11.Blum taksonomiyası.
Bu strategiya təfəkkür səviyyələrinin taksonomiyasını və ya təfəkkürün səviyyə şkalasını işləyib hazırlamış Bencamin Blum və həmkarlarının şərəfinə adlandırılmışdır. Tədqiqatçılar müəyyən ediblər ki, müəllimlərin sorğu vaxtı qoyduqları sualların 75%-i formal səviyyəli, yəni məlumatın xatırlanması ilə bağlı suallardır. Bu növ sualların çoxluğu heç də şagirdi müstəqil fikirləşməyə sövq etmir, əksinə ondan faktın təsdiqlənməsini tələb edir. Çoxcəhətli sorğu özündə müxtəlif səviyyəli sualları birləşdirməlidir:
-hafizə (formal səviyyəli), qiymətləndirici, sintez, təhlil (analiz), tətbiq, çevirmə və interpretasiya sual-ları.
Gördüyümüz kimi sual növləri bəsitdən mürək-kəbə doğru sıralanmışdır.
Çevirmə sualları şagirddən informasiyanın formasını dəyişdirməyi tələb edir. Məsələn, belə bir çevirmə sualı vermək olar. Bu şeri oxuyanda siz hansı səhnəni təsəvvür edirsiniz? Şagird cavabında öz hissi təəssüratlarını danışır.
İnterpretasiya sualları şagirdlərin faktlar, təriflər və dəyərlər arasında əlaqəni müəyyən etmələri üçün verilir. Məsələn: sizcə əsas qəhrəman niyə atası qayıdana qədər gözlədi?
Bu növ suallar məntiqi düşüncəni sitmullaşdırır.
Tətbiq sualları alınmış informasiyanı hissə-hissə analiz etməyə imkan verir. Məsələn, sürətin davranış motivləri haqqında nə deyə bilərsiniz?
Sintez sualları şagirdləri orjinal təfəkkürdən istifadə etməklə yaradıcı problemin həllinə həvəsləndirir. Məsələn: Sizcə bu iki surət şübhələri aradan qaldırmaq üçün nə edə bilərdi?
Qiymətləndirici suallar şagirdlərə öz standartlarına uyğun yaxşı və pis, düzgün və səhv barədə nəticə çıxarmaq üçün verilir. Məsələn: şagirdlərə hekayədəki hər hansı bir personajı qiymətləndirmək təklif oluna bilər.
Dostları ilə paylaş: |