Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Sosial tərəqqi və onun meyarı



Yüklə 331,42 Kb.
səhifə31/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
Sosial tərəqqi və onun meyarı

Fəlsəfə tarixi tərəqqinin obyektiv meyarının müəyyənləşdirilməsinə geniş diqqət yetirir. Taıixin dialektik anlaşılması cəmiyyətə onu dəyişilmə və inkişafda götürür. Bu təlim cəmiyətin inkişafına qanunauyğun təbii- tarixi proses kimi yanaşa­raq onun mahiyyəti və istiqamətini açıb göstərir.

Tərəqqi cəmiyyətin yüksələn xətt üzrə inkişafında əsas istiqamətdir İctimai tərəqqinin mahiyyətini açmaq üçün cəmiy­yətdə «inkişaf», «tərəqqi»,və «tənəzzül» anlayışlarını, onların qarşılıqlı münasibətini izah etmək lazımdır.

«İnkişaf» aşağıdan yuxarıya, ibtidaidən aliyə, sadədən mü­rəkkəbə doğru yönələn və konkret obyektin yeni keyfiyyət halına ke­çməsini şərtləndirən dəyişmə, hərəkət deməkdir. Bu və ya digər maddi sistem kimi, cəmiyyət də məkan və zaman daxilində inkişaf edir və müəyyən mərhələlərdən (əmələ gəlmə, yetkinlik, çiçəklən­mə, tənəzzül, süqut və məhv olma) keçir. Cəmiyyətin inkişaf mər­hələlərini düzgün müəyyənləşdirmək üçün məhz hansı tərəfin inki­şaf etdiyini (bütövlükdə cəmiyyət və ya onun ayrı-ayrı tərəfləri), on­da hansı keyfiyyət dəyişmələrinin baş verdiyini, onun inkişaf mər­hələləri və həıəkətverici qüvvələrini əsas götürmək tələb olunur.

«Tərəqqi» dedikdə həyatda və elmdə sadəcə dəyişmə və hə­rəkət nəzərdə tutulmur. Təbiət və cəmiyyətdə hadisələr, proseslər, hərəkət və dəyişmə tərəqqidən kənarda da baş verə bilər. Tərəqqi inkişaf ilə yaxından bağlı olub, onun yüksələn xətt üzrə olan istiqa­mətini göstərir. Tərəqqi prosesində əvvəllərdə hadisələrdə olmayan yeni meyllər, cəhətlər, keyfiyyətlər meydana gəlir. Bu yeniliklər ha­disələrin mahiyyətinə təsir göstərir. Elmin vəzifəsi bunları kəşf etməkdən ibarətdir.

«Tənzzül» tərəqqinin əks istiqamətini təşkil edir, yəni ictimai həyatın istiqamətinin irəliyə doğru, yüksələn xətt üzrə deyil, enmə istiqamətində, geriyə getdiyini ifadə edir. Tərəqqi və tənəzzül an­layışları nisbi xarakter daşıyır. Bu o deməkdir ki, varlığın digər sa­hələrində olduğu kimi, cəmiyyətdə də mütləq mənada tərəqqi və ya tənəzzül yoxdur. Bütün maddi sistemlərdə olduğu kimi cəmiyyətdə də tərəqqi və ya tənəzzülü yalnız müəyyən meyara əsaslanaraq, müqayisə yolu ilə aşkara çıxarmaq olar. Bəşər cəmiyyətinin tarixi inkişafı mürəkkəb və ziddiyyətli prosesdir. Sosial tərəqqi bu inkişafın baş xəttini, ümumi istiqamətini təşkil edir. Bununla yanaşı tarixi pro­sesdə irtica dövrləri, dəhşətli toqquşmalar da olmuşdur Bu toq­quşmalar bəzən ayrı-ayrı sivilizasiyaların bütövlükdə məhvinə gə­tirib çıxarmışdır.

İctimai tərəqqi obyektiv və qanunauyğun prosesdir, ibtidai icma quruluşunda insanların fəaliyyəti təbiətə daha yaxın, bir növ onunla çulğaşmış vəziyyətdə olmuşdur. Bu dövrdə insanlar öz tələbatlarını təbiətin hazır məhsulları hesabına ödəyirdilər. Buna görə də həmin istehsal tipi mənimsənilən iqtisadiyyat kimi səciyyə­lənir. Neolit dövründə ictimai əmək bölgüsünün baş verməsi-əkinçilik və maldarlığın bir- birindən ayrılması (buna aqrar inqilabı və ya neolit inqilabı da deyilir) nəticəsində mənimsənilən iqtisadiyyatdan istehsal edən iqtisadiyyata keçid baş verir. Bunun nəticəsində ictimai- iqtisadi həyatda qəbilə- tayfa kollektivinin yerini insanları torpaq üzərində mülkiyyətə görə birləşdirən qonşuluq icması tutdu. Sonradan icma mülkiyyəti ciddi dəyişikliklərə uğra­mışdır. Neolit inqilabı və əmək bölgüsü nəticəsində cəmiyyətdə bila­vasitə yaşayış üçün zəruri olandan artıq məhsul, yəni izafi məhsul istehsal olunmağa başladı. Bu isə öz növbəsində kollektiv əməyin əvəzinə xüsusi mülkiyyəti doğurdu. Bütün bu dəyişikliklərin yekunu kimi isə sinifli cəmiyyət, quldarlıq quruluşu meydana gəldi.

