İrsi xəstəliklər. Bu xəstəliklərin birinci qrupu irsi xəstəliklərdir. Onlar mutasiyaya (genlərin hansısa təsir altında dəyişməsidir) uğramış genlərin daşıyıcılarında olur. Sadəcə bunun üçün bu kimi bir qenin olması yetərlidir. Genlərin (irsiyyətin struktur və funksional vahididir) ya da xromosomların (hüceyrələrin nüvələrinin tərkibində olur, genlərin daşıyıcısıdır, hüceyrə və orqanizmlərin irsiyyət özəlliklərini təyin edir) mutasiyası sonu yaranan xəstəliklərin örnəyi kimi Daun sindromu göstərilə bilər. Bu irsi xəstəlik xromosom yığımının pozulması sonu yaranır. Daha bir örnək fenilketonuriyadır. Bu da uşaqda ağıl çatışmamazlığına gətirən maddələr mübadiləsinin pozulmasıdır. Qemofeliya (qanın laxtalanmaması xəstəliyi) da bu kimi örnəklərdən biridir.
Çox vaxt mədə yararına, ürək-damar xəstəliklərinə, şəkər diabetinə, çeşidli allergiyalara meyllər elə irsiyyətlə soydan soya keçir.
Bir çox durumlarda irsi xəstəliklərin yaranması insanın çevrəsində olan mühitlə bağlı olur. Özəlliklə də mutasiyalar ozləri-özlərindən deyil, həmdə mühitin amilləri səbəbi ilə yarana bilər. Buna da mutagen amillər deyilir, bunların da ən başlıcasıradiasiyadır.
Mutagen amillərin daha bir törədicisi də ətraf mühitə düşən zərərli kimyavi maddələrdir. Bəzi virus xəstəlikləri də mutagen təsirli olur, ayrı-ayrı adamların irsiyyətinə təsir edir.
Dostları ilə paylaş: |