Şagirdin həyatı, sağlamlığı və inkişafı üçün məsuliyyət daşımaq.
Müasir müəllim təkcə özü fəaliyyət prosesində stress keçirmir, o həm də müəyyən gərginliklər halında olan şagirdlərlə işləyir. Günbəgün artan informasiyanın mənimsənilməsi, tədris prosesinin lazımlı-lazımsız biliklərlə yüklənməsi, həyatın öncədən planlaşdırılmasının çətinləşməsi, rəqabətin bəzən hətta uşaq mühitində gərginləşməsi uşaqlarda daim stress yaradır.
Bundan başqa, bu günkü məktəbin ən ciddi problemlərindən biri uşaqlar arasında didaktogen nevrozların (psixi pozğunluqlar) sürətlə artmasıdır. Onların əsas səbəbi saysız-hesabsız uşaq fobiyaları, qorxulardır. Bu halların yaranmasının səbəbkarları arasında uşaqlara biganə münasibət bəsləyən, tərbiyədə zoru, kobudluğu əsas götürən müəllimlər də vardır. Didaktogeniyanın aradan qaldırılmasının çox mühüm vasitəsi müəllimin pedaqoji mədəniyyətinin yüksək səviyyədə olmasıdır.
Pedaqoqun uşağın sağlamlığı üçün peşə məsuliyyəti daşıyır. Məşhur həkim və pedaqoq A.A.Dubrovski “Tez özündən çıxan müəllimə məsləhətlər” əsərində yazırdı:
uşağı həddən artıq ağır tələblərlə yükləməyin;
tez qəzəblənməyin, situasiyanı təhlil etməyə, anlamağa çalışın;
uşağa bağırmayın, onu təhqir etməyin.
Dostları ilə paylaş: |