Bixeviorçu metod siyasi hadisələri ayrı-ayrı insanların, yaxud qrupların fəaliyyətində (davranışında) təcəssüm etmiş halda öyrənir. Şəxsiyyətin siyasi davranışının müşahidə edilməsi ya bilavasitə müşahidə, ya da dolayı yolla məlumat toplamaqla (eksperiment, anket və s.) empirik informasiya əldə etmək məqsədini güdür. Bu zaman üç başlıça üsuldan istifadə olunur: siyasi fəallığın statik tədqiqi, anket tədqiqatı və müsahibə, laboratoriya eksperimenti.
Müqayisəli təhlil metodu. Onun mahiyyəti siyasi proseslər və təsisatlar arasında oxşar və fərqli çəhətləri aşkara çıxartmaqdır. Müqayisə metodu müəyyən şərtlər daxilində tətbiq edilə bilər: a)müqayisə eynicins siyasi sistemlər arasında aparılmalıdır, məsələn, prezident idarə üsulu qərarlaşmış ölkənin siyasi sistemini bu cür idarə üsulu mövçud olan ölkənin siyasi sistemi ilə müqayisə etmək olar; b/müqayisə seçilmiş obyektlərin yalnız təsviri ilə kifayətlənməməli, onların daha geniş perspektivli və əhatəli müqayisəli təhlilinə əsaslanmalıdır.