Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Dəmir yolu daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi



Yüklə 200,14 Kb.
səhifə43/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   46
Dəmir yolu daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
Dəmir yolu ilə beynəlxalq daşımalar beynəlxalq nəqliyyat hüququnun

beynəlxalq dəmir yolu daşımaları hüquq institutu vasitəsilə nizama salınır. Belə

tənzimlənmə, əsasən və başlıca olaraq, iki beynəlxalq konvensiya ilə həyata

keçirilir. Həmin konvensiyalara aşağıdakılar aiddir:

-KOTİF (Bern Konvensiyaları);

-BDYS (SMQS – rus abreviaturası ilə).

KOTİF dedikdə Beynəlxalq dəmir yolu daşımaları haqqında Bern

Konvensiyaları (Əlavə Sazişlə) başa düşülür. 1980-ci ildə qəbul olunan KOTİF

1985-ci ildə qüvvəyə minmişdir; o, Qərbi və Mərkəzi Avropa ölkələri arasında

həyata keçirilən beynəlxalq dəmir yolu daşımalarını tənzim edir. KOTİF-də

Avropa ölkələrinin çoxu, habelə Asiya və Şimali Afrika ölkələrinin bəziləri

iştirak edir. Azərbaycan Respublikası KOTİF-in iştirakçısı deyildir.

KOTİF-in əsas xüsusiyyəti ondan ibarətdir ki, bu sənəd əsasında

beynəlxalq dəmir yolu daşımalarının kompleks hüquqi tənzimlənməsi çoxtərəfli

əsaslarla həyata keçirilir. Buna görə də o, beynəlxalq dəmir yolu daşımalarını

hüquqi cəhətdən tənzim edən əsas beynəlxalq normativ akt sayılır. Bu aktın

vasitəsi ilə aşağıdakılar müəyyən olunur:

-yükdaşıma şərtləri;

-daşıyıcının məsuliyyəti;

-daşıyıcıya pretenziya və iddia verilməsi;

-sərnişin və baqaj daşıma şərtləri.

BDYS isə Rusiya Federasiyası və MDB üzvü olan digər ölkələr arasında

həyata keçirilən beynəlxalq dəmir yolu daşımalarını tənzim edən sənəddir.

BDYS dedikdə Beynəlxalq dəmir yolu ilə yük əlaqələri haqqında Saziş başa

düşülür. Sazişdə MDB üzvü olan ölkələr, o cümlədən Azərbaycan Respublikası, habelə Çin, Monqolustan, Koreya, Baltikyanı respublikalar, İran, Albaniya və digər dövlətlər iştirak edirlər.

BDYS bunları müəyyən edir və tənzimləyir:

-yükdaşıma şərtləri;

-daşıma ilə bağlı ödənişlər;

-daşıma sənədinin forması və onun tərtib edilməsi qaydaları;

-təhlükəli yüklərin daşınmasına aid xüsusi şərtlər;

-yükün təyinat yerinə çatdırılma müddəti;

-yükün daşınmaya qəbul edilməsi şərtləri;

-təyinat yerində yükün öz sahibinə (yükalana) verilməsi;

-dəmir yolu daşıyıcısının məsuliyyəti;

-yükgöndərənin və yükalanın məsuliyyəti;

-pretenziya və iddiaların verilməsi qaydaları2 və s.

Beynəlxalq dəmir yolu daşımaları həm də ikitərəfli sazişlərlə tənzimlənir.

Azərbaycan Respublikası Rusiya Federasiyası, Ukrayna, Özbəkistan,

Gürcüstan, Türkmənistan və digər dövlətlərlə dəmir yolu nəqliyyatı sahəsində belə sazişlər bağlamışdır3; bu sazişlərdə ikitərəfli səviyyədə həyata keçirilən beynəlxalq daşımalara aid normalar nəzərdə tutulmuşdur.


Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin