Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Real tarixi prosesin rəngarəngliyi əsas etibarilə zaman və məkan amillərinin təsiri nəticəsidir



Yüklə 331,42 Kb.
səhifə34/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   49
Real tarixi prosesin rəngarəngliyi əsas etibarilə zaman və məkan amillərinin təsiri nəticəsidir. Birinci qrup amillər bunu ifa­də edir ki, vahid tarixi inkişaf prosesi müxtəlif xronoloji mərhələlərə və dövrlərə bölünür. Məkan amilləri də çox mühüm olub, eyni vaxt ərzində, lakin müxtəlif ərazilərdə fəaliyyət göstərən ölkələrin və xalqların bir-birindən fərqləndiyini ifadə edir.

Tarixi prosesin rəngarəngliyi hər şeydən əvvəl, onun qeyri-bəıabər inkişaf etməsində təzahür edir. Bu qeyri- bərabərlik bəşər cəmiyyətinin ilk dövrlərindən özünü göstərmişdir. Belə ki, əlverişli təbiət şəraiti olan ərazilərdə yaşayan xalqlar və ölkələr belə şəraiti olmayanlara nisbətən sürətlə inkişaf edirdi. Sonrakı inkişaf gedişin­də qeyri- bərabərliyi şərtləndirən amillər silsiləsində təbii xarakterli amillər arxa plana keçir, istehsalın səviyyəsi, elmin və texnikanın inkişafı göstəriciləri üstün yer tutmağa başlayır.

Deyilənlərlə yanaşı tarixi prosesin rəngarəngliyi xeyli dərəcə­də tarixi mühit deyilən amilin təsiri ilə bağlıdır. Bunun aydın təzahürünü geridə qalmış xalqların özünəməxsus inkişafı yoluna düşməsində də görmək olar.

Nəhayət, tarixi prosesin rərıgarəngliyinə ölkənin daxilində siy­asi və ideoloji, sosial və mədəni amillər, subyektiv amilin inkişaf də­rəcəsi də müəyyən təsir göstərir. Məhz bunun nəticəsində eyni bır sosial zəmində yüksələn mədəniyyət, ideya, təsisat və təşkilatlar, həyat fəaliyyəti formaları bir-birindən fərqlənir.

Deyilənlər sübut edir ki, bir tərəfdən, tarixi proses bütün ölkələr və xalqlar üçün ümumi qanunauyğunluqlara və istiqamətlərə malikdir, digər tərəfdən, bu qanunauyğunluqların ayrı-ayrı ölkələrin konkret şəraiti və çərçivəsində reallaşması ümumi tarixi prosesin vəhdəti va bütövlüyü çərçivəsində müəyyən özünəməxsusluqlar yaradır.

SİYASİ HƏYATIN FƏLSƏFİ TƏHLİLİ”




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin