Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Bu da, Motivasiya + Problemin qoyulması = şagirdlərin idrak fəallığı və anlayışının üzə çıxarılması ilə nəticələnir



Yüklə 192,92 Kb.
səhifə33/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   108
Bu da, Motivasiya + Problemin qoyulması = şagirdlərin idrak fəallığı və anlayışının üzə çıxarılması ilə nəticələnir.

Motivasiya mərhələsində problemin qoyulması fəal təlimin əsasını təşkil edir və bundan sonra dərs problemin həllinə yönəldilir. Nəzərə almaq lazımdır ki, motivasiyada problem yaratmaq həmişə asan olmur. Ona görə ki, problemli vəziyyəti yaratmaq müəllim bacarığından və peşakarlığından asılı olub, bir neçə mütləq nəzərə alınması vacib bilinən şərtlərə əsaslanır.

Tədris prosesində problem həlli tələb olunan çətin sual mənasında çıxış edir. Problemli sualın həlli düşündürücü xarakter daşıdığı üçün o şagirdlərdə idraki əhval–ruhiyyəni və təfəkkür fəaliyyətini oyatmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, adi çalışma və ya həlli tələb olunan bir variantlı sualları heç də problem kimi qiymətləndirmək olmaz. Buna görə də müəllim idraki motivasiyanı yaradan problemi qoyarkən həll olunacaq məsələ haqqında ziddiyyətlərin daha çox olması və bu haqda şagirdlərin məlumat qıtlığının az olmasını da nəzərə almalıdır.

Motivasiya mərhələsində problemin qoyulması ziddiyyətlərin çoxluğu və məlumat qıtlığından, fakt və anlayışların az olmasından yaranır. Çətinliklərlə qarşı-laşan şagirdlərdə problemin həlli üçün daxili ehtiyac yaranır və qarşıya çıxan problemli sualları cavablandırmağa təşəbbüs göstərilməsində real idraki maraq oyanır.

Problemin həlli zamanı müəllimin dialoqdan istifadə etməsi fəal təlimin başlıca xüsüsiyyətlərindən biridir. Müzakirələrin təşkilində, fərziyələrin alınmasında, məlumat mübadiləsi və müzakirəsində, təqdi-matın verilməsində ənənəvi təlimdən fərqli olaraq müəllim–şagird, şagird–şagird, dialoqu probemin həllində müsbət rol oynayır. Dioloq zamanı müəllim şagirdlərə öz qabiliyyətlərini fikir və münasibətlərini müstəqil nümayiş etdirmək üçün şərait yaratmalıdır.

Motivasiya zamanı problemi səmərəli həll etmək və tədqiqat işinə yaradıcılıqla qoşulmaq üçün şagirdlərin əhval–ruhiyyəsini canlandırmaq, həvəsləndirmək və dəstəkləmək müəllimin daim diqqət mərkəzində olmalıdır. Belə olduğu halda hər bir şagirdin problemin həllində öz gücünə inamı artır, sərbəst və müstəqil olaraq tədqiqat işinə həvəslə qoşulur. Müəllim ona etibar edərkən qürur duyur.

Beləliklə, fəal təlim metodlarında müəllimin şagirdi psixoloji cəhətdən dəstəkləməsi, yeri gəldikcə daha əhəmiyyəti informasiya mənbələri ilə təmin etməsi, tədqiqatın səmərəli aparılması və yardımcı suallardan düzgün istifadə etməsi problemin düzgün həll edilməsinə gətirib çıxarır.

Motivasiyanın yaradılmasının bir neçə səmərli yolu məlumdur.

1.Müəllim öyrəniləcək dərsin məzmunu ilə bağlı heç bir izahat, şərh aramadan yalnız sual verməklə motivasiya yarada bilər. Məsələn: “Biz nəyi bilirik, nəyi bilmirik? ”, “Öyrəndiklərimiz məsələlər hansı biliklərin yaranmasına gətirib çıxarır?”, “Əldə etdiyimiz bu məlumatlar nə üçün daha çox sizi maraqlandırır?”, “Bu məsələ ilə bağlı daha nələri öyrənmək istərdiniz?” və s..

2. İki, üç və daha çox cavabın alınması mümkün olan açıq suallar vasitəsi ilə motivasiyanın yaradılması.

Məsələn “Bu hadisə səndə hansı hisslər oyadır?”, “Öyrəndiyin məsələlərin daha hansı variantları vardır?”, “Nə üçün belə düşünürsən?”, “ Yodaşlarının dediklərini daha hansı faktlarla təsdiq edə bilərsən?”.

3. Motivasiyada problemin həlli açar sözlərdən istifadə etməklə də asanlaşır.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin