Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


Valyuta bazarının funksiyaları aşağıdakılardır



Yüklə 463,33 Kb.
səhifə101/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   125
Maliyyə 2018

Valyuta bazarının funksiyaları aşağıdakılardır:

- beynəlxalq hesablaşmaların öz vaxtında həyata keçirilməsinin təmin edilməsi;

- valyuta risklərinin siğortalanması;

- valyuta ehtiyatlarının diversifikasiyası;

- milli valyuta sabitliyinin qorunub saxlanılması;

- valyuta əməliyyatlarından mənfəət əldə edilməsi;

Valyuta risklərinin siğort6alanması dedikdə valyuta əməliyyatları həyata keçirilərkən valyuta riskinin aşağı salmağa yönəldilən tədbirlər başa düşülür. Valyuta riski valyuta kursunun enib-qalxmasından irəli gələn itkilər riskidir.

Valyuta ehtiyatlarının diversifikasiyası dedikdə onların bir valyutada saxlanması deyil, bir neçə valyutada saxlanması, habelə riskin azadılması məqsədilə valyuta dəstinin dəyişilməsi başa düşülür.

Milli valyutanın sabitliyinin qorunması məqsədilə Mərkəzi Bank valyuta inter­ven­si­yası ( valyutanın alqı-satqı əməliyyatı) həyata keçirir ki, onun vasitəsilə kəskin artıb-azalmanı yumşaldır və mübadilə məzənnəsinin hərəkətinə nəzarət edir. Valyuta baza­rı­nın təşkilati strukturu dedikdə onun iştirakçılarının məcmusu başa düşülür.

Valyuta bazarının infrastrukturu özünə daxil edir:

- birja ticarəti sistemi;

- birjadankənar ticarət sistemini ( öz növbəsində banklararası və müştəri bazarlarını özünə daxil edir) ;

- hesab-ticarət sistemini;

- informasiya agentliyi və şəbəkələri və s.

1. Birja ticarəti sistemi. Birja valyuta bazarında müvəkkil birjalar vasitəsilə aparılır.Bu halda birja xüsusi ixtisaslaşdırılmış ticarət meydançası kimi çıxış edir.Birja təşkilati qaydad rəsmiləşdirilən və müntəzəm olaraq fəaliyyət göstərən bazardır.Birja bazar iqitisadiyyatının klassik təsissatı olub, birja ticarətinin təşkili və tənzimlənməsi yolu ilə malların topdansatış bazarını formalaşdırır.Birja fəaliyyətinin əsas istiqaməti təyin edilmiş vaxtda müəyyən yerdə keçirilən açıq kütləvi alver zamanı ticarət əqdlərinin bağlanması üçün daha əlverişli şəraitin yaradılmasıdır.Birja hüquqi şəxs statuslu təşkilat olaraq alqı-satqı əqdlərdə tərəf kimi çıxış etmir.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin