14. Beynəlxalq nəqliyyat hüququnun mənbələri
Beynəlxalq müqavilələr
Dövlətlərarası beynəlxalq nəqliyyat münasibətlərini tənzimləyən hüquq
normaları öz normativ ifadəsini, hər şeydən əvvəl, ilk növbədə, beynəlxalq
müqavilələrdə tapır. Söhbət nəqliyyat sahəsində bağlanan dövlətlərarası
beynəlxalq müqavilələrdən gedir; onlara beynəlxalq nəqliyyat sazişləri və ya
nəqliyyat konvensiyaları deyilir. Beynəlxalq nəqliyyat sazişləri (nəqliyyat
konvensiyaları) beynəlxalq nəqliyyat hüququnun əsas və başlıca mənbə növü
hesab edilir.
Əgər dövlətlər arasında beynəlxalq nəqliyyat sazişləri bağlanmazsa, onda
beynəlxalq nəqliyyat daşımaları həyata keçirilə bilməz. Ona görə ki, beynəlxalq
daşımalar bu sazişlərdə müəyyən edilən şərtlərə uyğun olaraq həyata keçirilir;
bu, bir az əvvəldə qeyd etdiyimiz kimi, beynəlxalq daşımaların iki xarakterik
əlamətindən biri hesab edilir. Beynəlxalq nəqliyyat sazişlərində müəyyən
olunan şərtlər isə aşağıdakılara aiddir:
-daşıma (nəqliyyat) sənədinə və onun tərtib olunmasına;
-inzibati-gömrük proseduruna (rəsmiləşdirilməsinə);
-yükün daşınmaya qəbul edilməsinə;
-yükün təyinat yerində sahibinə (yükalana) çatdırılmasına;
-daşıyıcının məsuliyyətinə;
-iddia və pretenziyaların verilməsinə;
-mübahisələrin həll olunmasına və s.
Hal-hazırda beynəlxalq daşımaları hüquqi tənzimetmənin əsas mənbəyi
beynəlxalq nəqliyyat sazişləri hesab olunur; bu sazişlərin bəziləri nəqliyyatın
bütün növlərini əhatə edir. Məsələn, Beynəlxalq qarışıq yük daşımaları
haqqında BMT Konvensiyası (1980-ci il), Avtomobil, dəmir yolu və daxili su
nəqliyyatı ilə təhlükəli yüklərin daşınması zamanı vurulmuş zərərə görə mülki
məsuliyyət haqqında Konvensiya (1989-cu il) belə sazişlərə misaldır. Beynəlxalq
nəqliyyat sazişləri arasında elələri vardır ki, həmin sazişlər nəqliyyatın bir
neçə növünü əhatə edir. Nəqliyyatın ayrı-ayrı növlərinə xüsusi olaraq həsr
edilən beynəlxalq nəqliyyat sazişləri də qəbul olunmuşdur. Məsələn,
Hamburq Qaydaları dənizlə yük daşımalarına, Varşava Konvensiyası isə hava
daşımalarına aiddir.
Beynəlxalq nəqliyyat münasibətləri, əsasən, çoxtərəfli sazişlərlə
Dostları ilə paylaş: |