


Şəkil 5.3. F tipli yazı

Bu halda yazı ünvanları aşağıdakı düsturla hesablanır:


= +(k+1)*l
Bu üsuldan ardicil təşkil üsulu ilə yaradılmış yazılar daşıyıcıda yerləşdirildiyi halda istifadə olunur.

  1. İndeks üsulu- İndeks cədvəlindən açarın ünvana çevrilməsi üçün istifadə olunur. İndeks 2 sütundan ibarət olan cədvəldir. İlk sütunda açar, növbəti sütunda ünvan yerləşdirilir.


Axtarış üçün verilmiş açar indeks faylından tapılır sonra isə uyğun ünvana əsasən yazı seçilir. Sadə halda cədvəldə axtarış ardıcıl aparılır.
Bu üsullardan əlavə rondonlaşdırma adı ilə məlum olan bir neçə üsul da mövcuddur.

Randomlaşdırma üsulları.


Randomlaşdırma üsulları nəticəsində açar hər hansı təsadüfi bir ədədə çevrilir və bu ədəddən ünvan kimi istifadə olunur.
Randomlaşdırmanın aşağıdakı üsulları mövcuddur:

  1. Say sisteminin əsasının dəyişdirilməsi;

  2. Qalıqla bölmə-verilmiş açarın bütün açarların ümumi sayına yaxın olan sadə ədədə nisbəti tapılır. Əməldən alınan qalıq ədədi açarlar üçün ünvan kimi istifadə edilir;

Bükmə (sıxlaşdırma-hərf tipli açarlarda da istifadə ounur)-verilmiş açar bir neçə hissəyə bölünür. Bu hissələrin rəqəm kodları üzərində əməliyyat aparılır. Nəticədən ünvan kimi istifadə edilir.Nümunəyə baxaq-
Fərz edək ki, verilmiş açar simvol tiplidir:

Abbasov_Abbas_Abbas_oğlu_ _ _ _




  1. Açarda təkrarlanan hərflər və ya rəqəmlər silinir.




Təkrarlanan simvollar silindikdən sonra qalan hissə açar kimi istifadə olunur. Randomlaşdırma üsullarının çatışmayan cəhəti ondan ibarətdir ki, bir neçə müxtəlif açara bu üsullardan biri tətbiq olunduqda eyni ünvana çevrilir. Bu halda açarlara sinonimlik açarlar deyilir. Aydındır ki, düzgün nətiə almaq üçün sinonimliyi ləğv etmək lazımdır. Odur ki, bu üsullar tətbiq edilməzdən öncə müqayisə aparılır. Hansı üsulda az sinonimlik aşkar edilirsə, o üsuldan istifadə edilir. Praktikada, adətən eyni zamanda 2 və daha çox üsul tətbiq edilir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin