Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Beynəlxalq nəqliyyat hüququnun predmeti



Yüklə 200,14 Kb.
səhifə32/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   46
Beynəlxalq nəqliyyat hüququnun predmeti
Beynəlxalq iqtisadi hüquq nəqliyyat sahəsində yaranan beynəlxalq iqtisadi

münasibətləri özü bilavasitə deyil, beynəlxalq nəqliyyat hüququnun vasitəsilə

tənzim edir. Beynəlxalq nəqliyyat hüququ BİH-in struktur elementi, tərkib

hissəsidir. Təbii ki, hər bir müstəqil hüquq sahəsinin struktur elementinin

(tərkib hissəsinin) özünün nizamasalma predmeti vardır. Beynəlxalq nəqliyyat

hüququnun nizamasalma predmetinə gəldikdə isə, qeyd etmək vacibdir ki, bu,

hüquq elmində mübahisəyə səbəb olan məsələlərdən biridir. Belə ki, bir sıra

müəllif, məsələn, Y.N.Maleyev1, A.Q.Boqatıryev2 və b. beynəlxalq nəqliyyat

hüququnun nizamasalma predmetinə həm dövlətlərarası (hakimiyyət

xarakterli), həm də qeyri-dövlətlərarası (qeyri-hakimiyyət xarakterli, yəni ayrı-

ayrı ölkələrin şəxsləri arasında yaranan) nəqliyyat münasibətlərini daxil edirlər.

Digər qrup müəlliflər isə (məsələn, K.A.Bekyaşev3 və b.) beynəlxalq

nəqliyyat hüququnun nizamasalma predmetinə yalnız dövlətlərarası nəqliyyat,

yəni yük və sərnişinlərin daşınması üzrə dövlətlərarası münasibətləri daxil

edirlər. Hesab edirik ki, sonuncu qrup alimlərin mövqeyi həqiqətə yaxındır. Belə

ki, biz əgər dövlətlərarası hüquq olan beynəlxalq iqtisadi hüququn struktur

elementi (tərkib hissəsi) kimi beynəlxalq nəqliyyat hüququndan danışırıqsa,

onun nizamasalma predmeti yalnız dövlətlərarası münasibətlər olmalıdır. Bir

daha təkrar edərək göstəririk ki, beynəlxalq hüquq, o cümlədən onun bir sahəsi

olan beynəlxalq iqtisadi hüquq dövlətlərarası hüquqdur. Buna görə də, təbii ki,

beynəlxalq iqtisadi hüququn struktur hissələri (tərkib hissələri) də, o cümlədən

beynəlxalq nəqliyyat hüququ da dövlətlərarası (ümumi) hüquq olmalıdır. Odur

ki, beynəlxalq iqtisadi hüququn struktur elementi (tərkib hissəsi) kimi

beynəlxalq nəqliyyat hüququnun nizamasalma predmetini dövlətlərarası

beynəlxalq nəqliyyat münasibətləri təşkil edir; həmin münasibətlər aşağıda

göstərilən subyektlər arasında yaranır:

-dövlətlər arasında;

-dövlətlərlə beynəlxalq hökumətlərarası nəqliyyat təşkilatları arasında.

Dövlətlərarası beynəlxalq nəqliyyat münasibətləri hakimiyyət xarakterli

münasibətlərdir. Bu səbəbdən həmin münasibətləri tənzimləyən hüquqi qurum

(struktur element) beynəlxalq ümumi nəqliyyat hüququ adlanır.

Beynəlxalq nəqliyyat münasibətləri qeyri-hakimiyyət xarakterli

münasibətlər formasında da yarana bilər. Qeyri-hakimiyyət xarakterli

beynəlxalq nəqliyyat münasibətləri dedikdə ayrı-ayrı ölkələrin fiziki və ya

hüquqi şəxsləri arasında beynəlxalq nəqliyyat daşımaları sahəsində yaranan

münasibətlər başa düşülür; belə münasibətlər beynəlxalq xüsusi nəqliyyat

hüququ ilə tənzimlənir; beynəlxalq xüsusi nəqliyyat hüququ isə beynəlxalq

xüsusi (mülki) hüququn struktur elementi, tərkib hissəsi sayılır.1

BİH-in struktur elementi (tərkib hissəsi) kimi beynəlxalq nəqliyyat hüququ

özü bir neçə institutdan ibarətdir:

-beynəlxalq dəniz daşımalarını hüquqi tənzimetmə institutu (beynəlxalq

dəniz daşımaları hüquq institutu);

-beynəlxalq avtomobil daşımalarını hüquqi tənzimetmə institutu

(beynəlxalq avtomobil daşımaları hüquq institutu);

-beynəlxalq dəmir yolu daşımalarını hüquqi tənzimetmə institutu

(beynəlxalq dəmir yolu daşımaları hüquq institutu);

-beynəlxalq hava daşımalarını hüquqi tənzimetmə institutu (beynəlxalq hava

daşımaları hüquq institutu);

-beynəlxalq su (çay) daşımalarını hüquqi tənzimetmə institutu (beynəlxalq

su (çay) daşımaları hüquq institutu).

Son zamanlar beynəlxalq nəqliyyat hüququnun yeni bir institutu

formalaşmaqdadır ki, ona beynəlxalq boru kəmər nəqliyyat hüquq institutu

deyilir. Belə ki, beynəlxalq boru kəməri ilə neft, neft məhsulları və qaz xarici

ölkələrə nəql olunur; bu, beynəlxalq nəqliyyat xidmətinin xüsusi formasıdır ki,

onun göstərilməsi ilə əlaqədar olaraq yaranan münasibətlər məhz həmin institutla tənzimlənir.


Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin