A.Q.İsaçenko (1979) qeyd edirdi ki, zonallığın pozulması tamamilə qanunauyğun bir haldır. Əgər yer səthi tamamilə eynicinsli olsaydı, coğrafi zonalar bütöv zolaq şəklində müşahidə edilərdi.
Ümumiyyətlə, azonal differensiasiya özünün ən yaxşı ifadəsini coğrafi təbəqənin quru parçasına və dünya okeanına bölünməsində tapır.
Hidromorf landşaft vahidləri necə əmələ gəlir?
Coğrafi komplekslərin səthi ilə yeraltı suların dərinliyi arasındakı əlaqədən asılı olaraq, müvafiq zonalar daxilində hidromorf landşaft vahidləri əmələ gəlir. Çay yamacları, terraslar üzərində inkişaf edən tuqay meşə və kolluqlar, bataqlıqlar, çəmənliklər zonallığı mürəkkəbləşdirən amillərdəndir.
Beləliklə, zonal, azonal və introzonal differensiasiya da vardır. Məsələn, bir zona daxilində landşaftın differensiasiyasının (qurşaqlığın) pozulması introzonallıq yaradır. Məsələn, Kür – Araz yarımsəhra landşaftı daxilində Tuqay meşələrində çəmən–bataqlıqları formalaşması introzonal differensiasiyadır. İntrozonallıq yerli şəraitlə əlaqədar olaraq yaranır.
Azonallıq isə bütövlükdə landşaft qurşağının pozulmasıdır. Bu da regional proseslərlə, iri geomorfoloji vahidlərlə, dəniz cərəyanlarının transqressiyası və reqresiyası ilə bağlıdır.
Respublikamızda da landşaftın differensiasiyasının üç əsas xüsusiyyəti vardır:
Dostları ilə paylaş: |