Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə32/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
mühazirə VBİS-qisa(1)

Paylanmış VBİS-lərlə iş
"Qayda" termini bu anlayışın mənasının izahı ilə birlikdə ilk dəfə K. C. Deyt tərəfindən təklif edilmişdir. "Fundamental prinsip" anlayışını isə o, "sıfır qaydası" (Rule Zero) adlandırmışdı. Ancaq "qaydalar" termininin yerinə "məqsəd" istifadə etmək daha uyğundur. Onların sayı on ikidir.
1. Lokal avtonomluq (local autonomy).
2. Mərkəzi qovşaqdan asılı olmamaq (no reliance on central site).
3. Fasiləsiz fəaliyyət (continuous operation).
4. Yerləşmədən asılı olmamaq (location independence).
5. Fraqmentlikdən asılı olmamaq (fragmentation independence).
6. Replikasiyadan asılı olmamaq (replication independence).
7. Paylanmış sorğuların emalı (distributed query processing).
8. Paylanmış tranzaksiyaları idarə etmək (distributed transaction processing).
9. Aparat təminatından asılı olmamaq (hardware independence).
10. Əməliyyat sistemindən asılı olmamaq (operationg system independence).
11. Şəbəkədən asılı olmamaq (network independence).
12. VBİS-dən asılı olmamaq (database independence).
Bu məqsədlərin hər birinin qısa icmalına baxaq.


Lokal avtonomluq. Bu keyfiyyət paylanmış sistemin qovşaqlarının hər birində verilənlərin lokal miqyasda idarə olunmasını bildirir. Qovşaqlardan birində yerləşdirilmiş verilənlər bazası paylanmış sistemin ayrılmaz komponentidir. Verilənlərin ümumi sahəsinin fraqmenti olmaqla, o, eyni zamanda tam funksiyalı lokal verilənlər bazası kimi işləyir; idarəetmə onun tərəfindən lokal miqyasda və sistemin başqa qovşaqlarından asılı olmayaraq yerinə yetirilir.


Mərkəzi qovşaqdan asılı olmamaq. İdeal sistemdə bütün qovşaqlar bərabər hüquqlu və müstəqildir, amma onlarda yerləşdirilmiş bazalar verilənlərin ümumi sahəsinə verilənlərin bərabər hüquqlu təchizatçısıdır. Qovşaqların hər birində verilənlər bazası mükəmməldir - o özünün dolğun şəxsi verilənlər lüğətinə malikdir və icazəsiz girişlərdən tamamilə qorunmuşdur.


Fasiləsiz fəaliyyət. Bu keyfiyyəti PVB çərçivəsində onların yerləşməsindən və lokal qovşaqlarda yerinə yetirilən əməliyyatlardan asılı olmayaraq verilənlərə fasiləsiz ("gündə 24 saat, həftədə yeddi gün") girişin təmini kimi asılı olmayaraq izah etmək olar. Bu keyfiyyət belə şüarla da ifadə etmək olar: "verilənlər həmişə əlçatandır, onlar üzərində əməliyyatlar fasiləsiz yerinə yetirilir".


Yerləşmədən asılı olmamaq. Bu xassə verilənlərin yerləşməsinin tam şəffaflığını bildirir. PVB-yə müraciət edən istifadəçi informasiya sisteminin qovşaqlarında verilənlərin real, fiziki yerləşməsi haqqında heç nə bilməməlidir. Verilənlər üzərində bütün əməliyyatlar onların yerləşdiyi yerlərin uçotu olmadan yerinə yetirilir.


Fraqmentlikdən asılı olmamaq. Bu xassə məntiqi bütövlük təşkil edən verilənlərin paylanmış (yəni müxtəlif qovşaqlarda) şəkildə yerləşdirilməsini bildirir. İki tip fraqmentlik mövcuddur: üfqi və şaquli. Üfqi fraqmentlik bir cədvəlin sətirlərinin müxtəlif qovşaqlarda saxlanılmasıni bildirir. Şaquli fraqmentlik məntiqi cədvəlin sütunlarının bir neçə qovşaqda paylanmasını bildirir.


Replikasiyadan (nüsxələrin çoxaldılması) asılı olmamaq. Verilənlərin çoxaldılması (tirajın təyin edilməsi) - bu ilkin verilənlər bazasının obyektlərinin paylanmış sistemin digər qovşaqlarında yerləşdirilmiş bazalara dəyişdirilməsi asinxron (ümumi mənada) prosesidir. Bu kontekstdə çoxaldılma şəffaflığı onu bildirir ki, verilənlər bazaları arasında dəyişikliklər paylanmış sistemin istifadəçisinin görə bilmədiyi vasitələrlə yerinə yetirilir. Bu xassə bildirir ki, çoxaldılma sistemdaxili vasitələrlə əldə edilir.


Paylanmış sorğuların emalı PVB-nin bu xassəsi SQL dilində adi sorğu çərçivəsində paylanmış verilənlər bazasının üzərində seçmə əməliyyatlarının icra edilməsini bildirir. Yəni PVB-dən seçmə əməliyyatını adi lokal verilənlər bazası üzərində yerinə yetirilən həmin dil vasitələrinin köməyi ilə etmək olar.


Paylanmış tranzaksiyaları idarə etmək. PVB-nin bu xassəsi paylanmış verilənlər bazasının, verilənlərin bütövlüyü və uyğunluğunu pozmadan, yenilənməsi əməliyyatlarının (INSERT, UPDATE, DELETE) icra edilməsi imkanı kimi izah etmək olar. Bu məqsəd paylanmış tranzaksiyaların emalının faktiki standartı olmuş ikifazlı qeydiyyat protokolunun (two-phase commit protocol) tətbiqi ilə əldə edilir. Onun tətbiqi paylanmış (və ya qlobal) tranzaksiyalar çərçivəsində bir neçə qovşaqda verilənlərin uyğunlaşdırılmış dəyişikliyinə zəmanət verir.


Aparat təminatından asılı olmamaq. Bu xassə onu bildirir ki, paylanmış sistemin qovşağı qismində meynfreymlərdən fərdi kompyuterlərə kimi istənilən kompyuter modelləri çıxış edə bilər.


Əməliyyat sistemindən asılı olmamaq. Bu xassə əvvəlki xassədən irəli gəlir və paylanmış sistemin qovşaqlarını idarə edən əməliyyat sistemlərinin müxtəlifliyini bildirir.


Şəbəkədən asılı olmamaq İstənilən verilənlər bazalarına giriş şəbəkədən həyata keçirilə bilər. Şəbəkə protokollarını dəstəkləyən konkret VBİS-lər spektri paylanmış verilənlər bazaları sistemi üçün məhdudiyyət olmamalıdır. Bu xassə maksimal geniş imkan ifadə edilir, yəni paylanmış sistemdə istənilən şəbəkə protokollarından istifadə etmək olar.


VBİS-dən asılı olmamaq. Bu xassə bildirir ki, paylanmış sistemdə müxtəlif istehsalçıların VBİS-ləri bir yerdə rahat işləyə bilər və müxtəlif modelli və formatlı verilənlər bazalarında axtarış və yeniləmə əməliyyatları aparmaq mümkündür. Deytin tərifinə əsaslanaraq, PVB-yə qovşaqları lokal verilənlər bazalarını təşkil edən zəif əlaqəli şəbəkə strukturu kimi baxmaq olar. Lokal verilənlər bazaları avtonomdur, müstəqildir və mükəmməldir; onlara giriş müxtəlif təchizatçıların VBİS-ləri ilə giriş təmin olunur. Qovşaqlar arasında əlaqələr - çoxaldılan verilənlər axınlarıdır. PVB-nin topologiyası geniş diapazonda dəyişilir – iyerarxik, "ulduz" tipli strukturlar və s variantlar mümkündür. Bütövlükdə PVB topologiyası informasiya sisteminin coğrafiyası ilə və verilənlərin çoxaldılması axınlarının istiqaməti ilə təyin edilir.
Mühazirə 14

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin