Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə23/44
tarix10.12.2023
ölçüsü0,95 Mb.
#139013
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
M hazir 1 Giri sas anlay lar. M lumat

Şəbəkə modeli

Verilənlər ixtiyari qraf şəklində təsvir şəbəkə modelində realizə olunur. Şəbəkə modelində iyerarxik modeldən fərqli olaraq 1:1, 1:M, M:1 əlaqələriylə yanaşı M:N tipli(çoxun-çoxa) əlaqələrində qurmaq mümkündür.


M:N tipli əlaqənin reallaşdırılması onun k(1 k M) sayda 1:N əlaqəsinə çevrilməsi ilə əldə edilir. Bu isə həm məntiqi, həmdə fiziki səviyyədə çətinlik və mürəkkəblik yaradır. Bununla əlaqədar olaraq şəbəkə modelli VBIS-in mürəkkəb olur və çox baha başa gəlir. Modelin çatışmamazlığı bundan ibarətdir.
CODASYL komitəsinin verilənlər bazaları üzrə işçi qrupunun (DBTG) verdiyi tövsiyyələri və təlimatları şəbəkə modellərinin və onlara uycun VBIS-lərin yaradılmasında və inkişafında verilənlərin emalı sistemləri üçündil vasitələrinin yaradılmasında böyük rolu olmuşdur. CODASYL modeli müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl sistemlərinin və onların sonrakı inkişafı nəticəsində yaranan ilk şəbəkə sistemlərinin təsiri altında yaradılmışdır. Şəbəkə modelli VBIS-lərə misal olaraq TOTAL, MARK-I, MARK-II, SETOP, 9 PAC, ADABAS, CET, IDMS sistemlərini göstərmək olar.

Relyasiya modeli


İngiliscə tərcümədə mənası nisbət ( relation ) deməkdir. Bu modeli məhşur ingilis riyaziyyatçısı Eduart Kodd təklif etmişdir. Modelin riyazi əsası riyaziyyatdakı məlum nisbətlər cəbrindən götürülmüşdür.


Nisbət (ingiliscə-relation)-kortej adlanmış elementlər çoxlucundan ibarətdir. Nisbətin əyani təsviri forması bizim üçün adi olan ikiölçülü cədvəldir. Bildiyimiz kimi, cədvəl sütunlardan və sətirlərdən ibarət formadır. Cədvəlin hər bir sətri eyni struktura, tipə malik olan sahələrdən ibarətdir. Nisbət baxımından cədvəlin sütununadomen, sətrinə isə kortejdeyilir. Adlandırılmışdomenlər isə atribut adlanır.
Fayl strukturu ilə müqayisədə isə cədvəl-fayla, cədvəlin sütunu -elementar yazıya, sətri isə verilənə uycun gəlir.
Nisbətlər cəbri adlanan riyazi aparatın verilənlər bazasına tətbiqi nəticəsində relyasiya modeli yaranmışdır. Həmin riyazi aparat relyasiya modelinin xassələrini aydın və yıccam formada təyin etməyə imkan verir. Bundan əlavə, relyasiya modeli nisbətlər arasında istənilən tip əlaqənin (1:1, 1:M, M:N) reallaşdırılmasına və nisbətlər üzərində müxtəlif əməliyyatların (çıxma,dekart hasili, bölmə, seçmə, birləşmə, proyeksiya, kəsişmə və s.) aparılmasına imkan yaradır. Bu cəhətlərə əsasən 70-ci illərin sonlarından başlayaraq yaradılan verilənlər bazalarının əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Nisbətlər cəbrində nisbət dedikdə aşağıdakı ifadə nəzərdə tutulur.
R ( A1, A2, ... An )
R – nibətin adı , A1, A2, ... An - nisbətin n-ci atributlarıdır.
Relyasiya modelində nisbətə çoxluq kimi baxılır və həmin çoxluqlar üzərində aşağıdakı əməliyyatlar aparılır:

  • vurma ( dekart hasil ) ;

  • toplama ( birləşdirmə ) ;

  • çıxma ;

  • bölmə;

  • kəsişmə ;

Bunlardan əlavə nisbətlər üzərində iki xüsusi əməliyyat yerinə yetirilir:
- proyeksiya ;
- seçmə ;
Mövcud bütün VBİS – lərdə göstərilən əməliyyatlar nəzərə alınır. Bu isə mürəkkəb sorğulara cavab vermək üçün vacib məsələdir.
Tələbə ( N, Soyad, Ad, Atası, ... )
Belə yazılışa nisbətin sxemi deyilir. Doldurulmuş cədvələ nisbətin genişlənməsi deyilir. Cədvəlin sətirləri kortej , sütunlari domen adlanır. Sütunun adı isə atribut adlanır.



N

Soyad

Ad

Atasının adı

Doğulduğu il

1

Əhmədov

Vəli

Nəbi

1990

2

Quliyev

Qulu

Əhməd

1994

3

Nəsibov

Əli

Nazim

1996

4

Əliyev

İsa

Xəzri

1992

Şəkil 6.1. Tələbə cədvəli



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin