Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Üzgəci maye üzərində üzən və mayeyə batan səviyyəölçənlər



Yüklə 20,62 Mb.
səhifə44/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
Avtomatlaşdırmanın əsasları müh

Üzgəci maye üzərində üzən və mayeyə batan səviyyəölçənlər.
Səviyyə dəyişdikdə üzgəc (1) yuxarı və ya aşağı hərəkət edir. Bu yerdəyişmə diyircəklərin (3) üzərindən aşırılmış sərt əks əlaqə (2) vasitəsilə əqrəbə (5) ötürülür. Sərt əks əlaqənin çəkisi əks-yük (4) ilə tarazlaşır. Səviyyə dəyişmədikdə əqrəbin şkala (6) üzərində dayandığı nöqtə ölçülən səviyyənin qiymətini göstərəcəkdir. Səviyyənin sabit qiymətində ölçü sistemi müvazinət vəziyyətində
(1)
Burada hərəkətli moment diyircəklərin oxundakı momentdir.
(2)
Səviyyə dəyişdikdə üzgəci maye daxilindən itələyən qüvvə artımı r diyircəyin radiusudur. (1) və (2) ifadələrindən

alarıq.
Buradan
(3)
artımı üzgəcin mayeyə batırılma dərinliyinin dəyişməsinə mütənasib olaraq dəyişir.
(4)
D üzgəcin diametri; mayenin xüsusi çəkisidir.
Üzgəci maye üzərində üzən səviyyə ölçənin sxemi

Şəkil


12120 modelli elektron dinamometrik səviyyəölçənlər
(ABŞ-Mosoneilan)
Təyinatı
12120 modelli elektron səviyyəölçənlər neftayırma zavodlarında texnoloji aparatlarda (tutumlarda) neft və neft məhsullarının səviyyəsini ölçməkdən ötrü istifadə edilir.
Çıxış siqnalı 4-20mA, dəqiqlik sinfi 0,1%, ölçmə diapazonu isə 800 mm-dir. Çıxış siqnalını həm EHM-nin və həmçinin elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə vermək olar.
İş prinsipi
Bu modelli cihazların iş prinsipi Arximed qanununa əsaslanır. Bu səviyyəölçənlərin həssas elementli 1 silindirik batan üzgəcdən ibarətdir (şəkil 5.1). buyok sıxlığı mayenin sıxlığından böyük olan materialdan hazırlanır. Aparatda (tutumda) mayenin səviyyəsi dəyişərkən mayedə olan 1 buyokunun kütləsi də həmin səviyyəyə uyğun olaraq, proporsional dəyişir.

Şəkil 5.1.


1 batan üzgəcin çəkisinin dəyişməsinin informasiya ölçü siqnalına çevrilməsi “qüvvə - cərəyan” 3 çeviricisi vasitəsi ilə həyata keçirilir. Elektron dinomometrik səviyyəölçənin prinsipial sxemi şəkil 5.1-də verilmişdir. Burada ölçülən parametr (səviyyə 1 həssas elementi (batan üzgəc)) vasitəsilə Rx qüvvəsinə çevrilir. Yaranan Rx qüvvəsi 2 mövqeli ling vasitəsilə 3 mövqeli diferiansal transformatorun (RVDT) rotorunda yaranan Rox əks əlaqə qüvvəsi vasitəsilə tarazlaşdırılır.
Tutumda səviyyənin vəziyyəti dəyişdikdə 1 həssas elementinin (batan üzgəcin) çəkisi dəyişdiyinə görə 2 linginin yerdəyişməsinə (fırlanmasına) səbəb olur və nəticədə 2 linginin ucuna bağlanmış ucluq 3 RVDT-də olan rotorun bucaq vəziyyətini dəyişdirir. Nəticədə yaranan moment RVDT rotorunun boru hissəsini fırladır.
RVDT özü 4 tənzimləyicisi vasitəsilə tənzimlənən dəyişən diferensial transfarmatordur. Bu transfarmator ilkin və ikinci iki sarıqlı makaradan ibarətdir. 3 rotorunun boru hissəsinin fırlanması ilkin makaranın sarğılarını həyacanlandırır və ikinci makaranın sarğılarında gərginlik yaranmasına səbəb olur. Nəticədə ikinci makaranın sarğılarında maqnit axını xətlərinin sayını dəyişdirir. Belə bir hal makaralardan birinin sarğılarının çıxışını gücləndirir o birisinin çıxışını isə azaldır. Nəticədə alınan diferensial gərginlik 5 mövqeli demodulyatorunda demodulyasiya olduqdan sonra 6 mövqeli elektron gücləndiricisinin girişinə verilir. Gücləndiricinin iş prinsipi iş prinsipi 3-cü bölmədə verilmişdir.
Gücləndiricinin çıxışında alınan (4-20) mA elektrik cərəyan siqnalı elektron prinsipi ilə işləyən 7 mövqeli ikinci cihazın və yaxud EHM-in girişinə verilir.
Qeyd etmək lazımdır ki, 3 mövqeli RVDT rotoru ilə 6 mövqeli gücləndiricisi arasında qoyulmuş 5 mövqeli demodulyatorunun vəzifəsi rotorun ikinci sarğılarında yaranan yarındalğaları demodulyasiya etməkdən ibarətdir, 7 mövqeli assiloqrafdan, cihazın çıxış xarakteristikalarından asılı olaraq, elektron sxemində sazlama işləri üçün istifadə edilir.

Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin