822, 853, 874, 884) həyata keçirmək üçün təsirli tədbirl ər görməməsi səbəbindən əməli nəticə vermir (26, s. 560). H.Əliyev dəfələrlə bildirmişdir ki, müna-qişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdı r, lakin sülh im-kanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya
bilər. Güclü orduya malik olan Azərbaycan dövləti buna qadirdir. ABŞ Ki-Uest şəhərindəki danışıqlarda H.Əliyev təcrüb əli diplomat kimi Azərbaycanın milli mənafelərini ləyaqətlə tə msil və müdafiə etmişdir. Məhz onun qətiyyətli mövqeyi sayə sində Ki-Üest danışıq-ları zamanı ABŞ Dövlət Departamenti gec də olsa, Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır. H.Əliyevin Ki-Uest bəyanatı mühüm tarixi sənəddir. Azərbaycan diplomatiyasının səyləri nəti-cəsində Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya olunur. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açılmışdır. Qonşu İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaş-mışdır. NATO ilə fərdi tər əfdaşlıq bar ədə razılıq əldə olunmuşdur. ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir. 2 ildir ki, ABŞ Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırmağa müvə ffəq olunmuşdur. Bu ölkəmizə maliyyə yardımı ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək deməkdir. 2002-ci ilin martı n 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə qoyduğu qadağan da ləğv olunmuşdur.
Azərbaycanın NATO ilə tərəfdaşlıq proqramının genişlən-məsinin nəticəsidir ki, onun
Dostları ilə paylaş: |