Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


Pedaqoji təlqinetmənin səmərəlilik şərtləri



Yüklə 88,02 Kb.
səhifə37/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
Pedaqoji təlqinetmənin səmərəlilik şərtləri.

Təlqinetmə ̶ insanı müəyyən fəaliyyətə təhrik etmək, yönəltmək, inandırmaq üçün onun hisslərinə, ağıl və iradəsinə təsir göstərməkdir.

Pedaqoji təlqinetmə dedikdə ̶ müəllimin şagirdlərə sözlə, şifahi olaraq elə təsiri başa düşülür ki, şagirdlər deyiləni şüurun xüsusi nəzarəti olmadan, fikri təhlil etmədən qavrayırlar. Ancaq bununla belə, müəllimin dedikləri şagirdlərin təsəvvürlərinə, fəaliyyət motivlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Təlqinetmənin əsasında inam durur. Təlqinetməyə məruz qalan insan digər birinə ehtiyatla yanaşır, tədricən inanmağa başlayır. Təlqinetməni inandırma və yamsılama kimi digər təsirlərdən fərqləndirən əsas cəhət insanın aldığı informasiyaya tənqidi münasibətinin aşağı səviyyədə olmasıdır. Əgər şagird aldığı məlumatın doğruluğunu yoxlamaq istəyirsə, müəllim müəyyən faktlarla misallarla onun fikrinə aydınlıq gətirməyə çalışır: bu inandırmadır. Əgər şagird informasiya mənbəyinə dəlil-sübutsuz etibar edirsə, informasiya təlqin xarakterlidir. Təlqinetmə tam, şəksiz-şübhəsiz inama əsaslanır.

Təlqinetmənin müxtəlif vasitələri olur.



  1. Nitq vasitələri:

a)söz; b)intonsiya; c) pauza

2. Hərəki vasitələr:

a) mimika, pantomimika, jest; b) digər bir insanın hərəkətləri;

c) ətraf şərait.

3. Təlqinedənin şəxsiyyəti

4.Ətraf mühit:

a) təbii; b) sosial

Təlqinetmənin bir sıra səmərəlilik şərtləri vardır.



  • Yaş xüsusiyyətləri. Şagird, xüsusilə də, kiçik məktəbyaşlı şagird böyüklərin əksər fikirlərini mütləq həqiqət kimi qəbul edir. Uşaqlar yaşa dolduqca, deyilən fikirlərə tənqidi münasibət artır. Burada da söhbət bioloji böyümədən deyil, intellektual inkişafdan, biliklərin genişlənməsindən gedir.

  • Təlqinetmə orqanizmin sağlamlıq vəziyyətindən asılı olaraq yüksələ və ya azala bilər. Yorğun və ya xəstə adamlar daha asan və tez təlqin olunurlar. Yorğunluq və əzginlik baş beyin yarımkürələr qabığının ümumi tonusunu azaldır. Amma qeyd olunmalıdır ki, təlqinetmə təkcə tonusun aşağı halında deyil, daha güclü halında da yüksək ola bilər. Emosiyaların əsarətində olan insanlar təfəkkürün tənqidiliyi, həmçinin öz davarnışı üzərində nəzarəti itirə bilir.

  • Təfəkkürün tənqidilik səviyyəsi. Tənqidi təfəkkür imkanları aşağı olan insanlar, elə bil, yaradılışdan təlqinetmə obyektidirlər. Amma burada da şəraitin böyük təsiri vardır.

  • İnsanın şəxsi keyfiyyətləri. Şəxsi keyfiyyətlərə konservatizm və tez inanmaq-sadəlövlük aiddir. Konservativ xarakterli adamlara yeniliyi qəbul etdirmək çox çətindir. Onlara əmr verilməsini, idarə olunmalarını xoşlamır, öz fikirlərini açıq şəkildə bildirirlər. Sadəlövh şagirdlər isə, adətən, başqaları ilə tez razılaşırlar. Onlarda qısqanclıq azdır və rəqabətə girməyi xoşlamırlar.

  • Təlqinetmənin səmərəliliyi həm də təlqinedicinin öz qüvvəsinə, təlqin etdiyi məsələnin düzgünlüyünə inmaından asılıdır.

  • Təlqinetmənin səmərəsi həm də təsir edən şəxsin nüfuzundan asılıdır.

  • Təlqinetmə həyata keçirildiyi şəraitdən də asılıdır.

Təlqinetmədə yüksək səmərəni təmin edən bir sıra proyomlar da vardır:

  • Nəyisə təlqin etmək istədiyiniz adamın gözlərinə diqqətlə baxın, sakit olun;

  • Hakim tonla danışın və heç bir halda əsəbilik göstərməyin;

  • Söylədiyiniz mülahizələr son dərəcə aydın və mümkün olduqca, qısa olmalıdır.

  • Nitqin əsas təlqinedici elementi intonasiyadır. İntonasiya inandırıcılğı təmin etməlidir;

  • Pauzalardan yerində və düzgün istifadə olunmalıdır.

Pedaqoji təlqinetmənin səmərəliliyinin ümumi şərtlərini belə qruplaşdırmaq olar:

  • Təlim materialının məzmunu;

  • Şərait;

  • Təlqin edəcəyi məsələyə pedaqoqun özünün münasibəti;

  • Şagirdlərin müəllimə, onun nüfuzuna münasibəti;

  • Yaş xüsusiyyətlərinin nəzərə alınması;

  • Fərdi xüsusiyyətlərin nəzərə alınması;

  • Müəllimin təlqinetmə texnikasına yiyələnmə səviyyəsi.





  1. Yüklə 88,02 Kb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin