Mühazirə 10-12. Milli kimlik və millətçilik. Post-müstəmləkə dövrü etnik millətçiliyi. Yugoslaviyada etnik münaqişələr etnik millətçiliyin nümunəsi kimi



Yüklə 96,06 Kb.
səhifə2/3
tarix18.05.2023
ölçüsü96,06 Kb.
#127104
növüMühazirə
1   2   3
MDT.M10-12 (2)


Dil Din Adətlər Etnik Fərqlilik

E tnik münaqişələr yalnız inkişaf etmiş kapitalist dövlətlərində deyil, geridə qalmış aqrar ölkələrdə də baş verir. Hazırda etnik zəmində baş verən münaqişələr dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdidləri təşkil edir. Bu münaqişələr soyqırıma, böyük həcmdə zorakılıqlara, geniş ərazilərdə dağıdıcı hərbi toqquşmalara səbəb olur. Hazırda dünyada mövcud olan 190-dan çox ölkənin yalnız 12-i etnik cəhətdən bir millətə məxsusdur, yerdə qalanlar iki və ya çoxmillətli dövlətlərdir. XX əsrin ikinci yarısında dünya dövlətlərinin 93-də etnik zəmində toqquşmalar baş vermişdi. Bunların 30-u Asiyada, 22 Afrikanın şimalında, 10-u Şərqi Avropada, 2-si Latın Amerikasında baş vermişdi. Etnik zəmində toqquşmalar nəticəsində 25 milyon əhali yaşadıqlaır yeri tərk etməli olmuşdu.




Post-müstəmləkə dövrü etnik millətçiliyi.
Uzun müddət Qərb yazılı ədəbiyyatında etnik kimlik Xristian olmayan əhalini xarakterizə etmək üçün istifadə olunub, yəni etnik mənsubiyyət dini mənsubiyyətlə müəyyənləşdirilib. Lakin İDM dövründə Nasist Almaniyasında Yəhudilərin hədəflənməsi etnik kimliyi dini müstəvidən siyasi və mədəni müstəviyə keçirdi. Almanlar eyni irqdən olmalarına rəğmən xristian olmayan yəhudiləri qırırdı. Bu o demək idi ki, İDM-dən sonra etnik kimlik dedikdə artıq eyni irqdən, dindən, siyasi və sosial, mədəni mənsubiyyətdən olan sosial qrup nəzərdə tutulurdu. Etnik kimlik həmçinin bir millətin digər millətə münasibətindən də asılı idi. Etnik kimlik təkcə ənənələri, iqtisadi quruluşu deyil, hökmran mədəniyyəti də əhatə edirdi. Asiya və Afrikanın bir çox xalqları Böyük Britaniya müstəmləkəsi idi və post-müstəmləkə dövründə etnik qruplar arasında münasibətlər və onların metropoliyaya münasibəti post müstəmləkə dövrü millətçiliyinin əsasını təşkil edir. Bu dövrdə kiçik millətlərin və ya azlıqda olan millətlərin üzləşdiyi sosial-iqtiisadi, siyasi problemlər həm etnik kimliyin doğurduğu problemləri, həm də metropoliyaların müstəmləkə ərazilərində etnik kimlik və ya millətçiliyi necə istifadə etdiklərini anlamağa yardım edir. Bir qrup alim hesab edir ki, millətlər iki qrupa bölünür. Bu bölgüyə görə Qərb millətləri vətəndaş və ya mülki millətlərdən ibarətdir, onları tarixi ərazi, hüquqi-siyasi icma, icma üzvlərinin hüquqi bərabərliyi, ümumi mədəni və ideoloji dəyərlər birləşdirir. Bu xüsusiyyətləri alimlər post müstəmləkə dövrü dövlətlərinə aid etmirlər. Onların fikrincə post müstəmləkə dövründə yaranan dövlətlərdə milli tərkib və sosial-siyasi xüsusiyyətlər rəngarəngdir (heterogendir). Qeyri-Qərb etnik mənşə modeli köklərə, dillərə, adət-ənənələrə söykənir. Mərkəzləşdirilmiş dövlətdən başqa post müstəmləkə millətlərinin milli inteqrasiya problemləri var. Bu dövlətlərdə həm müstəmləkə dövrünün sərhədləri qalır, həm də sayca üstünlük təşkil edilən etnik qrupun millətçiliyi peyda olur. Müstəmləkə dövründə metropoliyalar mərkəzləşmiş idarə sisteminə əsaslanaraq millətlər arasında daxili bölgünü məhdudlaşdırır. Lakin bu cür idarə üsulu millətlər arasındakı fərqi artırır. Britaniya müstəmləkə idarəçiliyi dolayı idarə üsulu idi. Bu üsula görə hər bir etnik qrup inzibati vahidlik idi. Məhz buna görə də müstəmləkə dövründə sosial imtiyazlar, təhsil imkanları, yerdəyişmə və miqrasiyalar kiçik etnik qrupların bir böyük millət altında birləşməsini tələb edirdi. Müstəmləkələr bir-birindən ayrı olan əraziləri bir inzibati vahidlik altına gətirərək yeni etnik kateqoriyanın formalaşdırılmasına səbəb olurdu. Müstəmləkə dövründə müxtəlif millətlərin dövlətdə yeri onların məskunlaşdığı coğrafi məkanın iqtisaid inkişaf, təhsil və miqrasiya imkanları ilə ölçülürdü. Bu isə etnik qruplar arasında deyil, etnik qrupların arasında mədəni cəhətdən inkişaf etmiş və geridəqalmış qruplara bölgünü reallaşdırırdı. İnkişaf etmiş qruplar ticarət və inzibati idarəçilik imkanları əldə edərək metropoliya hökumətindən daha çox şey tələb edirdilər. Geridə qalmış təbəqələrdə anti-müstəmləkə hissləri zəif və ləng inkişaf edirdi, metropoliya hakimiyyəti də məhz bu səbəbdən geridə qalmış hissələri dəstəkləyirdi. Post-müstəmləkə dövrü ölkələrində inkişaf etmişlərlə geridə qalmışlar arasında mübarizə və rəqabət etnik münaqişələrin əsas səbəblərindən biridir.

Müstəqil dövlətin yaradılması heç də demokratik dövlətin və demokratik quruluşun yaradılması demək deyil. Post müstəmləkə ərazilərində müstəmləkələrin ləğvi ilə müstəqil dövlətlərin yaranması həmin ərazilərdə demokratik prinsiplərin bərqərar olması demək deyil. Müstəqil dövlətlərin əhalisi demokratik dəyərləri anlamadan siyasiləşirlər. Tarixdə post müstəmləkə dövrü dövlətlərində dominant etnik qrupun post müstəmləkə dövrü bürokratik aparatını etnikləşdirməsi və etnik parçalanmanı siyasiləşdirməsi ilə bağlı çoxlu nümunələr var. Müstəmləkə idarəçiliyi demokratik, mülkü istitutların yaradılmasına qarşı olduğundan post müstəmləkə dövlətlərində adətən demokratik ənənə və təcrübə olmur. Bu isə münaqişə vəziyyətini danışıq vəziyyətinə keçirmək üçün şəraiti mümkün etmir. Post müstəmləkə dövlətlərində milli azlıqların siyasi hüquqları tanınmadığından onları təmsil edən institutların legitimliyi rədd edilir. Mövcud problemi həll etmək üçün qarşılıqlı prosedurların olmaması isə münaqişənin hərbi müstəviyə keçməsinə səbəb olur. Müstəmləkə rejimlərinin etnik kimlik məsələsinə təsiri Britaniyanın Nigeriya idarə-üsulunun təhlili əsasında araşdırıla bilər. Britaniyanın dolayı idarə üsulu düşünürdü ki, geridə qalmış cəmiyyətlərdə yerli idarəçiliyin dini rəhbərlərin, inkişaf etmiş cəmiyyətlərdə isə mülkü liderin əlində qalması daha yaxşı olar. Bu prinsipə riayət edən Britaniyalılar Nigeriyada tayfa rəhbərlərini yerli rəhbər kimi qəbul etdilər. Tayfa başçılarının legitim hakimiyyəti var idi, lakin real hakimiyyəti yox idi, ingilislərin isə legitim hakimiyyəti yox idi, lakin real hakimiyyətə malik idilər. Nəticədə tayfa başçıları ilə müstəmləkə inzibati idarəsi legitim siyasi hakimiyyəti formalaşdırdı.





Yüklə 96,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin