Antivirus proqramları kompüterdəki virusları aşkar edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s. Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur.
Viruslar digər proqramlara özbaşına qoşula bilən, öz surətini fayllara, sistem sahəsinə.şəbəkələrə yayan və kompüterin normal işini pozan proqramlardır. Onlar aşağıdakı əlamətlərə görə təsnif olunur:
1) yerləşdiyi mühitə görə;
2) yerləşdiyi mühitdə yoluxma üsuluna görə;
3) aktivləşmə üsuluna görə;
4) alqoritmin xüsusiyyətlərinə görə;
5) destruktiv (pozulma) imkanlarına görə.
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli viruslara bölünür. Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarında yayılır. Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır. Şəbəkə virusları kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara yoluxan faylı yükləyici viruslar da mövcuddur.
Yerldəşdiyi mühitə yoluxma üsulu mühitin özündən asılıdır. Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqramlar adlanır. Onların aşağıdaki tipləri vardır:
1) filtr və ya keşikci;
2) detektorlar;
3) həkimlər;
4) müfettişlər;
5) immunizatorlar ve ya vaksinlər.
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir. Bu əməliyyatlara aşağıdakılar aiddir:
- icra edilən proqram fayllarının dəyişməsi;
- rezident proqramlarin yerləşdirilməsi;
- mütləq ünvana görə diskə birbaşa yazma;
- diskin yükləyici sektoruna yazmaq;
- diskin formatlaşdırılması.
Filtr proqramlarmin əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli əməliyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir.
Detektor fəal yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivirus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir. Belə antivirus proqramlara Augstest, Doktor Web, Norton Antivirus proqramları aiddir.
Müfəttiş adlanan proqram kataloqlarin, proqramlarin, layihlərin və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirilə bilər.
İmmunizator özü rezident proqramı olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirilməsində əks olunmur. Eyni zamanda, viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir. Bu proqramlarin çatışmayan cəhəti çoxlu sayda viruslara yoluxmanın qarşısını almağın imkanlarını məhdudlaşdırır. Geniş yayılmış antivirus proqramlar aşağıdakılardır:
Audiostest, Doktor Web, Doktor Web for Windows, Dr. Solomon Antivirus 7.0, F.Frot professional 2.45, İBM Antivirus 3.01, inoculation Antivirus 5.0 for Windows, McAfre Virus, Scan 3.0, Norton Antivirus 4.0, Thunder Bute Antivirus, Utilites 8.0.3.
Bu antivirus proqramlardan Semantec firması terefinden yaradilan Norton Antivirus daha çox istifadə olunur. Norton Antivirus proqrami Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir:
1) sistem faylından və yükləyici yazıdakı virusları yoxlayır;
2) icra olunan fayllardakı virusları yoxlayır;
3) internetdən yüklənən faylları yoxlayır;
4) sərt diskə müraciətdə yükləyici virusları yoxlayır.
Dostları ilə paylaş: |