Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1


Mühazirə 15 İcra mexanizmləri



Yüklə 20,62 Mb.
səhifə55/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   58
Avtomatlaşdırmanın əsasları müh

Mühazirə 15
İcra mexanizmləri
Pnevmatik, porşenli və hidravlik

TP-nin idarəetmə sistemlərinin icra elementləri idarə obyektinin tənzimləyici orqanına idarəedici təsir yaratmaq üçündür. Bu halda tənzimləyici orqanın və müvafiq olaraq idarə obyektinin vəziyyəti və halı dəyişir.


İdarəedici təsirdən asılı olaraq icra elementləri iki növ qurğulara ayrılır: güc və parametrik. Tənzimləyici orqanın fəza vəziyyəti o zaman dəyişir ki, icra elementi idarəedici təsiri güc və ya moment şəklində yaradır. Belə icra elementləri güc qurğuları adlanır. Güc qurğularına elektromaqnitlər, elektromexaniki muftalar, müxtəlif növ mühərriklər aiddir.
Tənzimləyici orqanın vəziyyətinin dəyişməsi onun parametrlərinin (müqavimət, maqnit seli, temperatur, sürət və s.) və yaxud tənzimləyici orqana tətbiq olunan enerjinin paramaterlərinin (gərginlik, cərəyam, tezlik, faza-elektrik qurğularında: işçi mühitin təzyiqi - pnevmatik və hidravlik qurğularda) dəyişməsi ilə əlaqədardır.
Tənzimləyici orqanın vəziyyətini dəyişən icra qurğuları parametrik icra elementləri adlanır. Paramaterik icra elementləri kimi əsasən elektromaqnit releləri, kontaktorları, tiristor və tranzistor releləri istifadə olunur. Bəzi icra elementlərində gücləndiricilər onların ayrılmaz hissəsi kimi təsir göstərirlər. Bu halda onlara vahid dinamik element kimi baxmaq lazımdır.
İcra elementləri üç əsas qurğudan təşkil olunur: servomühərrik, qida mənbəyi və yükdən. Servomühərrikin növündən asılı olaraq icra elementləri elektrik, hidravlik və pnevmatik növlərinə ayrılır. Elektrik servomühərrikləri iki növdə olur: sabit və cərəyan servomühərriklər.
Konstruktiv əlamətlərinə görə servomühərriklər porşenli irəliləmə və fırlanma hərəkəti edən porşenli, elektromaqnitli, membranlı, elektormotorlu və kombinə olunmuş növlərinə ayrılırlar. Servomühərriklərin tənzimləyici qabiliyyətini xarakterizə edən əsas göstəriciləri gücə görə gücləndirmə əmsalı, çıxışda fırlanma sürəti, çıxışda yaradılan qüvvə, çıxışdakı xətti və yaxud bucaq yerdəyişməsidir.
Fırlanma sürətinə görə servomühərriklər iki əsas qrupa ayrılırlar: sabit sürətli servomühərriklər və mütənasib sürətli servomühərrriklər. Sonuncu halda nəzərdə tutulur ki, servomühərrikin çıxış sürəti təxminən giriş kəmiyyətinə, başqa sözlə, vericinin siqnalına mütənasibdir. Birinci qrupa demək olar ki, bütün dəyişən cərəyan elektromotorlu icra mexanizmləri aiddir. İkinci qrupa hidravlik və pnevmatik servomühərriklər aid edilə bilər.
İdarə obyektinin konstruksiyasından, iş alqoritmindən, istismar şəraitindən asılı olaraq icra elementlərinə aşağıdakı tələblər qoyulur:

  1. icra elementinin hasil etdiyi maksimal güc və yaxud moment bütün iş rejimlərində idarə obyektinin tənzimləyici orqanının yerdəyişməsi üçün lazım olan maksimal gücdən və momentdən çox olmamalıdır;

  2. yüksək cəldişləmə;

  3. f.i.ə-nın maksimal qiyməti;

  4. iş prosesində icra elementinin yaratdığı idarəedici təsirin səlis tənzim olunması tələb olunursa, icra elementinin xarakteristikası xəttiliyə yaxın olmalıdır;

  5. minimum həssaslıq həddi;

  6. icra elementinin idarə olunması üçün tələb olunan güc böyük olmamalıdır;

  7. yüksək etibarlılıq və uzunmüddətlilik;

8) çox da böyük olmayan ölçüləri və kütləsi.



Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin