Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Koriolis kütlə sərfölçənləri



Yüklə 20,62 Mb.
səhifə50/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Koriolis kütlə sərfölçənləri
(ABŞ-FİSHER-ROSEMOUNT)
Koriolis kütlə sərfölçənləri verici sensordan və elektron çeviricidən (moduldan) ibarətdir. Çevirici sensor maye axan borunun gövdəsinə bağlanmış xüsusi konstruksiyaya malik olan bir və ya iki ölçü borusundan ibarətdir (bax: şəkil 4.4, 4.5).
Sərfölçənlərin iş prinsipi Nyutonun ikinci qanununa əsaslanır, yəni borudan axan mayenin borunun səthinə təsir etdiyi F qüvvəsi (koriolis qüvvəsi) həmin borudan axan mayenin m kütləsi ilə a təcilinin hasilinə bərabərdir, yəni F = ma.
Beləliklə, ölçü borularında (sensorunda) elektromaqnit makaranın köməkliyi ilə titrəyiş yaradılır (şəkil 4.5). Titrəyən borudan keçən Koriolis axın qüvvələrinin təsiri nəticəsində giriş və çıxış dirsəkləri arasında qeyri-simmetrik deformasiyanın yaratdığı amplituda borudan axan mayenin kütlə sərfi ilə düz mütənasibdir.



Şəkil 4.4
Titrəyişin yaranmasına isə səbəb borudan axan mayenin boruya şaquli istiqamətləndirilmiş hərəkəti törədir. Titrəmənin birinci dövründə əgər boru yuxarıya doğru hərəkət edərsə (şəkil 4.4a), o zaman borudan axan maye borunu aşağı basmaqla onun yuxarıya doğru hərəkətinə müqavimət göstərir (şəkil 4.4.b). Bu isə borunun burulmasına səbəb olur (şəkil 4.4.c). titrəyişin ikinci dövründə boru aşağı doğru hərəkət edir, o isə əks istiqamətdə burulur. Bu burulma Korilis effektliyi adlanır. Nyutonun II qanununa əsasən, sensor borusunun burulma bucağı vahid zaman ərzində borudan keçən mayenin miqdarı ilə düz mütanasibdir və yaxud deformasiya nəticəsində ölçü borusunda (sensorda) yaranan rəqs, kamerton rəqsinə uyğun olaraq, 1 mm amplitudaya və saniyədə 80 dövrəyə bərabər tezliyə malikdir.
Beləliklə, ölçü borusunda (sensorda) yaranan tezliyi ölçməklə borudan axan mayenin, qazın həm sıxlığını və həm də birbaşa kütləsini ölçmək olar. Bunun üçün ölçü borusunda (sensorda) yaranan tezlik körpü sxemi vasitəsilə elektron çeviricisinə (sensoruna) verilir. Elektron çeviricinin işi haqqında 3-cü bölmədə geniş izahat verilmişdir. Elektron çeviricisinin çıxışında alınan 4-20 mA elektrik cərəyan siqnalını elektron hesablayıcı maşının və yaxud elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə vermək olar.



Şəkil 4.5
İstehsalatda aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, xalis neftin hesablanmasının dəqiqliyi əsasən qovşağa daxil olan neftin və onun tərkibində olan suyun sıxlığının ölçmə dəqiqliyi ilə təyin olunur.
Beləliklə, qeyd etmək lazımdır ki, istismarda olan bu cür kütlə sərfölçənlərinin verici sensorları sərfin, sıxlığın və temperaturun ölçülməsində ən yeni etalondur. Sensor aqressiv (yeyici) mühitdə işləyərkən yüksək istismar xarakteristikasına və etibarlılığa malikdir.
Onların ölçmə diapazonu (0-680.400) kq/saat, dəqiqlik sinfi 0,1%-dir.


Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin