Strateji Yol Xəritələri:
Azərbaycan gənclərinin məşğulluq, özünüməşğulluq və biznes iştirakçılığına dəstək
tədbirləri
Strateji Yol Xəritələri:
Azərbaycan gənclərinin məşğulluq, özünüməşğulluq və biznes iştirakçılığına dəstək
tədbirləri
Bakı – 2017
Mətni hazırlayan: Vüqar Bayramov
` Rəşad Həsənov
İdeya müəllifi: Gülnar İsmayılova
Aidə Sədiyeva
Tərtibatçı: Rəşad Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Strateji Yol Xəritələri, inkluziv iqtisadiyyat və Azərbaycan gəncliyi” layihəsi çərçivəsində hazırlanıb
Strateji baxış
Təbii resursun insan kapitalına çevrilməsi müasir dövrün ən uğurlu milli inkişaf strategiyası hesab edilir. Zaman sübut edir ki, inkişaf etmiş dövlətə, o cümlədən cəmiyyətə və iqtisadiyyata sahib olmaq üçün yeganə mühüm faktor insan sərvətidir. Heç bir təbii sərvəti olmayan Yaponiya və neft İraqı, İtaliya və neft İranı, yaxud Almaniya və saysız təbii zənginlikləri olan Rusiyanı müqayisə etmək kifayətdir ki, yuxarıda qeyd edilən hipotezin praktiki izahını verə biləsən.
Beləliklə də, XXI əsr Azərbaycanın qarşısında dayanan prioritet məhz, karbohidrogen resurslarını insan resurlarına çevirməkdir. Bu məqsədlə ən müxtəlif səviyyələrdə kompleks fəaliyyətlərin icrasına ciddi ehtiyac duyulur.
BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” və “Dayanıqlı İnkişaf Məqsədləri” üzrə beynəlxalq razılaşmaya qoşulmaqla Azərbaycan dövləti insan kapitalının inkişafı və gənclər üçün əlverişli iş, biznes və fərdi inkişaf mühitinin yaradılması kimi mühüm inkişaf istiqamətində ən yeni çağırışlara həmrəyliyini ifadə etmişdir. Eyni zamanda ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədi ilə təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritələrində də gəncliyin gələcəyi üçün konkret hədəflər müəyyən edilib. Bu broşurada Strateji Yol Xəritələrində Azərbaycan gəncliyi üçün yaradılması planlaşdırılan gələcək haqqında məlumatlar və bu istiqamətdə ictimai iştirakçılığın artırılması imkanları öz əksini tapıb.
Dr. Vüqar Bayramov, Rəşad Həsənov, Gülnar İsmayılova
Məqsəd
Təsdiqlənən Strateji Yol Xəritələrinin əhəmiyyətinin daha dolğun təbliği, sənəddə nəzərdə tutulan hədəflər və geniş spektirli islahatlar haqqında gənclərin maarifləndirilməsi, onların iqtisadi biliklərinin artırılması və iqtisadi proseslərdə iştirakçılıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda özünüməşğulluğun təşviqi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi hər bir vətəndaşın və qurumun vəzifəsinə çevrilməlidir. Beləliklə, broşurarın hazırlanmasında aşağıdakı məqsədlərə nail olunması nəzərdə tutulub:
-
İnkluzivliyinin artırılması tədbirlərinə ictimai dəstəyin təmin edilməsi;
-
Azərbaycan gəncliyinin perspektiv baxışlarnın daha da inkişaf etdirilməsi;
-
Daha yüksək yaşayış standartlarına nail olma imkanları haqqında məlumatlılığın artırılması;
-
Azərbaycanda aparılan islahatların məqsəd və vəzifələrinin ictimailəşdiriməsində iştirakçılıq;
-
Biznes mühitinin inkişafı və yeni sahibkarlıq fəaliyyətinə başlama imkanlarının üzə çıxarılması;
-
Gəncliyin iqtisadi təşəbbüskarlığının təşviqi;
-
Müasir trendlər haqqında məlumat bazasının genişləndirilməsi;
-
Biznesə başlamada dövlətin dəstək mexanizmləri haqqında biliklərin artırılması.
Ümid edirik ki, broşurada əksini tapan məlumatlar Azərbaycan gəncliyinin gələcək inkişafı üçün mövcud imkanların üzə çıxarılmasında dəstəkverici mənbələrdən biri olacaq.
Strateji Yol Xəritələri haqqında ümumi məlumat
Post neft dövründə Azərbaycan iqtisadiyyatının gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Strateji Yol Xəritələri Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilib. Yol xəritələri beynəlxalq təcrübəyə uyğun və kifayət qədər hərtərəfli, irihəcmli sənədlər toplusu olmaqla mövcud qlobal iqtisadi konyukturun ölkəmizə mənfi təsirini azaltmaq məqsədilə iqtisadi reformların strateji hədəflərə uyğun təşkil edilməsi və iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması məqsədi ilə hazırlanıb və ayrı-ayrılıqda 12 strategiyanı özündə ehtiva edir. Sənədin ümumi həcmi 2000 səhifədən artıqdır.
Hər bir strategiya 3 mühüm dövr üçün aşağıdakı hədəf tədbirlərin icrasını nəzərdə tutur:
-
2020-ci ilədək strateji baxış;
-
2025-ci ilədək uzunmüddətli baxış;
-
2025-ci ildən sonrakı dövr üçün hədəf baxış
Strateji Yol Xəritələrinin siyahısı
1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
----------------------------------------------------------------------------
2. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
----------------------------------------------------------------------------
3. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
----------------------------------------------------------------------------
4. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
----------------------------------------------------------------------------
5. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
6. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
7. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
8. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
9. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
10. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
11. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”
----------------------------------------------------------------------------
12. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”
Strateji Yol Xəritələrinin üstün tərəfləri
Əvvəlki dövrlərdə təsdiqlənmiş dövlət proqramları, konsepsiya və strategiyalardan fərqli olaraq Strateji Yol Xəritləri yeni metodologiya əsasında hazırlanması ilə mütləq üstünlüyə malik sənəddir.
İştirakçılıq və məsləhətlilik
-
Prosesə “McKinsey & Company I Global management consulting” kimi nüfuzlu və təcrübəli beynəlxalq təşkilat daxil olmaqla, elm mərkəzləri, yerli və xarici ekspertlər, vətəndaş cəmiyyəti institutları birbaşa cəlb edilib.
----------------------------------------------------------------------------
Təhlil dərinliyi
-
Hər bir istiqamət üzrə mövcud vəziyyət dərin təhlil edilib;
-
GZİT (Güclü, Zəif, İmkanlar və Təhlükələr) təhlil aparılıb;
-
Beynəlxalq maliyyə institutları, beyin mərkəzləri, konsaltinq şirkətlərininin təklifləri əsasında hədəflər müəyyən edilib;
----------------------------------------------------------------------------
İcra mexanizminin konkretliyi
-
Tədbirlər planında icrası nəzərdə tutulan fəaliyyətlərin icra vaxtı dəqiq göstərilib,
-
Tədbirlərin icrası zamanı əldə olunancaq hədəf nəticələr konkret olaraq müəyyən edilib [məsələn: “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, hədəf indikatorlar: qeyri-neft ixracının adambaşına düşən həcminin 2025-ci ildə ən az 450 ABŞ dollarına çatdırılması, 2025-ci ilə kimi dövlət büdcəsində Neft Fondundan transfer edilən vəsaitin həcminin 15 faizə qədər azaldılması və s.]
-
İcrası nəzərdə tutulan fəaliyyətlərin maliyyələşmə mexanizmləri müəyyən edilib;
-
Monitorinq və qiymətləndirmə məsələlərinin aydın
-
mexanizmi əvvəlcədən müəyyən edilib.
Əhəmiyyətlilik
Beləliklə, hesab edirik ki, bu qədər irihəcmli, uzunmüddətli və əhəmiyyətli sənədin daha dolğun qavranılması, nəzərdə tutulan hədəflərin aydın izahı, islahatların ölkə biznesi, ölkə vətəndaşı, o cümlədən gənclər üçün yaradacağı üstünlüklərin təbliğ edilməsi bu strategiyanın uğurlu icrasında mühüm faktorlardan biri olacaq. Başqa sözlə strateji yol xəritəsi bütün maraq qruplarının, həmçinin ölkə gəncliyinin birbaşa və aktiv iştirakçılığı ilə daha effektiv icra edilə bilər ki, bunun üçün də maarifləndirmə və doğru istiqamətləndirmə mühüm amillərdəndir.
STRATEJİ YOL XƏRİTƏLƏRİ: GƏLƏCƏYƏ ÜMİDLƏR
İnsan kapitalının inkişafı
Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “İnsan Kapitalı İndeksi 2016” [ Human Capital Index 2016 ] üzrə Azərbaycanın qlobal reytingi 130 ölkə arasında 54-cü yer olub. Bir il əvvəl 2015-ci ildə müvafiq səviyyədən 124 ölkə arasında 63-cü yer idi. Bu göstəriciyə görə Azərbaycan, Çin, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt kimi ölkələri qabaqlayır.
Qurumun Azərbaycan üzrə hesabatının təhlili zamanı məlum olur ki, ən aşağı səviyyə 0-14 və 15-24 yaş qrupları üzrə müəyyən edilib. Beləki, 2016-cı ildə 15-24 yaş qrupuna daxil olanların əmək bazarında iştirakçılıq indikatoru üzrə Azərbaycan dünyada 102-ci yerdə, təhsil sisteminin keyfiyyətinə görə 96-cı, uzunmüddətli işsizliyə görə 76-cı yerlərdə qərarlaşıb. Bundan başqa 0-14 yaş qrupu üzrə orta təhsildə gender fərqliliyi üzrə Azərbaycanın qlobal reytindi 130 ölkə üzrə 97-ci, bu yaş qrupu üzrə təhsilin keyfiyyəti üzrə isə 93-cü yerə uyğun görülüb. Eyni zamanda qurum hesab edir ki, Azərbaycanda uşaq əməyinə həssaslıq səviyyəsi yüksəkdir. Beləki, bu indikator üzrə ölkənin reytinqi 51-ci yerdə qərarlaşıb. Bütün bunlar onu göstərir ki, insan kapitalının inkişafı istiqamətində Azərbaycan üçün gediləcək uzun yol hələ qarşıdadır. Bu baxımdan da Strateji Yol Xəritələrində mövzüya kifayət qədər yer ayrılıb.
Strateji Yol Xəritələri: İnsan kapitalı prizmasından
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 3-cü stateji hədəf insan kapitalının inkişaf etdirilməsi olaraq müəyyən edilib. Sənəddə qeyd edilir ki, insan kapitalı əmək məhsuldarlığının artırılmasında, iqtisadi rəqabətliliyin və dayanıqlı inkişafın təmin edilməsində, ölkənin qlobal bazarlara inteqrasiyasında mühüm amillərdəndir. Bunun üçün:
-
Təhsilin keyfiyyətinin yüksəldiləməsi,
-
İxtisaslı kadr hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılması,
-
Özəl sektorun araşdırma və təkmilləşdirmə istiqamətində investisiya qoyuluşunun təşviq edilməsi,
-
Bilik iqtisadiyyatının stimullaşdırılması,
-
İnsan kapitalının inkişafında dayanıqlığın təmin edilməsi kimi istiqamətlərdə konkret addımların atılması zərurət hesab edilir. Beləliklə, Azərbaycan dövlətinin gələcək insan kapitalı inkişafı strategiyasının iki əsas səviyyədə qurulması planlaşdırılıb:
-
Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi
Bu məqsədlə aşağıdakı konkret addımların atılması müəyyən edilib:
-
Məktəbəqədər təhsillə əhatə olunma səviyyəsinin yüksəldilməsi1;
-
Məktəbəqədər təhsilin icbariliyinin təmin edilməsi;
-
Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bunun normativ hüquqi bazanın formalaşdırılması, yüksəkixtisaslı pedoqoqlarının hazırlanması;
-
Özəl sektorun məktəbəqədər təhsil müəssisələrinin açılmasında iştirakçılığının təşviq edilməsi
Kimi tədbirlərin həyata keçirilməsi məqsədi ilə xüsusi dövlət proqramının hazırlanması nəzərdə tutulub.
----------------------------------------------------------------------------
-
Ümumi təhsilin keyfiyyətinin artırılması, təmayülləşmənin inkişaf etdirilməsi,
-
Ümumi təhsil sistemində idarəetmənin şəffaflığının və demokratikliyinin təmin edilməsi,
-
“Yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi,
-
Təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi,
-
Təhsil proqramlarının müasir dünya təcrübəsinə uyğunlaşdırılması,
-
Müəllimin reputasiyasının artırılması,
-
Ümumi təhsil infrastrukturunun gücləndirilməsi və infrastrukturun keyfiyyətinin yüksəldilməsi.
Məqsəd daha effektiv təhsil mexanizminin formalaşdırılması yolu ilə keyfiyyətin və müasir çağırışlara uyğunluğun təmin edilməsidir.
----------------------------------------------------------------------------
-
İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması:
-
Peşə təhsili müəssisələrinin birləşdirilməsi yolu ilə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması,
-
Pedoqoji heyətinin diaqnostik qiymətləndirməsinin aparılması ilə bilik və bacarıqların artırılması,
-
İşəgötürənlərin tədris prosesinə cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması,
-
Universitetlərin nəznində 2 illik sub-bakalavr pilləsinin (kolleclər) yaradılması,
-
Formal təhsillə yanaşı informal və qeyri-formal yolla əldə edilən bilik və bacarıqların rəsmi sənədlə təsdiqlənməsi mexanizminin hazırlanması
İcrası nəzərdə tutulan tədbirlər daha çox bacarıqlı kadr hazırlığına istiqamətlənib və məqsəd iqtisadi iştirakçılığı təmin etməkdir.
----------------------------------------------------------------------------
-
Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi
-
Universitet klasterlərinin yaradılması,
-
Özəl universitetlərinin müstəqilliyinin artırılması,
-
Ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi,
-
Qlobal təhsil məkanına inteqrasiya
Sadalanan istiqamətdə islahatların həyata keçirilməsi ölkənin təhsil sistemini müasir tələblərə uyğunlaşdırmaqla yüksək elmi potensiala, praktiki təcrübəyə və kreativ düşüncəyə malik gənc nəsil yetişdirmək mümkündür ki, bu da Azərbaycan Respublikasının uzunmüddətli strategiyasının əsas elementi kimi, cəmiyyətin bütün sosial qrupları, institutları tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Çünki, Azərbaycanın gələcəyi Azərbaycan gəncliyinin bilik və bacarıqlarından asılıdır.
-
Əmək məhsuldarlığının artırılması üçün insan kapitalının inkişafına investisiya qoyuluşlarının artırılması və fasiləsizliyin təmin edilməsi2.
-
Dəstəkləyici sistemin yaradılması;
-
Əmək bazarının tələbinin öyrənilməsi, daimi monitorinqlərin təşkili,
-
Klasterəsaslı inkişaf mühitinin yaradılması,
-
Bacarıqların təkmilləşdirilməsi mexanizmlərinin işlənib hazırlanması,
-
İşə qəbul və təlim mexanizmlərinin təkmilləşdirililməsi,
-
Peşə-ixtisas mərkəzləri tərəfindən keçirilən təlimlərin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin işlənib hazırlanması.
------------------------------------------------------------------------
-
İnnovasiya fəaliyyətinə investisiya qoyuluşlarının davam etdirilməsi.
------------------------------------------------------------------------
-
Sektorlar üzrə əmək məhsuldarlığı təşəbbüslərinin stimullaşdırılması
İnkişaf etmiş əmək bazarı ölkədə intensiv iqtisadiyyata keçid imkanı yaratmaqla bərabər, təhsilə, elmi biliklərə və müasir texnoloji dəyişiklərə marağı gücləndirə, əmək məhsuldarlığnı artıra, yaradılan əlavə dəyəri yüksəldə və beləliklə, iqtisadiyyatın rəqabətliliyini gücləndirə bilər.
Gənc sahibkarlığın dəstəklənməsi
Strateji yol xəritələrində biznes mühitinin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın dəstəklənməsi, özünüməşğulluq və inkluzivliyin təmin edilməsi, biznesin rəqabət gücünün artırılması və uğursuzluq əmsalının minimuma endirilməsi, yeni yaranan müəssisələrin orta fəaliyyət müddətinin artırılması, beləliklə də, ölkə üzrə bütün sosial qrupların o cümlədən gənclərin rifahının, həyat standartlarının yüksəldilməsi və ölkə iqtisadiyyatının resusr bolluğunun yaratdığı neqativ sindromlardan təmizlənməsi nəzərdə tutulur.
Bacarıqların üzə çıxarılması
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”də qeyd edilir ki, Azərbaycanda sahibkar olmaq istəyi fiziki əməklə məşğul şəxslər arasında 3 dəfə, zehni əməklə məşğul olanlar arasında isə 5 dəfə artırılacaq3. Bu məqsədlə:
-
Sahibkar düşüncə tərzi təşviq ediləcək;
-
KOS (kiçik və orta sahibkarlıq) agentliyi uğurlu startap təşəbbüslərini dəstəkləyəcək;
-
Sahibkarlıq fəaliyyətinin üstünlükləri haqqında geniş ictimai kütlələrə hədəflənən maarifləndirici kompaniyalar təşkil edilcək;
-
Maneələrlə fərdi olaraq baş etmə bacarıqlarını aşılayan təlim materialları hazırlancaq
Əgər 2025-ci ilə qədər Strateji Yol Xəritələrinin bir sıra məqsədlər prioritet olaraq müəyyən edilirsə 2025-ci ildən sonrakı dövr üçün gənclərin işlə təminatına daha çox diqqət yetirilməsi, əmək bazarında sosial dialoqun inkişafı və inkluziv məşğulluğun artırılmasının mühüm inkişaf istiqaməti hesab ediləcək. Eyni zamanda əmək miqrasiyasını elə formada tənzimləməsinə çalışılacaq ki, daha çox dəyər ölkədə qalsın, “beyin axını” kənara deyil daxilə hədəflənsin. Məhz yüksək keyfiyyətli mütəxəssis və institut bazası innovativ iqtisadiyyatı dəstəkləyə bilər. Yalnız bu yolla iqtisadiyyatda keyfiyyət diversifikasiyasına nail olmaq mümkündür. Bu gün Azərbaycan karbohidrogen məhsullarının ixracatçısı kimi tanınır. Ancaq gələcək hədəf rəqabətqabilliyyətli iqtisadi mühitin yaradılması və ixracının strukturunun dəyişdirilməsi, beləliklə, neft asılılığının zəiflədilməsi və post-neft dövrü üçün daha dayanıqlı iqtisadi modellə gedilməsi nəzərdə tutulur.
Kiçik və orta sahibkarlığın dəstəklənməsi
Strateji Yol Xəritələrində KOS (kiçik və orta sahibkarlıq) dəstəklənməsi mühüm fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Hökumət hesab edir ki, Azərbaycan KOS-ların ölkədə yaradılan əlavə dəyərdə və məşğulluqda payı dünya ortalaması ilə müqayisədə dəfələrlə azdır.
KOS subyektlərinin ÜDM-ə və məşğulluğa təsiri
Mənbə: Dünya bankı
Müqayisə
Azərbaycanda qeydiyyatdan keşmiş hüquqi və fiziki sahibkarlıq subyektlərinin 97%-i kiçik sahibkarlar olsa da, onların Ümumi Daxili Məhsulda payı 5.8 faiz, məşğulluqda payı 6.5 faiz, ümumi mənfəətdə payı 0.7 faiz, əsas kapitala investisiya qoyuluşlarında payı isə 9.2 faizə bərabərdir. 1 İyul 2016-cı il tarixinə olan məlumata görə ölkədə fəaliyyət göstərən 79.7% və yaxud 83017 vahidi kiçik sahibkarlıq subyektlərinin payına düşüb.
Statistik təhlildən də göründüyü kimi Azərbaycanda bu sahə zəif inkişaf edib. Məhz bu səbəbdəndir ki, hökumət Kiçik və Orta Sahibkarlığın inkişafını davamlı iqtisadi böyümənin əsas hərəkətverici qüvvəsi müəyyən edib və bu istiqamətdə yeni çağırışların zərurəti hesab edilib.
KOS strategiyasının əsas fəaliyyət istiqamətləri
İlk olaraq sektor, hökumət və cəmiyyətin də daxil olduğu bütün steykholderlər arasında koordinasiyanı gücləndirəcək tənzimləyici bazanın yaradılmasını nəzərdə tutulub. Bu funksiyaları icra edəcək qurum - Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq. 2017-ci ilin sonunadək Agentliyin yaradılması gözlənilir.
Azərbaycanda KOS subyektlərinin miqyas baxımından kiçik olması onların bazar volatilinə dayanıqlığını zəiflədir. Həmçinin bu qurumlar konsaltinq xidmətlərdən daha az istifadə edirlər ki, nəticədə rəqabət davamlılığı zəif inkişaf edir. Hesab edilir ki, KOS-ın məlumat və məsləhətlərə çıxışı prosesinin mürəkkəbliyi əsas çətinliklərdəndir. Bu istiqamətdə daha mütərəqqi beynəlxalq təcrübədən yararlanaraq onlar üçün xidmətlərin vahid mərkəzdən təşkili dövlətin növbəti illərdə atacağı addımlardan biridir.
----------------------------------------------------------------------------
Bir pəncərə prinsipi ilə və KOS agentliyinin nəzdində fəaliyyət göstərəcək “KOS evi”-nin yaradılması da strategiyanın qarşıya qoyduğu öhdəliklərdən hesab edilir. KOS evi müxtəlif biznes xidmətləri ilə yanaşı onların məlumatlara çıxış imkanlarını da asanlaşdıracaq və aşağıdakı imkanlar yaradılacaq.
-
Məşğulluq xidmətləri,
-
Təlim mərkəzi,
-
Beynəlxalq qurumların şöbələri,
-
AZPROMO-nun (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) nümayəndəliyi,
-
Azərbaycan İnvestisiya Şirkətinin nümayəndədliyi,
-
Kredit Zəmanət Fondunun (KZT) nümayəndəliyi
Sadalananlarla yanaşı, qurumda sektorla əlaqəli digər bütün qurumların xidmətləri də təşkil ediləcək.
----------------------------------------------------------------------------
Növbəti illərdə sahibkarlıq fəaliyyətinin təşviqi və biznes mühitinin daha da təkmilləşdirilməsi məqsədi ilə qanunvericilik bazası təkmilləşdiriləcək. Bunun üçün ilk olaraq qanunların təsiri analizi həyata keçiriləcək4.
Bu metod ilk dəfə olaraq qanunvericilik bazasının real təsirlərini gecikmədən qiymətləndirmək, təkmilləşdirmələri sürətləndirmək, qərarvermə ilə real iqtisadiyyat arasında kommunikasiya imkanlarını artırmaq və uzlaşdırmaq, həmçinin dəyişən iqtisadi konyukturun qiymətləndirilməsi imkanı yaradacaq.
Hətta qanunların təsirinin qiymətləndirilməsi üçün xüsusi qurum belə yaradıla bilər. Hüquqi aktların hazırlanması ilə əlaqədar qiymətləndirmənin aparılması, prosesdə özəl sektorun və digər steykholderlərin iştirakçılığnın təmin edilməsi, müvafiq rəylərin verilməsini qurum əsas vəzifələri sırasına daxil edilə bilər.
----------------------------------------------------------------------------
Dövlət-özəl tərəfdaşlığının inkişafı
İlk olaraq qeyd edək ki, bütün maraq qruplarının birgə iştirakı təmin edilmədən iqtisadi islahatların uğurla tamamlanması ehtimalı daha aşağı qiymətləndirilir. Bu məqsədlə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi qarşıda dayanan əsas hədəflərdən biri olaraq müəyyən edilib. Bu sahədə artıq müəyyən addımlar atılmaqdadır. Beləki, 2016-cı ilin 15 mart tarixində “Tik-İdarə et-Təhvil ver” mexanizminin Azərbaycanda tətbiqi məqsədi ilə qanun qəbul edilib. Qeyd edək ki, bu qanun Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində özəl sektor iştirakçılığını artırmaqla dövlət büdcəsi yükünün azaldılması ilə yanaşı, özəl sektorun fəaliyyət sferasının miqyasını əhəmiyyətli səviyyədə yüksəldə bilir. Lakin, hazırkı şərtlər daxilində əməkdaşlığın daha çoxtərəfli qurulması və bunun üçün hüquqi imkanları yaradan qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb.
Beynəlxalq praktikanın təhlili zamanı aydın olur ki, dövlət-özəl əməkdaşlığının genişlənməsi nəticəsində aşağıdan yuxarıya (xalqdan hökumətə) təsir imkanları genişlənir, ictimai maraqların qorunması səviyyəsi yüksəlir və qərarqəbuletmədə ictimai təmsilçilik güclənir.
----------------------------------------------------------------------------
Rəqabət mühitinin dərinləşdirilməsi
İqtisadi iştirakçılığın artırılması, inkluziv modelin yaradılması, investisiya axınının təmin edilməsi və diskriminasiya, himayədarlıq, qeyri-bərabər fəaliyyət mühiti, inhisarçılıq kimi neqativ elementlərin aradan qaldırılması məqsədi ilə liberal mühitin yaradılması birinci mühüm faktor olaraq qiymətləndirilir. Beləki, yuxarıda sadalananlara nail olunması üçün fundamental islahatların aparılması tələb edilir ki, bu da son nəticədə iqtisadi dinamikanı aktivləşdirir, təşəbbüskarlıq artır, dövlət və icmalar arasındakı münasibətlər sivil müstəvidə daha da inkişaf edir.
Digər tərəfdən rəqabətli mühit mal və xidmətlərin keyfiyyətinin yüksəlməsi, inflyasiya təzyiqinin azaldılması, dünya bazarlarına çıxış imkanının yüksəlməsi, innovasiyanın tətbiqi prosesinin sürətlənməsi kimi mühüm istiqamətlərdə irəliləməni təmin edir. Yalnız tam rəqabətli mühit iqtisadiyyatda şaquli və üfüqi diversifikasiyanı şərtləndirə və arxa və irəli sahələrinin inkişafını təmin edə bilər. Sadalanan istiqamətlərdə nəticəliliyin təmin edilməsi məqsədi ilə aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulub:
-
Hüquqi - təkmil qanunvericilik bazasının yaradılması və inhisarçılıqla mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə Rəqabət Məcəlləsinin qəbulu;
-
İnstutisional - inhisarçılıqla mübarizə qərarvermə mexanizminin təkmilləşdirlməsi məqsədi ilə müstəqil qərarvermə orqanının yaradılması.
----------------------------------------------------------------------------
KOS-lar üçün xüsusi zonaların yaradılması
KOS-ların yaradılması və uğur səviyyəsinin yüksəldilməsi məqsədi ilə növbəti illərdə xüsusi zonaların yaradılması nəzərdə tutulur. Bu zonalarda bir sıra xidmətlər və imkanlar yaratmaqla KOS-lar üçün əlverişli fəaliyyət mühiti yaradılacaq. Beləliklə, xüsusi zonalarda KOS-lar üçün aşağıdakı xidmətlərin təklifi nəzrədə tutulur:
-
fəaliyyət yeri;
-
kommunal xidmətlər,
-
əlaqələndirmə;
-
obyektin idarə olunması;
-
keyfiyyətli işçi axtarışında yardım;
-
logistik xidmətlər;
Yuxarıda qeyd edilən istiqamətdə yardım gələcəkdə kiçik müəssisə yaratma imkanlarını artıra və uğur əmsalını yüksəltməklə özünüməşğulluğun miqyasını genişləndirə bilər. Eyni zamanda KOS-lar arasında əməkdaşlıq onlar üçün dəyər zəncirinin müxtəlif halqalarında daha çox mənfəət imkanını təmin edə bilər.
Əksər hallarda mütəxəssislər hesab edir ki, yeni yaranan müəssisələrin əksərriyyətinin iflas olmasında əsas səbəb bu müəssisələrdə peşəkar idarəetmə və əməkdaşlıq yanaşmasının tətbiq edilməməsi, marketinq imkanlarının məhdudluğu, fundamental və müvəqqəti bazar konyukturunun düzgün qiymətləndirilməməsi kimi faktorlardır.
Dəyərli Azərbaycan gəncliyi!
Günümüzdə istənilən iqtisadi mühitdə uğurlu karyera və yaxud uğurlu biznes sahibi olmaq və arzulara gedən yolda irəliləmək üçün elmi potensial, peşəkarlıq və qərarlılıq əsas faktorlardan hesab edilir. İlk olaraq vaxtınızı fərdi inkişafınızı şərtləndirən fəaliyyətlərə (keyfiyyətli təhsil, təcrübə, dünya görüşü, müasir texnoloji bacarıqlar və s.) sərf etməlisiniz. Gələcəyə praktiki yanaşaraq gələcəklə bağlı konkret hədəflər müəyyən etməlisiniz. Bu planlar sizin inkişaf istiqatimənizi konkretləşdirərək doğru istiqamətdə bilik və bacarıqlara yiyələnməniz üçün yol xəritəsi rolunu oynaya bilər.
Yeni çağırışlar Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və inkluzivliyinin təşkili tədbirləri biznes mühitinin inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və həmçinin qanunların işləkliyinin təmin edilməsi, rəqabətli fəaliyyət mühitinin yaradılması və paralel olaraq təşviqedici mexanizmlərin işlənib hazırlanmasını zərurətə çevirib. Bütün bunlar gələcəyə ümidləri artırmaqla yanaşı hər bir azərbaycanlı gənc üçün də sonsuz perspektivlər deməkdir.
Dostları ilə paylaş: |