-Fənnin təliminə verilən əsas tələblər.
-Təlimin təşkilində istifadə olunan forma və üsullar;
- Fənn üzrə təlimin planlaşdırılması .
Təlim strategiyaları seçilərkən dünya təcrübəsinə əsaslanaraq aşağıdakılar nəzərə alınmışdır:
şagirdlərin yaş səviyyəsi, dərketmə qabliyyəti, maraq və ehtiyacları;
müəllimin peşəkarlıq səviyyəsi;
fənnin məqsədləri;
standartın reallaşmasına xidmət edən təlim məqsədləri;
qiymətləndirmə standartları.
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblər:
Pedaqoji prosesin tamlığı. Təlim məqsədlərini kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.
Təlimdə bərabər imkanların yaradılması. Bütün şagirdlərə eyni təlim şəraitini yaradır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.
Dostları ilə paylaş: |