Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


V MÜHAZİRƏ. PEDAQOJİ TAKT: MAHİYYƏTİ VƏ MƏZMUNU



Yüklə 88,02 Kb.
səhifə25/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
V MÜHAZİRƏ. PEDAQOJİ TAKT: MAHİYYƏTİ VƏ MƏZMUNU.

Plan


  1. Takt və pedaqoji takt.

  2. Pedaqoji taktın əlamətləri.

  3. Dərs zamanı pedaqoji takt.

Ədəbiyyat

  1. Abbasova A. Pedaqogika. Bakı, 2012

  2. Qasımova L, Mahmudova R., Pedaqogika. Bakı, 2012

  3. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009

  4. Mirzəyev Ə., Rüstəmova X., Pedaqoji ustalığın əsasları. Bakı, 2012

  5. Ткачева С.А. Педагогическое мастерство. Kаракол, 2015




  1. Takt və pedaqoji takt.

“Takt” sözünün lüğəvi mənası, təxminən, özünü mədəni, ləyaqətli aparmağın ölçüsünü, sərhədlərini hiss etmək anlamındadır.

“Pedaqoji takt- müəllimin təcrübəsi, topladığı pedaqoji ustalığın təzahür forması. Pedaqoji takt pedaqoji mərifət kimi də başa düşülür” (“Azərbaycan mili izahlı ensiklopedik pedaqoji lüğət” Bakı, 2005, səh.182).

Pedaqoji takt pedaqoqun şagirdlərlə ünsiyyət zamanı əsas götürdüyü davranış prinsipi deməkdir. O, pedaqoji ustalığın, təcrübənin mədəni səviyyəsi və müəllimin şəxsi keyfiyyətləri ilə müəyyən edilir; şagirdin ləyaqətini azaltmadan istənilən şəraitdə tərbiyəvi təsirin optimal seçilməsi bacarığında ifadə olunur.

Pedaqoji taktın spesifik cəhəti ondadır ki, o, müəllimin professional davranışı, hərəkətlərinin ölçüsüdür; o, pedaqoqla şagirdlərin, pedaqoqla kollektivin arasında düzgün ünsiyyət qurmağın vacib şərtidir; o, bu və ya digər metod, forma, təsir və qarşılıqlı təsir formalarının seçilməsi və istifadəsində bir ölçüdür.

Pedaqoqun müsbət emosiyalara əsaslanan ünsiyyət qurmaq bacarığı yüksək, həqiqi tərbiyəvi nəticələr verir. Təcrübə göstərir ki, məhz pedaqoji takt müəllimə ünsiyyəti müsbət emosiyalar əsasında qurmağa, uşaqlarla psixoloji əlaqə yaratmağa və möhkəmlətməyə imkan verir.

Pedaqoji taktın mahiyyətinin aşkar edilməsinin mürəkkəbliyi onun ümumiyyətlə “takt” anlayışından fərqli xüsusiyyətlərinin olmasıdır. Takt sözünün hərfi mənası “toxunmaq”dır (münasibət, dəxli olmaq). Takt bu mənada əxlaqi kateqoriya olub, insanların qarşılıqlı əlaqələr qurmasına xidmət edir. Humanizm prinsipinə əsaslanaraq taktiki davranış tələb edir ki, ən mürəkkəb ziddiyyətli situasiyalarda belə qarşıdakı insana hörmət olunsun. Bu baxımdan rəftarında taktiki davranmaq xüsusilə pedaqoqların zəruri keyfiyyəti olmalıdır.

Pedaqoji takt- pedaqoqun professional keyfiyyəti, pedaqoji ustalığın bir hissəsidir. O, ümumi mənada, “takt” anlayışından təkcə müəllimin şəxsi keyfiyyəti deyil, həm də şagirdlərə düzgün yanaşmağı bacarması ilə fərqlənir.



  1. Yüklə 88,02 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin