Testenat – Testoenatum
(Testosteron - Depot)
Testenat 10%-li i/ü (Testoenatum 10% pro injectionibus) 1ml miqdarında ampullarda buraxılır. 1ml-də 0,11qr testosteron enantat (androsten-4-ol-17β-on-3)
və 0,024 qr testosteron-propionat olur. Preparat uzun müddətli təsir göstərir (15 gündə bir dəfə əzələyə vurulur).
Tetrasteronun yağda olan infuziya üçün məhlulu
Solutio Tetrasteronum oleosa pro injectionibus
(Sustanon - 250; Omnadren - 250)
1ml yağlı məhlulda 0,03 qr testosteron-propionat; 0,06 qr testosteron izokapronat, 0,1 qr testosteron-kapronat və 0,06 qr testosteron-fenilpropionat vardır (birlikdə 0,25 qr).
Preparat ayda bir dəfə əzələyə vurulur.
Metiltestosteron – Methyltestosterone
metiltestosteron
M.k. 302,46
17β-hidroksi-17α-metil-androst-4-en-3-on
Testosteronun yarımsintetik analoqu olub xolesterin əsasında alınır: Xolesterin → asetilxolesterin → asetilbromxolesterin (asetil qrupu 3-cü, brom atomları isə 5-6-ci vəziyyətdədirlər) sxeminə müvafiq olaraq alınmış asetilbromxolesterindən metiltestosteron aşağıdakı reaksiya əsasında alınır:
asetilbromxolesterin dehidroepiandrosteron
metilandrostendiol (metandriol) metiltestosteron
Ağ, iyisiz, dadsız kristal poroşokdur, dır. Suda praktik həll olmur, spirtdə asan həll olur.
Dostları ilə paylaş: |