2.2.DÖVLƏT MALIYYƏ SISTEMI ORQANLARI VƏ ONLARIN VƏZIFƏLƏRI
İnstitusional maliyyə sistemi dedikdə ölkənin maliyyə institutlarının məcmusu başa düşülür. Bu sistemə maəssisələrin maliyyə xidməti, vergi xidməti, sığorta təşkilatları, büdcədənkənar fondlar, xüsusi pensiya fondları, eləcə də maliyyə sferasında müəyyən funksiyalar həyata keçirən qanunvericilik və icra hakimiyyəti orqanları aiddir: ölkə prezidenti, qanunvericilik hakimiyyəti orqanları, icra hakimiyyəti orqanları, dövlət maliyyə nəzarəti prqanları.
Maliyyənin dövlət idarəedilməsində Konstitusiyaya əsasən verilmiş səlahiyyətlər daxilində, ölkə prezidenti sosial-iqtisadi inkişaf konsepsiyasının formalaşdırılmasında fəal iştirak edir. Maliyyənin taktiki və strateji idarəedilməsində iştirak edən vəzifəli şəxsləri təyin edir.
Ölkəmizdə qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Onun səlahiyyətlərinə Dəvlət büdcəsini müzakirəsi və təsdiqi, dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi və təsdiqi və icraya nəzarəd aiddir. Ölkəmizdə yuxarı icra hakimiyyəti ArR Nazirlər Kabinetidir. Onun səlahiyyətlərinə dövlət büdcəsinin layihəsini hazırlayıb təqdim etmək, icrasını təmin etmək, maliyyə-kredit və pul siyasətinin, sosial-iqtisadi proqramaların həyata keçirilməsini təmin edir, dövlət borclarını idarə edir.
Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin məqsədəuyğun istifadəsinə maliyyə nəzarəti orqanları nəzarət edir.
Dostları ilə paylaş: |