Microsoft İnternet Explorer. İnternetə qoşulma. İnternetdə informasiya axtarışı
Internet - Ümumdünya informasiya kompüter şəbəkəsidir. Orada informasiya serverlərdə saxlanılır. serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışı aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arasında informasiya mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrı-ayrı istifadəçilərin İnternetin informasiya resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korporativ şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi klientlərlə əlaqə saxlaya bilən və ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.
Verilənlərin ötürülməsinin yüksək sürətli magistralı kimi xüsusi ayrılmış telefon xətləri, optik liflər, peyk rabitə kanalından istifadə oluna bilər. Internetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir ki, buna şlüz ( gateway) deyilir. Burada yerləşdirilmiş proqram təminatı vasitəsilə şlüzdən keçən bütün məlumatlar emal olunur. Hər bir şlüzün öz İP ( İnternet Protokol) ünvanı olur. Hər bir şlüz bütün yerdə qalan şlüz və şəbəkələr haqqında müfəssəl informasiyaya malik olur. Hər bir məlumat lokal şəbəkədən şlüz vasitəsilə İnternetə ötürülürsə, bu halda ən tez yol seçilir. Şlüzlər protokol vasitəsilə bir- birinə marşrutlar və şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar. Hər bir şlüzün öz ünvanı- İP vardır.
Şlüzlər daxili və xarici olmaqla 2 cür olur. Kiçik altşəbəkədə yerləşən şlüzlər daxili şlüzlər adlanır və bunun vasitəsilə daha böyük korporativ şəbəkə ilə rabitə qurulur. Xarici şlüzlər İnternetə oxşar böyük şəbəkələrdə tətbiq edilir və xırda alt şəbəkələrdə əmələ gələ bilən dəyişikliklə əlaqədar onun sazlanması dəyişir.
İstifadəşinin İnternetə qoşulması müxtəlif üsullarla yerinə yetirilə bilər. Bu üsullar bir-birindən baha- ucuz olmasına, pahatlığa və göstərilən xidmətlərə görə fərqlənirlər. Bu üsullar aşağıdakılardır:
elektron poçtu (E- mail);
telekonfrans ( UseNet);
uzaqda yerləşən terminalların emulsiya sistemi ( TelNet);
ikilik say sistenində faylların axtarışı və ötürülməsi (FTP);
menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi ( Gopher);
hipermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi (WWW və ya ümumdünya hörümçək toru). Bu üsullar müxtəlif vaxtlarda yaranmış, onlardan hər birinin öz imkanları var və onlar informasiya mübadiləsi protokoluna görə bir –birlərindən fərqlənirlər. İnternet şəbəkəsində işləmək – kommunikasiya protokollar ailəsindən istifadə etmək deməkdir.
İnternet-də hər bir kompüterə öz unikal şəbəkə ünvanı – İP ünvanı təyin edilir. Bu ünvanın uzunluğu 32 bit olub, hərəsi 8 bitdən ibarət 4 hissədən təşkil olunur. Hər bir hissə 0-dan 255-ə qədər ədədləri qəbul edə bilir və o biri hissələrdən ayırmaq üçün ədəddən sonra nöqtə yazılır. Məs., 194.105.195.17 və 147.115.3.27 ədədləri İP ünvanlarını göstərir.
Şəbəkə ünvanı iki hissədən ibarət olur: şəbəkə ünvanı və bu şəbəkədəki “xostun” nömrəsi, xost dedikdə, şəbəkəyə qoşulmuş və müxtəlif xidmətlər göstərən kompüter başa düşülür. İP ünvanın bu cür strukturu müxtəlif şəbəkələrdə yerləşən kompüterlərə eyni bir ünvana malik olmağa imkan verir.
İnternet-də ünvanlar domen ünvanlaşdırma sistemi ( domen name system, DNS) vasitəsilə təşkil olunur. Bu o deməkdir ki, istifadəşinin ünvanı 2 hissədən ibarətdir: istifadəçinin identifikatiru və @ simvolu ilə ayrılan domen adı:
@
İstifadəçi identifikatoru və domen adı bir-birindən nöqtə ilə ayrılan seqmentlərdən ibarət ola bilər. Ünvanda latın hərflərindən, rəqəmlərdən və digər simvollardan istifadə etməyə icazə verilir. Məs.,
Sübhan Nağıyev @mycomputer.avtfak-ADNA.Bakı.az
Bu misalda istifadəçinin identifikatoru 2 seqmentdən, domen adı isə 4 seqmentdən ibarətdir.Göstərilən ünvan göstərir ki, ünvan ADNA-nın Avtomatika fakültəsinin işçisi Sübhan Nağıyevə məxsus olub, onun kompüterinin adı “mycomputer “ dir.
Ölkəni xarakterizə edən yuxarı səviyyəli altdomen adətən 2 hərfdən ibarət olur: az- Azərbaycan, ru- Rusiya vəs.
ABŞ-da digər bkir sistem qəbul edilmişdir. Yuxarı səviyyənin altdomeni 3 hərfdən ibarət olur və o, aşağıdakı sinfə məxsus istifadəçini göstərir:
com- kommersiya təşkilatı;
edu – tədris və elmi təşkilatlar;
gov – dövlət idarələri; və s.
WWW – də işləmək üçün kompüterdə brauz ( browser) adlı xüsusi bir proqram olmalıdır. Brauzer – tətbiqi proqram olub, WWW ilə qarşılıqlı əlaqədə olaraq, şəbəkədən müxtəlif sənədlərin alınması, onlara baxış keçirməyə və məzmununun redaktə etməyə imkan verir. Brauzer tərkibində mətn və multimedia informasiyası olan sənədlərlə işləməyə imkan yaradır. Bundan başqa o, bundan əvvəl baxdığımız internet-ə daxil olma üsul və protokolları təmin edir.
Ən geniş yayılmış brauzerlər Windows üçün Mosaik, cello proqramı, linx proqramı, EİNet WinWeb, İnternet Works, Microsoft İnternet Explorer , Netcape Communicator –dur.
Web səhifələrdə işləmək üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə yetirmək lazımdır:
sənədin açılışı;
kodlaşdırmanın dəyişdirilməsi;
hiperistinadlar üzərində lazımi səhifəyə keçid;
seçilmiş sənədin faylının saxlanması;
səndin çap edilməsi.
İnternet- də informasiya axtarışını asanlaşdırmaq üçün xüsusi serverlərdən istifadə olunur. Bu serverlər müxtəlif informasiya resursları arasında informasiya axtarışını təmin edirlər. Adlar üzrə faylları tapmaq üçün FTP – serverlərdə Archive serverlərindən istifadə olunur. Menyu bəndlərini axtarmaq üçün Gopher serverlərindəki Veronica axtarış proqramından istifadə olunur. Açar sözlərinə görə şəbəkə verilənləri bazasında indeksləşdirilmiş sənədlərin axtarışı WAİS proqramı vasitəsilə həyata keçirilir.
İnternet-in bütün WWW serverlərində informasiya axtarışı üçün aşağıdakı yanaşmalardan istifadə edilir:
Web indekslərin, kataloqların yaradılması
Hibrid axtarış sistemləri
Online məlumatları;
CD-ROM –da yerləşən məlumat sistemi.
Dostları ilə paylaş: |