Pedaqoji texnika ̶ müəllimin davaranışının təkili formasıdır. Pedaqoji texnika ̶ ətrafda olan insanlara pedaqoji təsir göstərməyin vasitə və priyomlarının birliyidir.
Bu vasitə və priyomlara aşağıdakılar daxildir:
Müəllimin davranışı təkcə onun xarici görünüşü (geyimi, saç düzümü) ilə deyil, həm də onun mimikası, pantomimikası, jestləri, yerişi və s. ilə bağlıdır.
Öz əhval-ruhiyyəsini idarə etmək hərəkətlərinə emosional-iradi ton verməklə ifadə olunur. Bunun sayəsində öz emosiyalarını, hisslərini, ruhi vəziyyətini idarə etmək olur.
Müəllimin sosial-perseptiv səyləri müşahidə qabiliyyəti, diqqəti, təxəyyülü, professional uzaqgörənliyi, empatiya və intusiyası üzərində işləməklə əlaqədardır.
Təlim-tərbiyə prosesinin idarə edilməsi texnologiyalarına şagirdlərə və pedaqoji kollektivə göstərilən pedaqoji təsir metodları, priyomları, vasitə və formaları daxildir.
Kommunikativ xüsusiyyətlər pedaqoji ünsiyyətlə, insanlara mehribançılıqla, xeyirxahlıqla, pedaqoji taktla əlaqədardır.
Təlim materialını şərhetmə texnologiyaları (rejissorluq, strategiya, metodologiya, ölçünü hiss etmək, rasionalizm).
Pedaqoji texnikanın bacarıq və vərdişlərinə həm də bunları daxil edirlər:
Öz bədənini idarə etmək;
Pedaqoji fəaliyyət zamanı əzələ gərginliyinin aradan qaldırılması;
Öz psixi vəziyyətini nizamlama;
İstənilən anda təəccüb, sevinc, qəzəb hissi ifadə etməyi bacarmaq;
Müxtəlif hissləri (xahiş, tələb, sual, əmr, məsləhət, arzu və s.) ifadə etməkdən ötrü uyğun intonasiya texnikasına yiyələnmək;
Söhbətin nəbzini tutmaq, ünsiyyət prosesində təşəbbüsü, idarəetməni öz əlinə ala bilmək;
Pozitiv və neqativ tələbləri ifadə etməkdən ötrü mimika və pantomimikadan istifadə.
Beləliklə, pedaqoji ustalıq ̶ pedaqoqun şəxsi və peşə keyfiyyətlərinin kompleksidir. Bu xüsusiyyətlər pedaqoji-peşə keyfiyyətlərinin yarandığı və cilalandığı pedaqoji iş təcrübəsi zamanı formalaşır.
Pedaqoji ustalığın kriteriyaları bunlardır.
Müəllim müvəffəqiyyətinin pedaqoji kriteriyaları;
Şagirdlərin hazırlıq səviyyələri;
Ümumelmi bacarıq və vərdişlər formalaşdırılmasının səviyyəsi;
Araşdırmaçılıq bacarıqlarının vəziyyəti;
Müəllimin təhsili və ixtisasının artırılması;
Ümumtəhlil, refleksiya (öz şüuruna, işinə nəzər yetirmə).
Müəllim uğurunun psixoloji kriteriyaları:
-maraq yaratmaq, motivasiya səviyyəsini yüksəltmək bacarığı;
- şagirdlərin şüurlu təlimi;
- müəllim-şagird sistemində qarşılıqlı münasibətlər;
- şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınması.
Müəllim uğurunun şəxsi kriteriyaları:
emosionallıq;
nitqin ifadəliliyi;
şəxsiyyətin yaradıcılığı;
təşkilatçılıq qabiliyyətləri;
yumor hissi;
inadkarlıq, intizamlılıq.
Pedaqoji ustalığın quruluşuna daxildir:
pedaqoji problemi görmək, didaktik materialı seçmək, uyğunlaşdırmaq və şagirdlərə təqdim etmək, bərabər dialoq əsasında yaradıcı təlim əməkdaşlığı təşkil etmək;
şagirdin daxili mövqeyini və vəziyyətini duymaq və tədris prosesini bu əsasda fərdiləşdirmək;
sabit professional mövqeyini saxlamağı bacarmaq, peşə sahəsində inkişaf perspektivlərini dərk etmək, özünün qabiliyyətlərini və şagirdlərin nailiyyətlərini diaqnozlaşdıra bilmək.
Beləliklə, ustalığa nail olmaq üçün; əvvələn, pedaqoq professional-pedaqoji bilik, bacarıq və vərdişlərə tam yiyələnməlidir; ikinci, yaradıcı pedaqoji fəaliyyət təcrübəsi toplamalıdır; üçüncü, pedaqoqun şəxsi, peşə əhəmiyyətli keyfiyyətləri tam formalaşmalıdır.
Beləliklə, pedaqoji ustalığın əsasını pedaqoqun şəxsiyyəti, onun bilikləri və pedaqoji təcrübəsi təşkil edir.
Müəllim bütün ömrü boyu öyrənir, o daim inkişaf edir və həyatı boyu fəaliyyət obyektini araşdırır. Onun peşəkarlığının formalaşmasına elmi-metodik fəaliyyəti xüsusi təsir göstərir. Elmi-metodik fəaliyyətə tədris etdiyi fənnə və ixtisasına yaxın digər elm sahələrinə dair yeni tədqiqatlarla mütəmadi tanışlıq, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, yeni təlim və qiymətləndirmə proqramları ilə tanışlıq, öz pedaqoji fəaliyyətini təhlil etmə və s. daxildir.
Pedaqoji ustalıq aşağıdakı yollarla təkmilləşə bilər.
Daim öz üzərində işləmək (xüsusi ədəbiyyatı oxumaq, ayrı-ayrı pedaqoqların dərslərində və tərbiyəvi tədbirlərində iştirak etmək).
Kütləvi informasiya vasitələrinin (elmi-metodik mətbuat, qəzetlər və s.) izlənməsi, elmi-pedaqoji və metodik ədəbiyyatın öyrənilməsi;
İş yerində olan pedaqoji vəsait və şəraitdən istifadə (metodik günlər, qarşılıqlı mübadilə, metodbirləşmələr, seminarlar və s.).
İxtisasartırma.
Yoxlama sualları və tapşırıqlar.
“Pedaqoji ustalıq” fənninin məqsəd və vəzifələrini izah edin.
“Usta”, “ustalıq” və “pedaqoji ustalıq” anlayışlarının mahiyyətini izah edin.
Pedaqoji ustalığın kompetensiyaları hansılardır?
Pedaqoji texnikanın pedaqoji fəaliyyətdə əhəmiyyətini izah edin.
Dostları ilə paylaş: |