Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 1,91 Mb.
səhifə3/39
tarix23.11.2022
ölçüsü1,91 Mb.
#119743
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
CTƏ mühazirə

Seriyalı istehsalda məmulatın hazırlanması periodik olaraq partiyalarla, seriyalarla təkrarlanmaqla xarakteriyə olunur. Partiyada olan məmulatın sayından asılı olaraq kiçikseriyalı, ortaseriyalı (seriyalı) və iriseriyalı istehsalla fərqlənirlər. Partiyanın buraxılışı həftəlik, aylıq və kvartalla olurlar. Seriyalı istehsal üçün xüsusi və avtomatlaşdırılmış avadanlıqlar və qurğular, xüsusən saylı proqramla idarə edilmə (SPİ) dəzgahlırandan istifadə etmək xarakterikdir. Bəzi hallarda, xüsusən iriseriyalı istehsalda xüsusi və avtomatik avadanlıqlar istifadə olunur. Çoxnomenklaturalı seriyalı istehsal üçün çevik istehsal sistemindən (ÇİS) istifadə olunması iqtisadı cəhətdən səmərəlidir. ÇİS-də istehsalın texnoloji hazırlığının avtomatlaşdırılımış sistemi (İTHAS), texnoloji proseslərin idarə olunmasının avtomatlaşdılrılmış sistemi (TPİAS) istifadə olunur. EA-ın istehsalında müxtəlif sahələr seriyalı xarakterə malik olurlar. Seriyalı istehsalda işçilər orta və yüksək ixtisaslı olmaqla, vahid istehsaldan əmək məhsuldarlığının yüksək olması ilə fərqlənir.
Kütləvi istehsalda uzun zaman müddətində eyni məmulatlar hazırlanır. Göstərilən istehsalın xüsusiyyətlərinə bir işçi yerində bir əməliyyatın təhkim edilməsi aid olunur. Burada yüksək ixtisaslı olmayan işçilərdən və ya əməliyyatlardı bu işçiləri robotlarla və ya robototexniki komplekslərlə əvəz etmək mümkündür. Kütləvi istehsal üçün avtomatlaşdırılımış xətlərdə məmulatların hazırlanmasının konveyer prinsipi xarakterikdir. Mikrosxemlərin və ERE-in istehsalını kütləvi istehsal tipinə aid etmək olar.

Mühazirə 2
Mövzu: Ölçmə vasitələrinin layihələndirilməsi qaydaları və mərhələləri

Dövlət standartlarına görə texniki təyinatlı məhsulların istehsalının (həmçinin ÖV daxil olmaqla) təşkil edilməsi və işlənməsi qaydaları təyin edilir. Standartlara görə işlənmənin aşağıdakı mərhələləri təyin olunmuşdur:


texniki əlavələr;
eskiz layihə (EL);
texniki layihə.
Ölçmə vasitlərinişlənməsi üçün əsasən texniki tapşırıq (TT) qəbul edilir. TT-da işlənən ÖV-in təyinatı və işlənmə sahəsi, texniki, konstruktiv, istismar və iqtisadi tələblər, onların saxlanması və daşınma şərtləri, etibarlığa görə tələblər, istehsalatda nümunələrin sınağı və qəbulu qaydaları ifadə edilir. Texniki əlavələr mərhələsində məlum olan texniki həllərin analizi, patent tədqiqatı, ÖV-nin yaradılmasının mümkün variantlarının işlənməsi, optimal qərarların seçilməsi, ÖV-nin qovşaqlarının maketləşdirilməsi, işlənmənin sonrakı mərhələləri üçün tələblərin tərtib edilməsi, ÖV-nin təcrübi nümunəsinin dəyərinin qiymətləndirilməsi tətbiq edilir.
Eskiz layihələndirilmə mərhələsində aşağıdakı məsələlər yerinə yetirilir:
ÖV-nin seçilmiş variantının reallşdırılmasında konstruktiv və texnoloji həllərin həyata keçirilməsi;
işləyən nümunənin və ya ÖV-nin seriyasının hazırlanması;
TT-da texniki və istismar parametrlərinə əsasən həcmi sınaqların keçirilməsi;
lazım olan konstruktor sənədlərinin tam həcmdə işlənməsinin təşkil edilməsi;
elementlərin, qovşaqların, qurğuların və bütövlükdə ÖV-nin sazlanması və sınağı, onların hazırlanma texnologiyasının əsas məsələlərinin işlənməsi;
qabaqcadan məmulatın etibarlığının qiymətləndirilməsi.
Texniki layihə mərhələsində ÖV-nin və onun qovşaqlarının son konstruktiv həlli qəbul edilməklə, konstruktiv və texnoloji sənədlərin tam komplekti işlənir, ÖV-nin nümunəvi seriyası hazırlanır, TT verilmiş texniki və istismar tələblərinə uyğun olaraq ÖV-nin sınağı aparılır. Texniki layihənin nəticələri işçi konstruktiv sənədlərin tam komplektinin işlənməsi üçün əsas sayılır.
Sonrakı mərhələdə istehsalın texnoloji hazırlığı, çox mühüm seriyanın buraxılışı və ÖV-nin seriyalı (kütləvi) buraxılışının təşkili həyata keçirilir.
TT işlənmə mərhələsi, texniki əlavələr və EL bir qayda olaraq elmi-tədqiqat işlərinə (ETİ), texniki layihənin işlənmə mərhələsi və istehsalın texniki hazırlığı isə təcrübi- konstruktor işlənməsinə (TKİ) aid edilir.
Son zamanlar texniki təyinatlı məhsullarda uyğun olaraq həyati dövrə terminindən istifadə olunur ki, məmulatın yaradılmasının bütün mərhələləri, yəni TT-ın işlənməsindən başlayaraq sonrakı istifadə edilmədə müddətinə qədər hazır məhsulların istismarında qurtarması başa düşülür. ÖV-nin həyati dövrəsi, onun işlənmə, hazırlanma və istismar mərhələlərinə bölünör. Burada eskiz layihələndirilməsinə 1 – 6 mərhələlərini, texniki layihələndirilməyə isə 7 – 19 mərhələlərini aid etmək olar.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin