Landşaft tədqiqatları zamanı isə aşağıdakı işlər yerinə yetirilməlidir:
Giriş. Elmi və təcrübi baxımdan tədqiqatın vacibliyi onun məqsədi, vəzifəsi, işin yerinə yetirilmə müddəti göstərilir. Ekspedisiyanın hər bir üzvünün bu barədə gördüyü iş göstərilir.
Fəsil 1. İşin materialları və metodları.
Fəsil 2. Ümumi fiziki – coğrafi səciyyə. Geoloji quruluş, relyef, iqlim, yeraltı – yerüstü sular, torpaq – bitki örtüyü, heyvanat aləmi.
Fəsil 3. Təbii ərazi kompleksləri.
Nəticə Və sonda Ədəbiyyat.
Landşaft tədqiqatının əsasını landşaft xəritələrinin tərtib edilməsi təşkil edir. Landşaft xəritələşməsi üç mərhələdən ibarətdir:
1 –hazırlıq mərhələsi – tədqiq olunan əraziyə dair məlumat toplanır.
2 – mərhələ çöl ekspedisiya mərhələsidir.
3 – kameral mərhələdə landşaft xəritəsində legenda sonuncu variantda sistemləşdirilir. Yəni burada:
- landşaft sinfi (dağ, dağətəyi, dağarası çökəklik, düzənlik və s.);
- landşaft yarımsinifləri (alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq və s.);
- landşaft qrupları (yarımsiniflər ayrılır);
- landşaft tipləri (dağarası çökəkliklər, quru çöllər, alçaq dağlığın meşələri, subalp, alp çəmənləri);
- landşaft yarımtipləri (alçaq dağlığın arid meşələri, palıdı meşələr, palıdı – vələsli meşələr və s.);
- landşaft növləri – bu zaman yuxarıda qeyd olunanlarla yanaşı, torpaq, bitki, süxurların litoloji tərkibi və s. nəzərə alınır.
Dostları ilə paylaş: |