Quldarlıq və feodalizm cəmiyyətlərində əqli əməyin fiziki əməkdən ayrılması, sənətkarlığın əkinçilikdənşəhərin kənddən ayrılması kimi mütərəqqi proseslər baş verdi. Bunlar da ümumi mədəni inkişafda, mənəvi və siyasi mərkəzlərin yaranmasında çox mühüm rol oynadı. Kapitalizmə qədərki quruluşlarda istehsal bir qayda olaraq əl əməyi ilə bağlı olmuşdur. Kapitalizmin yaranması, sənaye inqalabı, maşınlı texnikaya keçid nəticəsində cəmiyyət tarixində yeni keyfiyyət yarandı. Belə ki, insanların fəaliyyəti əsaslı surətdə dəyişildi. Burada empirik biliklərin yerini getdikcə daha çox təbiətşünaslığınelmin nailiyyətləri tutmağa başladı. Bu isə istehsalın texniki əsasının inkişafına və tərəqqiyə güclü təkan verdi.

İctimai tərəqqi anlayışı ilk dəfə XVIII əsi fransız materialistləri tərəfindən işlənilmişdir. Ümumilikdə götürüldükdə ictimai həyatda inkişafın, tərəqqinin baş verdiyini hər bir adam öz gündəlik təc­rübəsində hiss edir. Lakin bu hələ tərəqqini dərk etmək demək dey­ildir. Təsadüfi deyildir ki, fəlsəfi fikir tarixində tərəqqini qəbul edən­lərlə yanaşı onu tamamilə inkar edənlər, habelə tərəqqini relyativist, yəni subyektin verdiyi qiymət baxımından izah edənlər də olmuşdur.

Tərəqqinin anlaşılmasında müxtəlif rəylərin mövcud ol­ması, xeyli dərəcədə bu prosesin mürəkkəb və daxilən zid­diyyətli xarakter daşıması ilə izah edilir. Bunu ondan görmək olar ki, hətta müasir dövrdə də elm və texnikanın inkişafı bir tərəfdən, əmək məhsuldarlığını yüksəldirsə, digər tərəfdən, ətraf mühitə mənfi təsir göstərir, bəşəriyyətin gələcəyini təhlükə altına alan kütləvi qır­ğın silahları və digər dağıdıcı vasitələr yaradır. Yaxud da istehsalın artmaqda olan kompüterləşdirilməsi prosesi özü ilə bir sıra arzuolu­nmaz nəticələr (görmənin zəifləməsi, əsəb gərginliyinin və psixoloji gərginliyin artması, insanın şəxsi fəaliyyəti üzərində nəzarətin həd­siz dərəcədə güclənməsi və sair.) əmələ gətirir. Bu siyahiyə həm də XX əsrdə bəşəriyyətin qarşılaşdığı digər sosial bəlaları - müharibələri, irqi ayrı seçkiliyi, terrorçuluğu, narkomaniya və cinay­ətkarlığın artmasını və s. də əlavə etmək olar.

Tərəqqinin meyarı barəsində müxtəlif fikirlər söylənilir. Məsə­lən, marksizm hesab edirdi ki, insanın özünün inkişaf səviyyəsi ilə birlikdə götürülən məhsuldar qüvvələrin inkişafı dərəcəsi ictimai tərəqqinin əsas meyarıdır. Lakin məsələyə diqqətlə yanaşdıqda məlum olur ki, bu meyar mücərrəd və ümumi xarakter daşıyır. Buna görə də onu ictimai həyatın digər sferalarında əldə edilmiş səviyyəni müəyyən edən amillər kompleksi ilə tamamlamaq zəruridir. Deməli, ictimai tərəqqinin mahiyyətinin tam dolğunluğu ilə izah etmək üçün həyatın bütün tərəflərini vəhdətə götürmək, müxtəlif meyarlar si­steminə əsaslanmaq lazımdır. Müasir dövrdə ictimai tərəqqinin obyektiv meyarlarının müəyyən olunması xüsusilə böyük əhəmiyyət kəsb edir. Həm də getdikcə aydın görünməkdədir ki, onu sosial- siyasi, iqtisadi, ideoloji, demokratik və humanist meyarlar əsasında müəyyən etmək olar.

Hegel ümumdünya tarixinin mahiyyətini «azadlıq şüurunun tərəqqisbndə görürdü. O, göstərirdi ki, tarix üç əsrə, dövrə bölünür. Birinci mərhələ şərqin despotik quruluşlu ölkələrin (Çin, Hindistan, İran və Misir) əhatə edir. Bunlarda azadlıq demək olar ki, yoxdıır. Çünki Şərq xalqları hələ bilmirdi ki, ruh və insan öz özlüyündə azaddır. Bir halda ki, onlar bunu bilmirlər, deməli, onlar azad deyildir. Burada yalnız bəziləri azaddır. Hegel quldarlığın aradan qaldırılmasını ictimai şüurda «hamı azaddır» prinsipinin qərarlaşması ilə əlaqələndirirdi. O, bu prosesdə xristian dininə həlledici yer verirdi. Nəhayət, azadlığın üçüncü mərhələsi Qərbi Avropada Alman xanəndanlığında yaranır. Bu mərhələdə hamı azaddır. Beləliklə, Hegel ümumdünya tarixinin şər­qdən qərbə keçdiyini və sonuncuda başa çaldığını iddia edirdi.


Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin