Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə30/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   108
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələri­nin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mən­bələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hal­larda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çı­xış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, en­siklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mət­buat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məh­rum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə sə­bəb olur. 
Əşyəvi mühit: Əşyəvi mühitin tərkibinə maddi-texniki re­surs­ların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır:

  • məktəb əşyəvi mühit: dərsliklər, didaktik vəsaitlər, texniki ava­danlıq, stendlər və s.; 

  • təbii mühit: canlı və cansız təbiət; 

  • yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s. 

Məktəb əşyəvi mühiti daha geniş istifadə olunur. Məktəb bi­na­sının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdı­ran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim pro­sesində çox az istifadə olunur. Açıq havada dərslər və eks­kur­si­ya­lar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağ­lı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edil­mə­si vacibdir. İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin in­ki­şafını (və ya inkişaf səviyyələrini) B.Blumun taksonomiyası ilə mü­­əyyən etmək olar:

  1. Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək mate­ria­lın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxla­ması, ifa­də edə bilməsi daxildir. 

  2. Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadi­sə­lə­rin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi. 

  3. Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu kon­k­ret şərait və vəziyyətdə tətbiq edə bilməsi. 

  4. Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayır­maqla strukturunu müəyyən etməsi. 

  5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı al­ma­sı. 

  6. Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhə­miy­yə­tini müəyyən edə bilməsi. 

Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tət­biq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, təd­ris­də tətbiq edil­mə imkanlarını nəzərə aldıqdan sonra mövzunun han­sı inte­rak­tiv təlim metodundan istifadə edilərək tədris edilə­cə­yi­ni müəyyən­ləş­dirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun təd­risi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə sə­mərə yük­sək olur.

İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnte­rak­tiv təlim metod və texnikaları mahiyyətinə görə bir neçə yerə qrup­laş­dırıla bilər. Bu qrupları aşağıdakı kimi təsnif etmək olar:

1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, su­al­lar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.

2. Müzakirə metodları: müzakirə, diskusiya, debatlar, mü­za­ki­rə xəritələri, Sokrat üsulu, akvarium.

3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnə­ləş­­dirmə.

4. Prezentasiya metodları: təqdimatlar, esse.

5. Tədqiqatın aparılması metodları: problemin həlli, kub­laş­dır­ma, konkret hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin ha­zırlanması, sorğu vərəqləri və müsahibələr, qərarlar ağacı, ide­ya­lar xalısı, refleksiya.

6. Təşkilati metodlar: ziqzaq, karusel.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin