Mühazirə 13 MİQDAR VƏ SƏRF ÖLÇƏN CİHAZLAR Miqdar və sərf haqqında əsas anlayış və onların ölçü vahidləri İstehsalat proseslərinin idarə edilməsində maddələrin miqdarının və sərfinin ölçülməsinin böyük əhəmiyyəti var. Texnoloji proseslərin idarə edilməsində xammalın, yarımfabrikatların, reagent-lərin və qurğunun çıxış məhsullarının sərfini və yaxud miqdarını ölçmədən iş rejimini düzgün və səmərəli təşkil etrnək olmaz. Vahid zaman ərzində boru kəmərinin baxılan en kəsiyindən keçən maddənin həcminə və kütləsinə sərf deyilir. Sərf vahidi t/saat, m3/saat və s. qəbul edilmişdir.
Müəyyən zaman ərzində (saatda, sutkada, növbədə, ayda və s.) ölçülən maddə həcminə və kütləsinə maddənin miqdarı deyilir. Əgər bir saat ərzində olan sərf Q, ton/saat olarsa, onda bu vaxt ərzində keçən maddənin miqdarı:
(4.1)
olacaqdır.
Sərfi ölçən cihazlara sərfölçənlər, maddə miqdarını ölçən cihazlara isə sayğaclar deyilir.
Sərfölçən cihazlar sərfin ani qiymətini göstərir. Bu kəmiyyət fasiləsiz olaraq dəyişə bilər, yəni zamandan asılı funksiyadır: Q = f(τ). Bu halda τ1 -dən τ2 -yə qədər olan vaxt ərzində keçən maddə miqdarı:
(4.2)
olacaqdır.
Adətən, sərfölçən cihazlarda (4.2) düsturu ilə ifadə olunmuş inteqrallamanı avtomatik yerinə yetirən hesablayıcılar - inteqrallayıcılar quraşdırılır. Əgər hər bir anda sərfin ölçülməsi lazım deyilsə və müəyyən vaxt ərzində keçən maddə miqdarına nəzarət olunursa, onda sərfi yazan və ya göstərən quruluşu olmayan cihazlardan - sayğaclardan istifadə edilir. Maddə miqdarı sayğacları yalnız inteqrallayıcıya malik olur. İnteqrallayıcılar, transportyor lentinin üzəri ilə gedən və ya bunkerdən daha aşağı səviyyədə yerləşən qəbulediciyə tökülən hər hansı maddənin miqdarını təyin edən avtomatik tərəzilərdə də qoyulur.
Miqdar və sərf ölçən cihazların təsnifatı
Maddələrin miqdarını ölçən sayğacları işləmə prinsiplərinə görə 3 yerə ayırmaq olar:
sürət sayğacları;
həcm sayğacları;
çəki sayğacları.
Sərf ölçən cihazları ölçmə üsullarına görə 5 qrupa ayırmaq olar:
dəyişən təzyiqlər düşküsünə görə sərfölçənlər;